İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı vəsatətini rədd edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ali Məhkəmə sədrinin müavini, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib. “Bu gün İnsan Hüquqları üzrə Avropa Məhkəməsi növbəti dəfə Azərbaycana münasibətdə müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair Ermənistanın vəsatətini rədd edib”, – o qeyd edib.
Read More »Siyəzən, Şabran, Xaçmaz və Qubadakı meşə yanğınları nəzarətə götürülüb
Siyəzən, Şabran, Xaçmaz və Quba rayonları ərazisində baş vermiş yanğınlar nəzarətə götürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov avqustun 19-da şimal bölgəsindəki yanğınlarla mübarizə tədbirlərinə həsr olunmuş əməliyyat müşavirəsində məlumat verib. O, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının ən müasir standartlar səviyyəsində olduğunu vurğulayaraq yanğınların tam söndürülməsi üçün kifayət …
Read More »Badamlı adına niyə sahib çıxmır?
Tanınmış jurnalist Məhəmmədəli Qəribli “Bravo” mağazalar şəbəkəsinin “Badamlı” mineral sualarının qəribə təqdimatı ilə bağlı maraqlı paylaşım edib. Boyukmillet.com həmin paylaşımı təqdim edir: “Fotonu “Bravo”nun Azadlıq prospektindəki mağazasında çəkmişəm. Deyəsən, mağaza “Badamlı”ya yeni ad verib. Əslində, Badamlının Bakıda satışını təşkil edən şəxslərə bu da azdır. Çünki öz işləri ilə məşğul olmurlar. Bir neçə ay əvvəl mən onların sosial mediada keçirdiyi “Zəfər …
Read More »Prezidentin köməkçisi Brüsseldə Armen Qriqoryanla görüşüb
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Toivo Klaar tviterdə qeyd edib. “Brüsseldə Azərbaycan-Ermənistan münasibətləri və Aİ-nin prosesdə iştirakı ilə bağlı Hikmət Hacıyev və Armen Qriqoryan ilə …
Read More »Kəmaləddin Heydərov yanğın baş verən əraziyə gedib, xüsusi müşavirə keçirib
“Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şabran rayonuna gəlib, xüsusi müşavirə keçirib”. Bunu “Report”un Şimal bürosuna açıqlamasında Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev deyib. O bildirib ki, toplantıda şimal bölgəsinin rayonlarının icra başçıları, hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib: “Tədbirdə adiyyəti qurumların əməkdaşları Kəmaləddin Heydərova ərazidə baş verən yanğınla bağlı məruzə ediblər. Nazir müşavirənin sonunda yanğının tam söndürülməsi istiqamətində tapşırıqlar verib”.
Read More »Azərbaycan Almaniyaya yeni səfir təyin edib
Azərbaycan Almaniyaya yeni səfir təyin edib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncamla Nəsimi Məhəmmədəli oğlu Ağayev Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Digər sərəncamla Nəsimi Məhəmmədəli oğlu Ağayev Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.
Read More »Azərbaycanın bir neçə ölkədəki səfiri geri çağırılıb
Azərbaycanın Argentina, Küveyt və Kubadakı səfirləri geri çağırılıb. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb. Sərəncamlarla Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın Argentina, eyni zamanda Paraqvay, Boliviya, Çili, Uruqvayda, Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Küveyt Dövlətində, Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.
Read More »Azərbaycan bir neçə ölkəyə yeni səfir təyin edib
Azərbaycan Argentina, Koreya və Braziliyaya yeni səfirlər təyin edib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb. Belə ki, Rəmzi Kazım oğlu Teymurov Azərbaycanın Koreya, eyni zamanda Monqolustandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq Argentinaya səfir təyin edilib. Bundan başqa, Ramin Müzəffər oğlu Həsənov Azərbaycanın Almaniyadakı səfiri vəzifəsindən geri çağırılaraq Koreyaya səfir təyin edilib. Eyni zamanda Rəşad İntiqam oğlu Novruz Azərbaycanın Braziliyadakı, Emil Zülfüqar oğlu Kərimov Küveytdəki, Ruslan Novruz oğlu …
Read More »İntim videolar yayan FHN polkovniki barəsində həbs qətimkan tədbiri seçilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının intim videolarını yaymaqda təqsirləndirilən FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyevin barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. “Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Zaur Mirzəyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin …
Read More »Azərbaycan qanunvericiliyindən “lal-kar, kor” və “şikəst” sözləri çıxarılıb
Azərbaycan qanunvericiliyindən “lal-kar, kor” və “şikəst” sözləri çıxarılıb. Boyukmillet.com -un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Mülki Məcəllə və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanunda əksini tapıb. Belə ki, Məcəllənin 1183.1-ci maddəsində “lal-kardırsa və ya lal-kar” sözləri “nitq-eşitmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə qabiliyyəti tam məhdud” sözləri ilə əvəz …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar