Cümə axşamı , 9 Aprel 2026

autor

Qərbi Azərbaycan İcması Mətbuat Xidmətinin – MƏLUMATI

Son zamanlar “Göyçə-Zəngəzur Respublikası” adlı qurum adından müxtəlif məsuliyyətsiz paylaşımlar edilir. Bununla bağlı Qərbi Azərbaycan İcmasına çoxsaylı müraciətlərin daxil olduğunu nəzərə alaraq bildiririk ki, Qərbi Azərbaycan İcması “Göyçə-Zəngəzur Respublikası” adlı bir qurumu tanımır, onunla heç bir əlaqəsi yoxdur və tarixi torpaqlarımızla bağlı belə özfəaliyyət hərəkətlərini yolverilməz və zərərli hesab edir. Bütün media nümayəndələrindən xahiş edirik ki, Qərbi Azərbaycanla bağlı hər …

Read More »

Ermənistan XİN başçısı ATƏT sədri ilə görüşüb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb. Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, tərəflər Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Read More »

Azərbaycan gəmiləri üçün Bosfor boğazından keçid haqqı artır

Türkiyə hökuməti oktyabrın 1-dən ölkənin İstanbul şəhərindəki Bosfor boğazından keçid haqqını 2 dəfə artıracaq. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, bu qərar Azərbaycan gəmilərinə də aiddir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev faktı “Report”a təsdiq edib: “Bəli, qiymət artımı barədə bizə rəsmi bildiriş göndərilib. Əgər indiyə qədər 5 000 tonluq quru-yük gəmisi üçün 2 500 ABŞ dollarlı keçid haqqı ödəyərdiksə, gələn …

Read More »

ABŞ institutu: “DXR” və “LXR”in ilhaqı Rusiyanı ziddiyyətli vəziyyətə salacaq”

“Ukraynanın əks-hücumu marionet qüvvələrdə panikaya səbəb olub”. Boyukmillet.com xəbər verir ki, bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun (MAİ) analitikləri Ukraynanın Donbas bölgəsindəki qondarma Donetsk Xalq Respublikası (DXR) və Luqansk Xalq Respublikasının (LXR) Rusiyaya birləşmə ilə bağlı referendum keçirmə çağırışlarını təhlil edərkən gəliblər. Bir gün öncə qondarma respublikaların “ictimai palataları” öz rəhbərliyini dərhal “DXR” və “LXR”nin Rusiyanın subyektləri kimi tanınması ilə …

Read More »

MN: “Laçında erməni təxribatı zamanı basdırılan daha 100 mina zərərsizləşdirilib”

Laçın rayonu ərazisində erməni təxribatı zamanı basdırılan daha 100 ədəd mina zərərsizləşdirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənməsi prosesi davam edir. “Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 19-da Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal …

Read More »

Türkiyə ordusu Suriyada 6 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu Suriyanın şimalında “Barış pınarı” əməliyyatı zonasında YPG-nin (PKK-nın Suriya qanadı) 6 terrorçusunu zərərsizləşdirib. Boyukmillet.com  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında terror təzahürlərinə qarşı mübarizəni davam etdirəcəyini vurğulayıb. Xatırladaq ki, PKK 1985-ci ildən Türkiyədə bir sıra terror aktları həyata keçirib. Avropa İttifaqı və ABŞ təşkilatı …

Read More »

Blinken Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasından danışıb

ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasından danışıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla üçtərəfli görüşdə bəhs edib. “Güclü, davamlı diplomatik əlaqə hamı üçün ən yaxşı yoldur. Fikrimcə, fikir ayrılıqlarını diplomatiya yolu ilə həll edən davamlı sülhə aparan yol var. Birləşmiş Ştatlar bu səyləri dəstəkləmək …

Read More »

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasının 28-ci ildönümü tamam olur. Boyukmillet.com xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (“Əsrin müqaviləsi”) ildönümü və neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı – Neftçilər Günü kimi qeyd olunur. Bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 16 avqust …

Read More »

Xalq Sosialist Partiyası dövlət qeydiyyatına alınmaq istəyir

Azərbaycan Xalq Sosialist Partiyasının (AXSP) Rəyasət Heyətinin iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda partiyanın sədri Rövşən Hüseynovun təklifinə əsasən Rəyasət Heyəti partiyanın dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciətlə bağlı qərar qəbul edilib. Xatırladaq ki, AXSP 2008-ci ildə təsis olunub.

Read More »

Azərbaycan Hərbi Dəniz Qüvvələri təlim keçirir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimi keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin başlanması ilə əlaqədar keçirilən brifinqdə Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov təlimin gedişatı və icra olunacaq fəaliyyətlər haqqında məruzələri dinləyib. Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması …

Read More »