Cümə axşamı , 9 Aprel 2026

autor

Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı irimiqyaslı hərbi təxribatları ilə bağlı Qərbi Azərbaycan İcmasının BƏYANATI

Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri beynəlxalq hüquq normalarını pozaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təxribatlara başlamaqla öz təcavüzkar niyyətini növbəti dəfə ortaya qoymuşdur. 30 il ərzində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrini işğal altında saxlayan, nəhayət, qüdrətli ordumuz tərəfindən darmadağın edilərək 10 noyabr 2020-ci ildə kapitulyasiya sənədinə imza atmağa məcbur edilən Ermənistan son iki ildə bütün vasitələrdən istifadə …

Read More »

Cəbi Quliyev: Ermənistan dünyada cinayətkar və terrorçu ölkə kimi tanınmalıdır

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarından Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan–Ermənistan dövlət sərhədinin Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərdi ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir. Boyukmillet.com xəbər verir ki, bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev deyib. Cəbi Quliyev …

Read More »

ŞƏT-in sammitində Səmərqənd Bəyannaməsi qəbul edilib

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının sammitinin yekunu olaraq Səmərqənd Bəyannaməsi qəbul edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik-Uzbekistan” məlumat yayıb. Sammitin əsas sənədi olan Səmərqənd Bəyannaməsi təşkilatın gələcək inkişafı məsələləri, qlobal və regional gündəlikdə duran aktual məsələlər üzrə ŞƏT-ə üzv dövlətlərin vahid mövqeyini əks etdirir. Sənəddə praktiki əməkdaşlığın daha da təkmilləşdirilməsi, regional sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi …

Read More »

Azərbaycanla Özbəkistan arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş Milli Məclisin plenar iclasına tövsiyə olunub

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” Saziş Milli Məclisin plenar iclasına tövsiyə olunub. Boyukmillet.com xəbər verir ki, bu Saziş Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib. Deputatlar sazişi yüksək qiymətləndirib, iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyini qeyd ediblər. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq Milli Məclisin plenar …

Read More »

Baş prokuror Argentinanın səfiri ilə görüşüb

Sentyabrın 16-da Azərbaycanın Baş prokuroru Kamran Əliyev Argentinanın ölkəmizə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşi ilə görüşüb. Qonağı salamlayan Baş prokuror səfirə fəaliyyətində uğurlar arzu edərək iki ölkə arasında bir çox sahədə münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Baş prokuror səfiri Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi altında işğaldan …

Read More »

Hərbçilərin dövlətə vurduqları ziyana görə maddi məsuliyyətlə bağlı əsasnaməyə dəyişiklik edilir

Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında əsasnaməyə dəyişiklik edilir Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında bildirilib. Belə ki, “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanun layihəsində hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilərin törətdikləri hərbi xidmət əleyhinə …

Read More »

İlham Əliyev: “Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur”

“Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammitində çıxışı zamanı deyib. “Bu baxımdan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsini qeyd etmək istərdim. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra olunur. Bizim …

Read More »

Vətəndaşın ilkin hərbi qeydiyyata alınması qaydasına dəyişiklik edilir

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında bildirilib. Belə ki, qanunun 6-cı maddəsinə təklif olunan dəyişikliklə vətəndaşın ilkin hərbi qeydiyyata alınması qaydası dəyişdirilir. Dəyişikliklə qanunun 6.4-cü maddəsində göstərilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi …

Read More »

Azərbaycanın Ermənistanla sərhədində təhlükəsiz zona yaradılması təklif edilir

Azərbaycanın Ermənistanla sərhədində təhlükəsiz zona yaradılması təklif edilir. Boyukmillet.com xəbər verir ki, bu təkliflə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ziyafət Əsgərov çıxış edib. Onun sözlərinə görə, həmin ərazilərə köçürüləcək insanlar rahat yaşamalıdır: “Biz təklif edirik ki, Ermənistanla sərhəddə təhlükəsiz zona yaradılsın və ora köçürüləcək məcburi köçkünlərimiz özlərini rahat hiss etsinlər”. …

Read More »

Azərbaycan Silahlı Qüvvələrinin daha 6 hərbçisi şəhid olub, şəhidlərin sayı 77-yə çatıb – SİYAHI

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin daha 6 hərbi qulluqçusu şəhid olub. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Bununla da, erməni təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların sayı 77-yə çatıb. Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı …

Read More »