Cümə axşamı , 9 Aprel 2026

autor

Aİ Ukraynaya kritik infrastrukturun bərpasına 21 milyon dollar ayıracaq

Avropa Komissiyası dağıntıların təmizlənməsi və ölkənin mühüm infrastrukturunun bərpası üçün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) çərçivəsində Ukraynaya 21 milyon dollar ayıracaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Aİ-nin Ukraynadakı nümayəndəliyinin saytı məlumat yayıb. “Vəsait həmçinin təcili ekoloji təhlükələrin müəyyən edilməsi və aradan qaldırılması, həmçinin zərərçəkən ərazilər üçün strateji infrastruktur elementlərinin təmiri, bərpası və ya əldə edilməsi üçün istifadə olunacaq”, …

Read More »

Bakıda yol qəzası olub, xəsarət alanlar var

Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. 1993-cü il təvəllüdlü Ümidli Ümid Eyyub oğlu və 1985-ci il təvəllüdlü Kazımov Namiq Duman oğlunun olduqları motosiklet avtomobillə toqquşub. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisənin təfərrüatı araşdırılır.

Read More »

Ermənistanın Fövqəladə Hallar Nazirliyi bu il 27 dəfə aldadılıb

Ermənistanın Fövqəladə Hallar Nazirliyi (FHN) bu il 27 dəfə aldadılıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Ayk Kostanyan bildirib ki, 2022-ci ildə Ermənistanda minalanma ilə bağlı 27 yalan məlumat qeydə alınıb. “Onların böyük əksəriyyəti e-poçt vasitəsilə qəbul edilib, əksəriyyəti şəhər meriyasının elektron ünvanına göndərilib”, – o, jurnalistlərə bildirib. A.Kostanyan bildirib ki, son iki məlumat Fövqəladə Hallar Nazirliyinin ünvanına daxil olub. Nazirlik …

Read More »

İrəvanda partlayış zamanı nazirin müşavirinin avtomobili hücuma məruz qalıb, pulqabı oğurlanıb

Ermənistanın paytaxtı İrəvanın “Sürməli” ticarət mərkəzində baş verən yanğın zamanı fövqəladə hallar nazirinin müşavirinin avtomobilinin şüşəsi sındırılıb, pulqabı oğurlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Ayk Kostanyan məlumat verib. Onun sözlərinə görə, hadisə partlayışın ilk günündə baş verib. Xatırladaq ki, avqustun 14-də “Sürməli” ticarət mərkəzində baş verən partlayış nəticəsində 16 nəfər ölüb, 1 nəfər …

Read More »

Türkiyənin Azərbaycan əsilli keçmiş dövlət xadimi, ədibi və jurnalisti xəstəxanaya yerləşdirilib

Türkiyənin Azərbaycan əsilli keçmiş dövlət xadimi, ədəbiyyatçısı – nüfuzlu şair və yazıçı, tanınmış jurnalist Yavuz Bülənt Bakilər xəstəxanaya yerləşdirilib. Boyukmillet.com xəbər verir ki, səhhətində problem yaranan 86 yaşlı ədib Okmeydanı Memorial Xəstəxanasında müalicə alır. Bir zamanlar Nazirlər Kabinetində müşavir vəzifəsini icra etmiş Bakiler həm də jurnalist kimi tanınır. Yavuz Bülənt Bakilər 23 aprel 1936-cı ildə Sivasda anadan olsa da, əslən …

Read More »

Bakıda 32 yaşlı qadını avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1990-cı il təvəllüdlü Zeynalova Laira Usbat qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.

Read More »

Səfirlik Azərbaycanın tanınmış müğənnisinin ABŞ-da vəfatı ilə bağlı başsağlığı verib

Azərbaycanın ABŞ-dakı səfirlik tanınmış müğənni, aktrisa Firəngiz Rəhimbəylinin ABŞ-da vəfatı ilə bağlı başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin tviter hesabında qeyd edilib. Azərbaycanın tanınmış müğənnisi, aktrisa Firəngiz Rəhimbəyli Los-Anceles şəhərində vəfat etmişdir. Ağır itki ilə əlaqədar mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirik. Ruhu şad olsun!”, – başsağlığıda qeyd olunur. Qeyd edək ki, …

Read More »

Avropa Liqası: “Ferentsvaroş”dan darmadağın, “Fənərbağça” qələbə qazanıb

Boyukmillet.com xəbər verir ki, 10 oyunun hamısı eyni gündə baş tutub. Türkiyənin turnirdəki təmsilçilərindən “Sivasspor” İsveçdə “Malmö”yə 1:3 hesabı ilə uduzub. “Fənərbağça” isə Avstriyada “Austriya” (Vyana) komandasına qalib gəlib – 2:0. “Qarabağ”ın UEFA Çempionlar Liqasında mübarizədən kənarlaşdırdığı “Sürix” İsveçrədə “Harts”ı, “Ferentsvaroş” isə Macarıstanda İrlandiyanın “Şemrok Rovers” klubunu məğlub edib. UEFA Avropa Liqasıpley-off mərhələsi, ilk oyunlar18 avqust 20:00. HİK (Finlandiya) – …

Read More »

Kubada neft anbarında yanğında ölənlərin sayı 16 nəfərə çatıb

Kubanın Matanzas əyalətində neft anbarında bir neçə gün əvvəl baş verən güclü yanğın nəticəsində azı 16 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı məlumatları ölkənin Səhiyyə Nazirliyi yayıb. “Avqustun 18-nə olan məlumata görə, 146 nəfər xəsarət alıb, onlardan 18-i xəstəxanalardadır, 16 nəfər ölüb, 112 xəstə evə buraxılıb”, – nazirliyin saytında bildirilir. Daha əvvəl 6 nəfərin öldüyü, 10-dan çox insanın …

Read More »

Ermənistanda silahlı qruplaşmalar arasında atışma olub, ölən və yaralanan var

Ermənistanda silahlı qruplaşmalar arasında atışma olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb. Məlumata görə, hadisə Armavir əyalətində qeydə alınıb. Atışma zamanı 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan biri tibb müəssisəsində ölüb. Faktla bağlı cinayət işi başlanıb, polis hadisənin başvermə şəraitini araşdırır. Cinayətdə iştirak edən şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış və istintaq hərəkətləri həyata keçirilir. Qeyd …

Read More »