Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının (DİNŞ) növbəti iclasında iştirak etmək üçün Qırğız Respublikasında iki günlük rəsmi səfərdə olub. Sentyabrın 8-də Çolpan-Ata şəhərində keçirilən Daxili İşlər Nazirləri Şurasının iclasında üzv dövlətlərin Daxili İşlər nazirliklərinin əməkdaşlığının prioritet istiqamətləri və cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramların icra vəziyyəti barədə ümumi fikir mübadiləsi aparılıb, …
Read More »Qarabağı ziyarət edən israilli: “Şuşanı görəndə həyacandan nitqim tutuldu”
Azad olunmuş Qarabağa səhayət zamanı Şuşa şəhərini görəndə həyacandan nitqim tutuldu. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a Diasporla İş üzrə Dövlət Komitəsin təşkilatçılığı ilə Şuşanı ziyarət edən İsrailin Kiryat Yam şəhərindən olan “Qafqaz mədəniyyət mərkəzi”nin rəhbəri Şmaelov Ben Sion bildirib. Qarabağın azadlığı uğurunda vuruşmuş qazilərə can sağlığı arzulayan, şəhidlərə tanrıdan rəhmət diləyən əslən azərbaycanlı olan, Qubada anadan olmuş Ben Sion Vətən …
Read More »Ağcabədi sakini qohumunu güllələyib
Ağcabədi sakini qohumunu güllələyib. Boyukmillet.com xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinə (RPŞ) bir nəfər rayon sakininin qol nahiyəsindən güllə yarası alması ilə bağlı xəstəxanadan məlumat daxil olub. Məlumatla əlaqədar Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Araşdırmalarla müəyyən olunub ki, rayon sakini Laiq İslamov yaranan münaqişə zəminində öz qohumuna tapançadan atəş açaraq xəsarət yetirib. Keçirilmiş tədbirlərlə L.İslamov polis əməkdaşları …
Read More »Ukrayna Baş Qərargahı: “Son sutkada Rusiyanın 660 hərbçisi məhv edilib”
“Son sutkada Ukraynada Rusiya ordusunun 660 hərbçisi məhv edilib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 51 900-ə çatıb. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 122 tank, 4 575 zirehli döyüş maşını, 1 237 artilleriya sistemi, 306 reaktiv yaylım atəşi …
Read More »Beynəlxalq səyyahların Qarabağa səfəri davam edir
Beynəlxalq səyyahların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri davam edir. Boyukmillet.com xəbər verir ki, səyyahlar ötən gün Şuşa şəhərində və Ağdam rayonunda olublar. Bu gün isə onlar Füzulinin Alxanlı kəndində yerləşən qədim məscidə baş çəkiblər. Qonaqlara işğal dövründə dağıdılmış və içində heyvan saxlanılmış bu məscid haqqında ətraflı məlumat verilib. Səfər proqramına Füzuli Beynəlxalq Hava Limanı və Xocavənd rayonunda yerləşən Azıx …
Read More »Nazirlik: “On dörd mindən çox müharibə əlilinə birdəfəlik ödəmə verilib”
Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Prezident İlham Əliyevin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid olan qəhrəmanlarımızın ailələri, müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyata keçirir. Boyukmillet.com xəbər verir ki, nazirlik tərəfindən şəhid ailəsi üzvləri və müharibə veteranlarından ibarət 101 min şəxsə 113 min sosial ödəniş (aylıq pensiya, müavinət, təqaüd) təyinatı …
Read More »Şarl Mişel 5 erməni hərbçinin qarşı tərəfə təhvil verilməsini alqışlayıb
Avropa İttifaqı (Aİ) Azərbaycanın 5 erməni hərbçinin qarşı tərəfə təhvil verməsini alqışlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel tviter səhifəsində yazıb. “Brüsseldəki müzakirələrdən sonra daha 5 erməni hərbçinin Bakı tərəfindən təhvil verilməsini alqışlayırıq. Həll edilməmiş bütün humanitar məsələləri həlli əsas prioritetdir”, – o bildirib. Xatırladaq ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq, Avropa İttifaqı Şurasının Prezidenti …
Read More »MN: “Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub”
Sentyabrın 8-i axşam saatlarından 9-u səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan, Basarkeçər rayonunun Subatan yaşayış məntəqələri və Gorus rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli və Hacılar, Kəlbəcər rayonunun Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Read More »Azərbaycan Prezidenti III Çarlza başsağlığı məktubu göndərib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza başsağlığı məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Əlahəzrət, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası, zəmanəmizin görkəmli dövlət başçısı, ananız Ülyahəzrət II Elizabetin vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq. Bu ağır itkinin kədərini Sizinlə və bütün ailənizlə bölüşür, şəxsən öz adımdan və Azərbaycan xalqı adından …
Read More »Prezident İlham Əliyev kraliça II Elizabetin vəfatı ilə bağlı başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Elizabet Trasa başsağlığı məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli xanım Baş nazir, Görkəmli dövlət başçısı – Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq. XX əsrin ikinci yarısından etibarən adını dünya tarixinin səhifələrinə şərəflə həkk etmiş, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar