Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev arasında telefon danışığı baş tutub. Tərəflər bölgədəki mövcud vəziyyətlə bağlı məsələləri müzakirə ediblər.
Read More »Qurban Qurbanov İlham Əliyevin paylaşımına münasibət bildirib
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Prezident İlham Əliyevin “köhlən atlar”ın Fransanın “Nant” komandasını məğlub etməsi ilə bağlı paylaşımına münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, mətbuat konfransından sonra jurnalistlərdən biri 50 yaşlı mütəxəssisə ölkə başçısının qarşılaşma barədə paylaşım etdiyini söyləyib. Təcrübəli baş məşqçi buna “Qarabağ” Azərbaycandır” deyə cavab verib. Qeyd edək ki, “Qarabağ” “Nant”ı 3:0 hesabı ilə məğlub edib.
Read More »Şahruddin Məhəmmədəliyev: “Şəhidlərə görə qələbəyə tam sevinə bilmirik”
“Əlbəttə, qalib gəlmək xoşdur”. Boyukmillet.com xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Bakıda Fransanın “Nant” komandasına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının G qrupunun II tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. 28 yaşlı qolkiper son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən hadisələr səbəbindən bu qələbədən tam zövq ala bilmədiklərini söyləyib: “Çoxlu sayda şəhid vermişik. Buna görə tam …
Read More »Şəhid Xəlilov Qədim İsmayıllıda dəfn edilib
Ermənilərin törətdiyi genişmiqyaslı təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Xəlilov Qədim İlqar oğlu İsmayıllıda dəfn edilib. Boyukmillet.com xəbər verir ki, müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) Qədim Xəlilovun nəşi əvvəlcə Hacıhətəmli kəndindəki evinə gətirilib, şəhidə cənazə namazı qılınıb, Vətənin qəhrəman oğlunun ruhuna dualar oxunub. Mərasim iştirakçıları şəhidimizi “Qarabağ bizimdir, bizim olacaq”, “Şəhidlər ölməz, Vətən …
Read More »Mehriban Əliyeva “Qarabağ”ın “Nant” üzərində qələbəsi ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Qarabağ”ın “Nant” üzərində möhtəşəm qələbəsi ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, Mehriban Əliyeva rəsmi instaqram səhifəsində “Qarabağ Azərbaycandır” həştəqi ilə Prezident İlham Əliyevin tvitini paylaşıb.
Read More »KTMT Ermənistanın sözü ilə hərəkət edə bilməz
Əgər təşkilat toqquşmalara qarışarsa Türkiyə də vəziyyətə müdaxilə edə bilər KTMT Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti təhlil etmək üçün işçi qrup yaratmağı təklif edib. Bu təklif KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasında səsləndirilib. Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç ölkəsinin Ermənistanla Azərbaycan arasında məsələlərin alternativsiz, yalnız siyasi və diplomatik üsullarla sülh yolu ilə həllindən çıxış etdiyini diqqətə çatdırıb: “Mövcud vəziyyət hərtərəfli …
Read More »ATƏT PA Ermənistan və Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağırıb
ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti, Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Pere Xuan Pons Ermənistan-Azərbaycan sərhədində dərhal və davamlı atəşkəsin elan edilməsi ilə bağlı beynəlxalq çağırışlara qoşulub. Boyukmillet.com bu barədə ATƏT PA-nın Mətbuat Xidmətinə istinadən xəbər verir. “Asambleya Ermənistan və Azərbaycan sərhəddində baş verən silahlı toqquşmaları böyük narahatlıqla izləyir. Döyüşlər dayandırılmalı və hər iki ölkə hərtərəfli sülh müqaviləsi bağlamaq üçün konstruktiv …
Read More »Gələn ilin dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim olunub
Maliyyə Nazirliyi 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsini, eləcə də sonrakı 3 il üçün icmal büdcənin göstəricilərini və büdcə zərfinə aid digər sənədləri Nazirlər Kabinetinə təqdim edib. Boyukmillet.com bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, bu addım “Büdcə sistemi haqqında” qanuna və “2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli …
Read More »Ermənistanın darmadağın edilmiş hərbi hissəsinin görüntüləri yayılıb – VİDEO
Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod kəndinin yaxınlığındakı darmadağın edilmiş hərbi hissəsinin görüntüləri yayılıb. Boyukmillet.com xəbər verir ki, görüntüləri “Caliber” yayıb. Bildirilib ki, həmin hərbi hissə Kəlbəcər rayonu üçün birbaşa təhdid yaradırmış. Həmin görüntüləri təqdim edirik: https://t.me/caliber_az_official/10454
Read More »ABŞ Azərbaycana minaaxtaran itlər göndərəcək
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarında minatəmizləmə sahəsində nəzərdə tutulmuş silsilə görüşləri davam edir. Bu barədə ANAMA-dan məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Marşal İrsi İnstitutu (MLI), Amerikanın Mina Məsləhət Qrupu (“Mines Advisory Group America”), Müdafiə Departamentinin Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyi, Dünya Bankı, ABŞ Dövlət Departamenti və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar