Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun təxribatlarına qarşı apardığı hərbi əməliyyata bağlı son məlumatlar açıqlanıb. Boyukmillet.com xəbər verir ki, saat 12:15-də səngərlərdə yerləşən qarşı tərəfin canlı qüvvəsi dəqiq atəşlə məhv edilib. Eyni zamanda Ermənistan Silahlı Qüvvələrinin minaatan mövqeyində olan 4 hərbçisi zərərsizləşdirilib. Bundan başqa, 12:20-də Ermənistanın artilleriya mövqeyində KS-19 zenit topu, 12:28-də döyüş mövqeyindəki “KamAZ” markalı yük maşını məhv edilib.
Read More »Ermənilərin təxribat xarakterli əməllərinə baxmayaraq Ağdamda minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə xüsusi təyinatlı Alayı işğaldan azad olunmuş əraziləri minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları zamanı düşmənin qadağan olunmuş üsullardan istifadə etməklə ərazilərin minalanmasını, heç bir standart, norma gözləməyərək əraziləri çox ciddi şəkildə minaladığı müəyyən olunub. Boyukmillet.com xəbər verir ki, ermənilərin bütün təxribat xarakterli əməllərinə baxmayaraq, ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə …
Read More »MN: “Azərbaycan Ordusu yaşayış evlərini atəşə tutmur”
“Erməni mətbuatında Azərbaycan Ordusunun bölmələrinin guya yaşayış evlərini atəşə tutması barədə yayılan məlumatın heç bir real əsası yoxdur”. “Bu, düşmənin növbəti təxribat xarakterli dezinformasiyasıdır. Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki infrastrukturu hədəfə almır”, – məlumatda qeyd edilib.
Read More »Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər təxirə salınıb
18 sentyabr Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər Mədəniyyət Nazirliyi tərəfindən təxirə salınıb. Bu barədə “Report”a nazirlikdən məlumat verilib. Bildirilib ki, festivalın proqramında olunan dəyişikliklərə əsasən yalnız elmi-nəzəri konfrans, ustad dərsləri və akademik musiqi tədbirləri saxlanılır. Həmçinin, teatr mövsümünün 150-ci yubiley mövsümünün açılışına həsr olunmuş təntənəli tədbirlər də təxirə salınır.
Read More »Ombudsman şəhid hərbi qulluqçularımızın ailələrinə başsağlığı verib
Ombudsman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə başsağlığı verib. “Ermənistanın törətdiyi növbəti genişmiqyaslı hərbi təxribatın qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusu şəhid olmuşdur. Allahdan şəhidlərimizə rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir və səbir arzulayıram”, – Səbinə Əliyeva qeyd edib.
Read More »Ermənistanın artilleriya qurğularının və postlarının məhv edilməsi görüntüləri yayılıb
Ermənistan Silahlı Qüvvələrinin artilleriya qurğularının və döyüş mövqelərinin məhv edilməsi görüntüləri yayılıb. Boyukmillet.com xəbər verir ki, görüntülərdə Ermənistan Silahlı Qüvvələrinin artilleriya qurğularının və döyüş mövqelərinin məhv edilməsi əks olunub. Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan …
Read More »“Vətən Müharibəsindən sonra, ikinci dəfə bölgənin hərbi-strateji xəritəsi dəyişdi” – RƏY
“Vətən Müharibəsindən sonra, ikinci dəfə bölgənin hərbi-strateji xəritəsi yenidən dəyişdi”. “Azərbaycan ordusunun 7 saatlıq əməliyyatı yalnız Azərbaycanın sərhəd rayonlarını yox, bütövlükdə Cənubi Qafqazdakı sülh və əməkdaşlıq perspektivini sonrakı uzun bir dövr üzrə erməni təhlükəsindən xilas etdi. Belə ki, Azərbaycan əsgəri Ermənistanın təxribat cəhdinə cavab olaraq əks həmlə ilə sərhədboyu istiqamətində qurduğu bütün hərbi təyinatlı obyektləri darmadağın edərək İrəvanın nəinki yenidən …
Read More »Saatlıda şəhid hərbi qulluqçu dəfn edilib
Saatlıda şəhid hərbi qulluqçu torpağa tapşırılıb. Boyukmillet.com xəbər verir ki, Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin kiçik giziri Nəsirov Ülvi Əsədulla oğlunun nəşi doğulduğu Saatlı rayonunun Qaranuru kəndinə gətirilib. Evdə vida mərasimi keçirilib, ruhuna dualar oxunub. Sonra şəhidin nəşi izdihamla kənd qəbristanlığına yola salınıb. Mərasimdə şəhidin doğmaları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid Ülvi Nəsirovun …
Read More »Lerikdə şəhidin dəfn mərasimi keçirilib
Lerikdə şəhidin dəfn mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, rayonun Əvilə kəndində doğulub boya başa çatan Azərbaycan ordusunun hərbi qulluqçusu, 1994-cü il təvəllüdlü Şəmistan Əbdülağa oğlu Sadıqov doğulduğu kənddə torpağa tapşırılıb. Şəhidin cənazəsini gətirən avtomobil karvanı yolboyu sakinlər tərəfindən üçrəngli bayraqlarla müşayiət olunub. Dəfn mərasimində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak edib, şəhidin ruhuna dualar oxunub. Qeyd edək ki, şəhid …
Read More »Ərdoğan Türkiyə və Azərbaycanın həmrəy olduqlarını qeyd edib
Prezident Rəcəb Tayyib Ərdoğan qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib və ölkələrimizin həmrəy olduqlarını vurğulayıb. Boyukmillet.com xəbər verir ki, Türkiyə Prezidenti sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha vurğulanıb. Dövlət başçıları gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar