Bazar ertəsi , 6 Aprel 2026

autor

Dövlət Departamentinin keçmiş əməkdaşı Çinə casusluq etdiyinə görə 4 il müddətinə həbs olunub

Virciniya ştatının Şərq dairəsi məhkəməsi ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşını məxfi məlumatları Çin kəşfiyyat xidmətlərinə ötürdüyünə görə 4 il həbs cəzasına məhkum edib. Boyukmillet.com Amerika mətbuatına istinadən xəbər verir ki, bu barədə məhkəmə materiallarında deyilir. İstintaqa görə, 42 yaşlı Maykl Çarlz Skina internetdə özünü ona beynəlxalq konsaltinq şirkətlərinin işçiləri kimi təqdim edən insanlarla tanış olub. 2022-ci ilin aprel ayından müxtəlif elektron …

Read More »

Tramp Avropadan Rusiya neftinin alışını dayandırmağı tələb edir

ABŞ Prezidenti Donald Tramp Avropa liderləri ilə telefon danışıqları zamanı bəyan edib ki, Avropa Rusiya neftinin alışını dayandırmalıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb. Məlumata görə, Tramp söhbət zamanı vurğulayıb ki, Avropa İttifaqının Rusiya neftini alması bu ölkəyə ildə 1,1 milyard avro qazandırıb.

Read More »

Ukraynaya uzaqmənzilli raketlərin tədarükü ilə bağlı razılıq əldə olunub

“Arzuedənlər koalisiyası” ölkələri Ukraynaya uzaqmənzilli raketlər tədarük etməyə hazır olduqlarını təsdiqləyib. Boyukmillet.com Britaniya hökumətinə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Kir Starmer sentyabrın 4-də koalisiyanın Parisdə keçirilən iclasında bildirib.  O, iclasa videokonfrans formatında qatılıb. “Arzuedənlər koalisiyası”nın son hərbi planlarının müzakirəsi zamanı baş nazir qeyd edib ki, qrup ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Ukraynaya sarsılmaz dəstək öhdəliyi götürüb …

Read More »

Dövlət Xidməti “Telegram” hücumlarını araşdırır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərverici Analizi Laboratoriyası (MRLab) “Telegram” mesajlaşma tətbiqi üzərindən həyata keçirilən yeni kiberhücum dalğası ilə bağlı araşdırmaya başlayıb.  Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.  Hazırda kibercinayətkarların müəyyənləşdirilməsi, həmçinin insidentlərin miqyası və təsirinin qiymətləndirilməsi istiqamətində tədqiqat işləri davam etdirilir. İlkin araşdırma nəticələri ilə bağlı Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) saytında tanış olmaq mümkündür. 

Read More »

Xaçmazda restoranda qanunsuz saxlanılan heyvanlar xilas edilib

IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə iştirakı ilə Xaçmaz rayonunda fəaliyyət göstərən iaşə obyektlərindən birində araşdırma aparılıb.  Bu barədə  İctimai Birlikdən məlumat  verilib. Araşdırma nəticəsində rayonun Müşkür kəndi ərazisində yerləşən “Çənlibel” restoranında qanunsuz olaraq bir sıra fauna növlərinin saxlanılması faktı aşkarlanıb. Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən ərazidən adı Qırmızı Kitabına …

Read More »

Azərbaycan “Tağıyev: Neft” filmini “Oskar” mükafatına namizəd kimi təqdim edib

Azərbaycan “Tağıyev: Neft” filmini “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyasında Kino Akademiyasının 98-ci “Oskar” mükafatına namizəd kimi təqdim edib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Film Seçimi Komitəsinin sədri kinorejissor Şamil Əliyev məlumat verib. Ş.Əliyev filmin “Oskar” mükafatına təqdim edilməsinin milli kinonun beynəlxalq miqyasda tanınmasına töhfə verəcəyini qeyd edib. Məlumat üçün xatırladaq ki, “Tağıyev: Neft” filmi “Bakı Media Mərkəzi” tərəfindən …

Read More »

Azərbaycan XİN funikulyor qəzası nəticəsində çoxsaylı insan ölümü ilə bağlı Portuqaliyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Portuqaliyaya başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib. “Lissabonda Qloriya xəttində baş vermiş faciəli funikulyor qəzası bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik”,-məlumatda qeyd olunub. Xatırladaq ki, Portuqaliyanın paytaxtı Lissabonda şəhərin əsas simvollarından biri olan “Qloriya” funikulyorunun sentyabrın 3-də relsdən çıxması …

Read More »

Gürcüstan və Türkiyə gənclər siyasəti üzrə əməkdaşlıq memorandumu imzalayıb

Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi ilə Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. “Report”un Gürcüstan bürosu xəbər verir ki, sənədin əsas məqsədi gənclər siyasəti sahəsində tərəfdaşlığın gücləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsidir. Gürcüstan Təhsil Nazirliyinin məlumatına görə, memorandumu Gürcüstanın təhsil naziri Givi Mikanadze və Türkiyənin gənclik və idman naziri Osman Aşkın Bak imzalayıblar. Nazir Givi Mikanadzenin …

Read More »

Azərbaycana külli miqdarda narkotik keçirməyə cəhd göstərən qaçaqmalçılar saxlanılıb

Azərbaycanın dövlət sərhədini pozmaqla Xəzər dənizindən ölkə ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrupun üzvləri saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğunun birgə məlumatında bildirilib. Belə ki, sentyabr ayının 4-də saat 00:25-də Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında – Neftçala rayonu istiqamətində sürətlə hərəkət edən naməlum üzmə vasitəsi müşahidə olunub. …

Read More »

Azərbaycan Avropa İttifaqı ölkələrinə qara kürü ixrac etməyi planlaşdırır

Azərbaycanda istehsal olunan qara kürü yaxın vaxtlarda Avropa İttifaqı ölkələrinin bazarlarına çıxarıla bilər. Bu barədə “Report”a “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Zaur Salmanlı məlumat verib.  “2025-cı ilin sonuna və yaxud 2026-cı ilin əvvəlinə Avropa İttifaqı ölkələrinə ixrac barədə düşünürük. Hazırda bu istiqamətdə danışıqlar aparılır, əlaqələr qurulur”, – deyə o qeyd edib.  Qara kürü ixracının daha …

Read More »