Qanunsuz erməni silahlılarının Xocalı və Ağdamda uçuşlar həyata keçirməyə cəhd edən kvadrokopteri ələ keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter noyabrın 26-sı saat 11:28-də Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, 11:46-da isə Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd …
Read More »Samir Adıgözəlli:”Rusiya Sülhməramlıları sülh yaratmır, ermənilərə dəstək göstərir.”
Samir Adıgözəlli: “İndiyə qədər ermənilərin bu cinayətlərinə rus sülhməramlıları hansısa bir irad bildirməyib, əksinə, daha çox mina daşıyıb basdırmalarına şərait yaradıb” Bu gün bizim o minaların ağrısını çəkdiyimizi deyən S.Adıgözəlli hesab edir ki, Rusiya sülhməramlılarının bu işə göz yumması təəssüf doğurur: “Gümrü mina zavodunda istehsal edilən minaların ərazilərimizə keçirilməsi və basdırılması bizi ciddi narahat edir. Rusiya sülhməramlıları buna mane olmaq …
Read More »Prezident: “Türk dövlətləri arasında əməkdaşlıq Orta Dəhlizin inkişafına əsas töhfələrdən biri olacaq”
“Türk dövlətləri arasında əməkdaşlıq Orta Dəhlizin inkişafına əsas töhfələrdən biri olacaq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bildirib. “Əgər ölkələrin coğrafi yerləşməsini nəzərdən keçirsək, – Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Xəzərin digər sahilində Azərbaycan, Gürcüstan və Türkiyə, – bu, əlavə imkanlar yaradır. …
Read More »XİN Niderland parlamentinin Azərbaycanın əleyhinə qəbul etdiyi qətnamə layihəsinə münasibət bildirib
“Niderland parlamentinin Azərbaycanın əleyhinə qəbul etdiyi qətnamə layihəsini qətiyyətlə rədd edir, Niderland tərəfini birtərəfli mövqeyindən əl çəkməyə və qərarlarında beynəlxalq hüququn norma və prinsiplərindən çıxış etməyə çağırırıq”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırarkən bildirib. Onun sözlərinə görə, Niderland parlamentinin əvvəlki illərdə də Azərbaycan əleyhinə, həqiqəti əks …
Read More »“İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, lakin azərbaycandilli məktəblər yoxdur” – Prezident İlham Əliyev
Azərbaycanda tədrisin rus dilində aparıldığı 340 məktəb fəaliyyət göstərir. Bununla yanaşı, respublikada 10 məktəbdə tədris gürcü dilindədir. Gürcüstanda 116 azərbaycandilli məktəb var. İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur. Bu necə ola bilər? Əgər kimsə deyir ki, bu, daxili işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Azərbaycanın xarici siyasəti gün kimi aydındır – …
Read More »Azərbaycanın turizm potensialı Polşada nümayiş etdirilir
Azərbaycanın turizm imkanlarının və mövcud turizm məhsullarının Polşada tanıdılması məqsədilə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu “TT Warsaw” Beynəlxalq Səyahət Sərgisi və Dünya Səyahət Şousunda təmsil olunur. Bu barədə “Report”a Agentlikdən bildirilib. Məlumata görə, tədbirdə Azərbaycan nümayəndə heyətini hotel, turagentliklər və “Azərbaycan Hava Yolları” QSC daxil olmaqla ümumilikdə 10 tərəfdaş təmsil edir. Sərgi çərçivəsində digər ölkələri təmsil edən turizm sənayesi …
Read More »Nazir: “Şuşa, Ağdam və Füzulidə məktəb tikintisi 2023-cü ilin sentyabrında bitəcək”
“Şuşa, Ağdam və Füzulidə məktəb tikintisi 2023-cü ilin sentyabrında bitəcək”. Boyukmillet.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, artıq Suqovuşanda məktəb hazırdır: “Ağalıda tədris var. Zəngilan, Kəlbəcər və Cəbrayılda məktəb tikintisinin ilkin işlərinə başlanılıb. Aidiyyəti qurumlarla digər regionlarda onlarla kəndin məktəblərinin layihələndirilmə işlərinə başlanılıb”.
Read More »Nazir: “Uşaq bağçaları ilə bağlı ilkin uğurlar var”
“Uşaq bağçaları ilə bağlı ilkin uğurlar var. Məlumat sistemlərinin toplanılması, mərkəzləşdirilmiş qaydada uşaqların qəbulu elektron şəkildə həyata keçirilir”. Boyukmillet.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib. Nazir bildirib ki, sistemin ilk dəfə olması müəyyən nöqsanları üzə çıxarıb: “Müəyyən həll yolları tapmağa çalışırıq. İşə qəbul imtahanları üçün 4539 namizəd müraciət etmişdisə, 739 …
Read More »Regionlarda “Rəqəmsal Azərbaycana doğru” layihəsinə start verilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Technest” Təqaüd Proqramı çərçivəsində regionlarda “Rəqəmsal Azərbaycana doğru” layihəsinə start verib. Bu barədə “Report”a Nazirlikdən bildirilib. Məlumata görə, ötən ilin sentyabr ayından start götürmüş “Technest” artıq regionlarda İKT üzrə ödənişsiz təhsil almaq istəyən gənclər üçün əlçatandır. Layihə çərçivəsində regionlarda gənclərlə silsilə görüşlər keçirilir və İKT sahəsinə marağı olan namizədlər dərhal …
Read More »Prezident: “Gələn il İtaliya-Azərbaycan Universitetinin tikintisinin maliyyələşdirilməsi üçün vəsait ayrılacaq”
“Gələn il İtaliya-Azərbaycan Universitetinin tikintisinin maliyyələşdirilməsi üçün vəsait ayrılacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib. ADA Universitetinin rektoru Hafiz Paşayevin və İtaliyanın beş universitetinin rektorlarının tikintisi artıq başlanmış İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı sənədlərin mübadiləsini həyata keçirdiklərini xatırladan dövlət başçısı bildirib: “Növbəti …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar