Bazar ertəsi , 6 Aprel 2026

autor

Avropa İttifaqı sərhədlərə nəzarəti sərtləşdirəcək

Avropa İttifaqı (Aİ) oktyabrın 12-dən ümumi Avropa sərhəd keçid sistemini tətbiq edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” teleradio şirkəti məlumat yayıb. “Avropa sərhədlərdə nəzarəti sərtləşdirir: hava limanlarında barmaq izlərinin götürülməsi və üz təsvirlərinin qeydə alınması üzrə geniş miqyaslı layihə başlayır”, – “Yle” yazıb. Şirkətin məlumatına görə, sistem ilk növbədə saxta pasportları olan şəxslərin aşkarlanmasına yönəlib. EES (“Entry”/”Exit System”) …

Read More »

Azərbaycan Rusiya tərəfindən vurulan təyyarə qəzasının araşdırılmasına dəstəyə görə ICAO-ya təşəkkür edib

Azərbaycan Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) ötən il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” təyyarəsində baş verən qəzanın araşdırılmasına xüsusi diqqət yönəltdiyi və Qazaxıstanın həyata keçirdiyi araşdırmaya qurumun davamlı dəstəyinə görə təşəkkürünü ifadə edib. Boyukmillet.com Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir müavini Elmin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Bern şəhərində ICAO-nun Baş …

Read More »

Ali Məhkəmə “Tərtər işi”ndə təqsirləndirilən şəxslərin cinayət işi üzrə qərar verib

“Tərtər işi” ilə bağlı ittiham olunan Fuad Ağayev, Qurban Cümşüdov, Fuad Axundov, Ramil Əhmədov və Cavid Ağadadaşovun barələrində verilmiş kassasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. Boyukmillet.com-un məlumatına görə, Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin onların cəzalarının ağırlaşdırılması üçün verdiyi kassasiya şikayətinə baxılıb. Şikayət təmin edilməyib, aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.  Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin …

Read More »

Azərbaycan XİN: Rusiyada etnik mənsubiyyətə görə azərbaycanlılar təqib olunur

Rusiyada etnik mənsubiyyətə görə azərbaycanlılar təqib olunur. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rusiya Xarici İşlər Nazirliyinin “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarə faciəsi ilə əlaqədar sığorta ödənişlərinin həyata keçirilməsi barədə sentyabrın 4-də mətbuat məlumatı və mətbuat katibinin Azərbaycan-Rusiya münasibətlərinə dair açıqlamasını şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan-Rusiya münasibətlərinin …

Read More »

Azərbaycanda 544 nəfər ölümündən sonra donor olmaq üçün qeydiyyatdadır – RƏSMİ

2025-ci ilin ilk 8 ayında ölkədə 203 orqan köçürməsi icra olunub.  Bu barədə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.  Qeyd olunub ki, ən çox ehtiyac duyulan orqan böyrək olduğu üçün sözügedən dövrdə ümumilikdə 60 əməliyyat aparılıb: “Onlardan ikisi uşaq, 58-i böyüklərdə icra olunub. Qaraciyər transplantasiyası üzrə ümumilikdə 36 əməliyyat aparılıb. Onlardan dördü uşaq, 32-si böyüklərdə icra olunub. Buynuz …

Read More »

Bakının 28 May küçəsindəki tarixi abidənin icazəsiz konstruksiyaları sökülür

Bakının 28 May küçəsində yerləşən memarlıq abidəsinin fasadında icazəsiz quraşdırılmış metal konstruksiyalar Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən sökülür. Boyukmillet.com bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu bina Nazirlər Kabinetinin qərarına əsasən dövlət tərəfindən mühafizə olunan memarlıq abidələri siyahısına daxildir: “Bununla yanaşı, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin …

Read More »

Azərbaycanda minaaxtaran qadınların sayı açıqlanıb – RƏSMİ

Hazırda Azərbaycanda 18 qadın minaaxtaran və 2 qadın paramedik (tibb işçisi) fəaliyyət göstərir. Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Bildirilib ki, qadın minaaxtaranlar indiyədək 501 hektar ərazini minalardan təmizləyib, 400 ədədə yaxın mina və partlamamış hərbi sursat aşkarlayıblar. Qeyd edək ki, 2023-cü ildən etibarən qadınlardan ibarət minatəmizləmə qrupları işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə …

Read More »

Rusiya Prezidenti: Ukraynada əcnəbi hərbçilər qanuni hədəfimiz olacaq

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, döyüş əməliyyatlarının davam etdiyi şəraitdə Ukrayna ərazisində xarici kontingentlərin yerləşdirilməsi Rusiya silahlı qüvvələri üçün qanuni hədəf kimi qiymətləndiriləcək. Boyukmillet.com xəbər verir ki, o, bunu X Şərq İqtisadi Forumunun plenar iclasında deyib. “Döyüş əməliyyatları zamanı orada əcnəbi qoşunlar yerləşdiriləcəksə, onları qanuni hədəflər hesab edəcəyik”, – Rusiya lideri vurğulayıb. V.Putin eyni zamanda qeyd edib ki, uzunmüddətli sülhə …

Read More »

Pentaqon: Venesuelanın iki hərbi təyyarəsi ABŞ HHQ gəmisinin yaxınlığından uçub

Venesuelanın iki hərbi təyyarəsi beynəlxalq sularda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin yaxınlığından uçub. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb. “Son dərəcə təxribatçı bu addım bizim narkoterrorla mübarizə əməliyyatlarımıza mane olmaq məqsədi daşıyırdı”, – məlumatda deyilir. Bildirilir ki, Venesuela kartelinə ABŞ-nin hərbi narkotiklərlə mübarizə və antiterror əməliyyatlarına daha da mane olmağa, çəkindirməyə və ya müdaxilə …

Read More »

Yol polisi yükdaşıma ilə məşğul olan şəxslərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma ilə məşğul olan şəxslərə müraciət edib. Bu barədə  İdarədən məlumat verilib. Bildirilib ki, müvafiq qaydada qablaşdırılmadan və xüsusi örtüklərlə təmin olunmadan daşınan qum, çınqıl, torpaq, daş və digər materialların yollara səpələnməsi hərəkət iştirakçıları üçün ciddi təhlükə mənbəyidir: “Belə hallarda görünüş dairəsi məhdudlaşır, nəqliyyat vasitələrinin təkərlərinin yol örtüyü ilə təması azalır və bu, idarəetmənin itirilməsinə, …

Read More »