Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə başsağlığı verib. Boyukmillet.com-un məlumatına görə, mətndə deyilir: “Hörmətli cənab Prezident, Ölkənizdə baş vermiş şiddətli yağışlar və daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı …
Read More »Azərbaycan Ordusunun hərbçisi yol qəzasında həlak olub – RƏSMİ
Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş yol qəzası nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlu həlak olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, faktla bağlı araşdırma aparılır. “Nazirliyin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir. Allah rəhmət eləsin!”, – məlumatda qeyd edilib.
Read More »Laçında təcili tibbi yardım briqadaları fəaliyyətə başlayıb
Laçında TƏBİB-in tabeliyində olan Təcili Təxirəsalınmaz Tibbi Yardım briqadaları fəaliyyət göstərməyə başlayıb. Bu barədə TƏBİB-dən məlumat verilib. Qeyd olunub ki, Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçularının sağlamlıqlarının nəzarətdə saxlanılması üçün TƏBİB-ə müraciət edib. Müraciət əsasında TƏBİB-in tabeliyində olan Təcili Təxirəsalınmaz Tibbi Yardım (TTTY) Stansiyasının “113” dispetçer mərkəzinin və Xocavənd Rayon Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşlarından ibarət iki …
Read More »Bakıda küçədə iki nəfərə qarşı silahlı hücum edilib
Bakıda küçədə iki nəfərə qarşı silahlı hücum edilib. Boyukmillet.com-un məlumatına görə, hadisə avqustun 23-də paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 80 ünvanında qeydə alınıb. Belə ki, Xəlilov Pərviz Tofiq oğlu tanışı Əlizadə Malik Tağı oğlu ilə birlikdə üzərində olan bıçağın arxası ilə Əzimzadə İmaməli Ulduzxan oğlunun burun nahiyəsindən yumruq və təpiklə, Şahverənov Rafət Rüfət oğlunun bədəninin müxtəlif nahiyələrindən vurub xəsarət yetirib. …
Read More »MN: “Bu ilin sonunadək bütün döyüş texnikaları vahid sistemə çevriləcək”
Bu ilin sonunadək bütün döyüş texnikaları vahid sistemə çevriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildiirlib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun rabitə sistemləri imkanlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir. Ordumuzun bölmələri müasir rəqəmsal rabitə vasitələri ilə təchiz edilib. İşğaldan azad edilən ərazilərdə dislokasiya olunan bölmələrin idarə edilməsində dünyanın ən qabaqcıl ölkələrindən …
Read More »Əliyev üç il gözləyə bilməzdi – Laçın zəfəri….
Bu gün tariximizin bəlkə də ən xoş xəbərlərindən birini aldıq. Cənab Prezident İlham Əliyev öz növbəti tviti ilə bizi bir daha sevindirdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev rəsmi tviter səhifəsində Laçınla bağlı paylaşımında bunları yazıb: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. …
Read More »Türkiyədə miqrantları daşıyan mikroavtobus qəzaya uğrayıb, ölən və yaralananlar var
Türkiyədə ağır yol qəzası olub. Boyukmillet.com xəbər verir ki, hadisə Van vilayətində qeydı alınıb. Gevaş rayonunda qanunsuz miqrantları daşıyan mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb, daha 13 nəfər yaralanıb. Mikroavtobusun sürücüsü qəzadan sonra hadisə yerindən qaçıb. Onun saxlanılması üçün əməliyyat tədbirlərinə başlanılıb. Hadisə yerinə təcili yardım, polis əməkdaşları və xilasedicilər cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb.
Read More »Zelenski: “Ukrayna müharibə başlayandan bir milyon ton taxıl ixrac edib”
Ukrayna Rusiya ilə genişmiqyaslı müharibə başlayandan bu günə kimi 1 milyon ton ərzaq ixrac edə bilib. Bu, “taxıl dəhlizi”nin işə düşməsindən 26 gün sonra baş verib. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında deyib. “Taxıl ixracı təşəbbüsü demək olar, bir aya yaxındır həyata keçir və bu müddət ərzində üç dəniz limanımız Çernomorsk, Odessa, Yujnı fevralın 24-dən etibarən …
Read More »Ermənistanda baş vermiş partlayışla bağlı bir neçə nəfər saxlanılıb
Avqustun 14-də Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışla bağlı bir neçə nəfər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, partlayışla bağlı saxlanılanlardan biri ticarət mərkəzinin direktor müavini, digəri isə partlayışın baş verdiyi ərazinin icarəçisidir. Portal hadisə ilə əlaqədar daha iki nəfərin saxlanılması haqqında məlumatı da dəqiqləşdirməyə müvəffəq olub. Qeyd edilir ki, həmin şəxslər partlayışa səbəb olan pirotexniki vasitələrin saxlanıldığı …
Read More »ABŞ vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırıb
ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırıb. Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, ABŞ hakimiyyəti bugünlərdə Ukraynada həlak olan vətəndaşının ailəsi ilə əlaqə saxlayır. “ABŞ vətəndaşları aktiv silahlı münaqişə və Rusiya kəşfiyyat orqanlarının təhdidinə görə Ukraynaya səfər etməməlidir. Ukraynadakı ABŞ vətəndaşları hər hansı kommersiya və ya digər şəxsi yerüstü nəqliyyat variantından istifadə etmək təhlükəsiz olarsa, dərhal bu ölkəni …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar