Cümə axşamı , 9 Aprel 2026

autor

Aİ-92 benzinin və dizel yanacağının aksiz dərəcələrində dəyişiklik olunub

Nazirlər Kabinetinin “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” 23 avqust 2022-ci il tarixli Qərarı ilə Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının aksiz dərəcələrində dəyişiklik olunub. Qərara əsasən, Aİ-92 markalı avtomobil benzininin aksiz dərəcəsi 42 fazdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi isə 18 faizdən 18,3 faizə dəyişdirildiyindən Tarif (qiymət) …

Read More »

ANAMA-nın əməliyyat meneceri: “Cəbrayılda minaaxtaran it öz sahibini qoruyarkən minaya düşərək ölüb”

Ötən gün Cəbrayıl rayonu ərazisində ərazilərin minalardan təmizlənməsi zamanı bir mina təmizləyən it minaya düşərək tələf olub. Azərbaycan Respublikası Mina Təmizləmə Agentliyinin minaaxtaran itlərlə iş üzrə qrupunun əməliyyat meneceri Azər Hüseynov “Report”un Qarabağ bürosuna bildirib ki, minaaxtaran itin minaya düşməsi öz sahibini qorumağa cəhd edərkən baş verib: “Sahibini xilas edən və özü minaya düşərək ölən “Dina” ləqəbli minaaxtaran it burada olan …

Read More »

Zaqatalada yüksək dağlıq ərazidə baş verən yanğın 10 hektar ərazini əhatə edir

Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində, yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 helikopteri yanğınsöndürmə işlərini davam etdirir. Boyukmillet.com xəbər verir ki, FHN-in 100 nəfər şəxsi heyəti, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli sakinlərdən ibarət daha 100 nəfər yanğının söndürülməsində iştirak edir. Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Nurlan Şabanov …

Read More »

ETSN: “Zaqatalada yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur”

“Zaqatalanın mürəkkəb relyefli dağlıq ərazisində baş verən yanğının söndürülməsi və geniş ərazilərə keçməməsi istiqamətində tədbirlər davam etdirilir. Yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Bu səbəbdən yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. O qeyd edib ki, hazırda nazirliyin bütün …

Read More »

Laçın şəhəri, Sus və Zabux kəndlərinin içməli su təchizatı bərpa edilir

Avqustun 26-da Azərbaycan ordusu tərəfindən tam nəzarətə götürülmüş Laçın şəhəri, Sus və Zabux kəndlərinin içməli su təchizatının bərpa edilməsi məqsədilə “Azərsu” ASC-nin mühəndis-texniki heyəti, qəza-bərpa briqdasından ibarət qrup həmin tarixdən Laçın şəhərində işlərə başlayıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə hərbi və mülki təyinatlı obyektlərin dayanıqlı içməli su təminatı …

Read More »

Nazirlik: “Ermənilər Laçın şəhəri və ətraf ərazilərdə 6 yanğın hadisəsi törədib”

Laçın şəhəri və ətraf ərazilərdə ermənilər tərəfindən törədilmiş 6 yanğın hadisəsi qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ilə əlaqədar həmin yaşayış məntəqələrində qeyri-qanuni olaraq məskunlaşmış ermənilərin ərazini tərk etməsi zamanı törədə biləcəkləri təxribatların, o cümlədən yanğın hadisələrinin qarşısının vaxtında alınması …

Read More »

KİV: “Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin növbəti görüşü Brüsseldə keçiriləcək”

Azərbaycan və Ermənistanın Baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın üçüncü görüşü Belçikanın paytaxtı Brüsseldə keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb. Bildirilib ki, növbəti görüş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşündən sonra – bu ay ərzində baş tutacaq. Xatırladaq ki, ötən gün Rusiyanın paytaxtı Moskvada Azərbaycanın Baş nazirinin müavini …

Read More »

MN Laçının Zabux kəndindən yeni videogörüntülər yayıb

Müdafiə Nazirliyi Laçın rayonunun Zabux kəndindən videogörüntülər yayıb. Boyukmillet.com görüntüləri təqdim edir. Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.

Read More »

Azərbaycan və Yaponiyanın paytaxtları arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib

Yaponiya və Azərbaycanın paytaxtları arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin feysbuk səhifəsində bildirilib. Qeyd edilib ki, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Tokionun qubernatoru Koike Yuriko ilə görüşüb. Görüşdə Azərbaycan və Yaponiya arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi, həmçinin Bakı və Tokio arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Read More »

Azərbaycan neftinin qiyməti 102 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,25 ABŞ dolları, yaxud 0,24 % artaraq 102,15 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 100,01 ABŞ dollardan satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ …

Read More »