Sentyabrın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İspaniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin sənaye, ticarət və turizm naziri Maria Reyes Maroto ilə görüşüb. C.Bayramov iki ölkə arasında ticarət, energetika və turizm sahəsində əməkdaşlıq perspektivlərinin daha da artdığını qeyd edib. Azərbaycanda həyata keçirilən enerji layihələri və həmin layihələrdə İspaniya biznes dairələrinin iştirak etməsi imkanları barədə danışan nazir bunun ikitərəfli əlaqələrin …
Read More »Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb
Özbəkistan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 7-də bu ölkənin Ali Məclisi Senatının (Oliy Məclisi Senatı) sədri Tənzilə Narbayeva ilə görüşüb. Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayan Tənzilə Narbayeva Milli Məclisin sədrini yenidən öz ölkələrində görməkdən məmnunluğunu ifadə edib. Senatın sədri ölkələrimiz arasında yüksək səviyyədə olan münasibətlərdən danışıb. O, əlaqələrimizin inkişafında dövlət başçılarının rolunu xüsusi qeyd edərək …
Read More »Meşələrdə yanğın təhlükəsizliyinə dair müşavirə keçirilib
7 sentyabr 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyində nazir general-polkovnik Kəmaləddin Heydərov və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin birgə iştirakı ilə meşələrdə yanğın təhlükəsizliyi məsələlərinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, hər iki nazirliyin aidiyyəti struktur bölmə və qurumlarının rəhbər heyəti iştirak edib. Müşavirədə …
Read More »Baş Qərargah rəisi Quru Qoşunlarında olub, xidməti müşavirə keçirib
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarında olub.Baş Qərargah rəisi Quru Qoşunlarının idarə heyəti ilə xidməti müşavirə keçirib. Müşavirədə Quru Qoşunlarında görülən işlərin təhlili aparılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar toplantı iştirakçılarına çatdırılıb. Müdafiə nazirinin birinci müavini döyüş hazırlığının və hərbi qulluqçuların …
Read More »Ərdoğan sentyabrın 17-dən 22-dək ABŞ-a səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasından bildirilib. “Prezidentin səfəri sentyabrın 17-dən 22-dək nəzərdə tutulur”, – məlumatda deyilir.
Read More »Ağalıya köçürülən qadın: “Ömürlük burada yaşamağa gəlmişəm”
Bu gün Zəngilan rayonunda “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçrülüməsinin növbəti mərhələsi həyata keçirilib. Boyukmillet.com xəbər verir ki, Ağalıya 2 övladı ilə birlikdə gəlib: “Nə deyəcəyimi bilmirəm. Həm kədərli, həm də sevincliyəm. Ömürlük burada yaşamaq üçün gəlmişəm. Böyük arzularım var. İstəyirəm burada övladlarımın toyunu edim. İnşallah qismət olar. Köçkün həyatı, ümumiyyətlə bu adı daşımaq çox ağırdır. …
Read More »Mustafa Şəntop Türkiyənin tələblərini İsveç və Finlandiyaya çatdırıb
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop finlandiyalı həmkarı Matti Vanhanen və isveçli həmkarı Talman Andreas Norle ilə onlayn görüş keçirib. Boyukmillet.com xəbər verir ki, rəsmi Stokholm və Helsinkinin NATO-ya üzvlüyü məsələsi müzakirə olunub: “NATO-nun Madriddə keçirilən zirvə toplantısında imzalanan üçtərəfli razılaşma barədə fikir mübadiləsi aparılıb. Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı mövqeyini bir daha diqqətə çatdırdım”, – …
Read More »“TurAz Qartalı-2022” təlimində növbəti uçuşlar icra olunub
Ölkəmizdə keçirilən “TurAz Qartalı-2022” birgə taktiki-uçuş təliminin planına uyğun olaraq növbəti təlim-məşq uçuşları icra olunub. Senariyə əsasən şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınma və yerüstü hədəflərinə havadan zərbə endirmə tapşırıqları hərbi pilotlar tərəfindən uğurla yerinə yetirilib. Birgə taktiki-uçuş təlimi davam edir.
Read More »Ceyhun Bayramov ÜTT-nin Baş katibi ilə görüşüb
Sentyabrın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İspaniyaya rəsmi səfəri çərçivəsində Ümumdünya Turizm Təşkilatının (ÜTT) Baş katibi Zurab Pololikaşvili ilə görüşüb. C.Bayramov Azərbaycanın turizm sahəsinin inkişafına böyük əhəmiyyət verdiyini və bu xüsusda ÜTT ilə əməkdaşlıq əlaqələrinin önəmli olduğunu bildirib. Nazir son illər ərzində ölkəmizdə turizm üzrə infrastrukturun inkişafı istiqamətində genişmiqyaslı işlərin görüldüyünü qeyd edib. Azərbaycanın ölkə və regional səviyyədə …
Read More »Türkiyədə meşə yanğını yaşayış məntəqələrinə yaxınlaşıb, yüzlərlə insan təxliyə edilib
Türkiyənin Mersin şəhərinin Gülnar rayonunda meşə yanğını yaşayış sahəsinə yaxınlaşıb. Boyukmillet.com xəbər verir ki, rayonda 110 təsərrüfatdan 450 nəfər təxliyə edilib. Güclü küləyin təsiri olduğu bölgədə Adana, Antalya, Karaman və Konyadan gələn qruplar, təyyarə və helikopterlər yanğınsöndürmə işlərinə dəstək verir. Yanğının söndürülməsinə 5 təyyarə, 18 helikopter, 49 gəmi və 500 canlı qüvvə cəlb olunub.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar