Cümə axşamı , 9 Aprel 2026

autor

“Qarabağ” Avropa zonasında öz çempionatında xal itirməyən 3 komandadan biridir

Cari mövsüm bu günədək Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandaların sayında dəyişiklik baş verməyib. Boyukmillet.com-un məlumatına görə, siyahıda növbəti dəfə “Qarabağ” da yer alıb. “Köhlən atlar” Azərbaycan Premyer Liqasındakı ilk 11 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib. Ölkə çempionunun III turda “Turan Tovuz”la görüşü isə noyabrın 9-na təxirə salınıb. Lüksemburqda “Düdelanj” 10 oyunun hamısında qalib gəlib. …

Read More »

“Neftçi”nin yarımmüdafiəçisi: “Qarabağ” Rusiyada çempionluq üçün yarışa bilər”

“Qarabağ” Rusiya Premyer Liqasında 100% çempionluq üçün yarışa bilər”. Boyukmillet.com-un məlumatına görə, bunu Azərbaycan milli komandasının və “Neftçi”nin futbolçusu Emin Mahmudov “sports.ru”ya müsahibəsində deyib. Yarımmüdafiəçi bildirib ki, Ağdam klubunun öz oyun üslubu var: “Onlar istənilən rəqibi öz tərzlərinə uyğunlaşdıra, öz istədikləri kimi oynamağa məcbur edə bilirlər. Məsələn, “Qarabağ”la qarşılaşan rəqiblər meydanda daha çox topsuz qaçmaqla məşğul olurlar. Hətta “Zenit” də …

Read More »

“Qarabağ” Premyer Liqada tarixinin ən uğurlu səfər seriyasına imza atıb

“Qarabağ” Azərbaycan Premyer Liqasında tarixinin ən uğurlu səfər seriyasına imza atıb. Boyukmillet.com Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda buna XII turda “Şamaxı”nı 4:0 hesabı ilə məğlub etməklə nail olub. Ölkə çempionu ardıcıl 10-cu səfər qələbəsini qazanıb. Cari mövsümdə xal itirməyən Ağdam klubu rəqib meydanında 5 oyun keçirib. Şamaxıdakı matçadək “Qarabağ” səfərdə “Sumqayıt”ı …

Read More »

Azərbaycanlı hakim ilk dəfə Çempionlar Liqasının qrup mərhələsi oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, 35 yaşlı hakim Danimarkada “Kopenhagen” və Almaniyanın “Borussiya” (Dortmund) komandaları arasında keçiriləcək VI tur matçını idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmrəli laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qeyd edək ki, noyabrın 2-də “Parken” …

Read More »

Ərdoğan Rusiyanın taxıl sazişindən çıxmasına münasibət bildirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın taxıl sazişində iştirakını müvəqqəti olaraq dayandırmasına münasibət bildirib.  Boyukmillet.com xəbər verir ki, Ərdoğan Türkiyənin bu istiqamətdə səylərini davam etdirəcəyini bildirib. “Biz əldə etdiyimiz razılıqla Ukraynadan 9,3 milyon ton buğdanın dünya ölkələrinə göndərilməsini təşkil etmişik. Bununla da qida böhranının qarşısını nisbətən almışıq. Rusiya Ukrayna buğdasının ixracı üzrə göstərilən səylərlə bağlı tərəddüdlü davransa da, biz bəşəriyyət üçün cəhdlərimizi qətiyyətlə davam etdirəcəyik”, – deyə Ərdoğan vurğulayıb. …

Read More »

Almaniyaya qanunsuz daxil olan 13 Azərbaycan vətəndaşı saxlanılıb

Bu ilin son altı ayı ərzində Almaniyaya qanunsuz yollarla daxil olan 13 Azərbaycan Respublikası vətəndaşı ilə bağlı qanunu tədbirlər görüləcək. Bu barədə “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq Almaniya Federal Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumatda qeyd olunur ki, bu ilin son altı ayı ərzində qonşu ölkələrdən Almaniyaya qanunsuz olaraq daxil olan 13 Azərbaycan Respublikası vətəndaşının əksəriyyəti ağır tonnajlı yük avtomobillərinin …

Read More »

Azərbaycanın Baş naziri BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı katibi ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı katibi Olqa Alqayerova ilə görüşüb. Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə cari ildə Azərbaycanın BMT-yə üzv olmasının 30-cu ildönümünün qeyd edildiyi bildirilib, ölkəmizin BMT-nin strukturları və ixtisaslaşmış təşkilatları, o cümlədən Avropa İqtisadi Komissiyası ilə hərtərəfli əməkdaşlığından məmnunluq ifadə olunub. Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında əldə etdiyi uğurlardan bəhs edilib. Görüşdə …

Read More »

Quru Qoşunlarında komanda-qərargah təlimi keçirilib

2022-ci ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimi keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq, həyəcan siqnalı ilə qaldırılan hərbi hissələrin idarəetmə orqanlarının ərazidə açılması təmin olunub və bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilib. Tapşırıqların icrası ilə bağlı komandirlərin məruzələri dinlənilib. Təlimin əsas məqsədi bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətini …

Read More »

Gömrük Komitəsinin sabiq vəzifəli şəxslərinin həbs müddəti uzadılıb

Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəis müavini Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi vəzifəsində işləmiş Şükür Səfərovun həbs müddətləri uzadılıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə qərar Səbail Rayon Məhkəməsində elan olunub. Qərara əsasən, R.Babayev və Ş.Səfərovun həbs müddəti daha 3 ay …

Read More »

Azərbaycan yeni peyklər buraxacaq

“Azərbaycan gələcəkdə yeni peyklər buraxacaq və bununla da yeni məlumatlar kəşf olunacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos)” İdarə Heyətinin sədri Saməddin Əsədov “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” BMT/Azərbaycan beynəlxalq tədbirində çıxışı zamanı deyib. Onun sözlərinə görə, telekommunikasiya infrastrukturunun böyük hissəsi peyk fəaliyyətindən asılıdır: “Hamı …

Read More »