Cümə axşamı , 9 Aprel 2026

autor

Səlim Müslümov dövlətə 27 milyon manat ziyan vurub – İTTİHAM AKTI

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəmə iclası davam etdirilib. Boyukmillet.com xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktının bir hissəsi elan olunub. İttihama əsasən, S.Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi dövrdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin …

Read More »

Balakən polisi, Daxili Qoşunlar və DSX birgə əməliyyat keçirib, 7 nəfər saxlanılıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları, Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının birgə keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, kultivasiyası ilə məşğul olan və üzərində “Kalaşnikov” avtomatı gəzdirən ümumilikdə 7 nəfər saxlanılıb. Bu barədə  DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının rayon ərazisində yerləşən yüksək …

Read More »

Ermənistan rəsmisi İrəvandakı partlayışın terror aktı olduğunu istisna edib

Ermənistanın fövqəladə hallar naziri Armen Pambuxçyan “Surmalu” ticarət mərkəzində baş vermiş hadisənin terror aktı olması ehtimalına münasibət bildirib. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, bu variantı istisna edib. “Partlayış anının videosuna baxsaq, görərik ki, terror aktından söhbət gedə bilməz. Əvvəlcə yanğın, sonra isə partlayış olub”, – nazir bildirib.

Read More »

Laçını tərk etməyə hazırlaşan ermənilər meşəyə od vurub – VİDEO

Bir neçə gündür ki, ermənilərin Azərbaycan ərazilərində vandallığını sübut edən yeni foto və videolar yayılır. Boyukmillet.com xəbər verir ki, bu dəfə ermənilərin Laçın meşələrinə od vurmalarını əks etdirən görüntülər yayılıb. Onlar bu dəfə də heç bir beynəlxalq hüquqa əhəmiyyət vermədiklərini göstərmiş olurlar. Çünki meşələrin yandırılması birbaşa insanlığa qarşı qəsd, ekoloji terrordur. Görünür, şovinist düşüncəli erməniləri özlərindən başqa kimsə düşündürmür. Tarixən özgə …

Read More »

Azərbaycan Ordusunun Laçında həlak olan əsgərlərinə şəhid statusu verilib

Azərbaycan Ordusunun Laçın rayonunda həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – əsgər Samir Xudiyev və Tahir Əliyevə şəhid statusu verilib. Bu barədə “Report”un sorğularına cavab olaraq Ağstafa və Sabunçu rayon icra hakimiyyətlərindən bildirilib. Qeyd edilib ki, qanunvericiliyə əsasən, hər iki əsgərimiz şəhid statusu alıb. Xatırladaq ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım …

Read More »

Çin və Tailand Hərbi Hava Qüvvələrinin birgə təlimləri başlayıb

Tailand Kral Hərbi Hava Qüvvələrinin Udorn bazasında Tailand və Çin Hərbi Hava Qüvvələrinin “Şahin zərbəsi 2022” kod adlı birgə təlimləri başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “China.org.cn” məlumat yayıb. Nəşrin məlumatına görə, təlimlərdə Çin tərəfində qırıcı, qırıcı-bombardmançı və erkən xəbərdarlıq radar (AWACS) təyyarələri, Tailand tərəfindən isə qırıcı və erkən xəbərdarlıq radar təyyarələri iştirak edir. Manevrlər zamanı hava dəstəyi, yer …

Read More »

Dünya əhalisinin sayı 8 milyardı ötüb

Dünya əhalisinin ümumi sayı 8 milyardı ötüb. Onların 50,5 faizi kişi, 49,5 faizi isə qadınlardır. İndi əhalinin sayı ildə 90 milyon nəfərdən çox artır. Dünya əhalisinin 70%-dən çoxu 20 ən sıx məskunlaşan ölkədə yaşayır. Çin hazırda dünyanın ən sıx məskunlaşdığı ölkə olsa da, Hindistanın əhalisi daha sürətlə artır. 2023-cü ildə Hindistanın bu reytinqdə Çinin yerini alacağı gözlənilir. Qeyd edək ki, …

Read More »

Blinken: “İran dövlət qurumlarının Rüşdiyə qarşı zorakılıq çağırışı iyrəncdir”

İran dövlət qurumları ardıcıl olaraq Nyu-Yorkda hücuma məruz qalan britaniyalı yazıçı Salman Rüşdiyə qarşı zorakılığa çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir. Onun sözlərinə görə, Rüşdi insan haqlarının davamlı müdafiəçisi olub. “Hüquq-mühafizə orqanlarının əməkdaşları hücumu araşdırarkən yadıma nifrət nitqi və zorakılıq çağırışları da daxil olmaqla, bu hüquqları pozmağa çalışan bədxah qüvvələr düşür. İranın dövlət …

Read More »

Rusiya və Çin keçmiş əfqan hərbçilərindən mühüm məlumatlar ala bilər

Rəsmi Vaşinqton amerikalıların təlim keçmiş yüzlərlə hərbçisini Əfqanıstandan çıxara bilmədi, bununla əlaqədar onlar digər dövlətlərlə, o cümlədən Rusiya, İran və ya Çinlə əməkdaşlığa başlaya və mühüm məlumatları açıqlaya bilərlər. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində respublikaçıların hazırladığı hesabatda deyilir. Qeyd olunub ki, ABŞ üçün milli təhlükəsizlik sahəsində ciddi risk var, çünki bu əfqanlar …

Read More »

ABŞ-da 44 min avtomobilin katalizatorunu oğurlayan dəstə ifşa edilib

ABŞ-da Oreqon ştatının Biverton şəhərində polis avtomobillərdən 3000-dən çox katalizator oğurlayan cinayətkar dəstənin 14 üzvünə qarşı ittiham irəli sürüb. Boyukmillet.com xəbər verir ki, bu barədə KGW8 telekanalı məlumat yayıb. Qeyd olunub ki, bahalı avtomobil hissələrinin kütləvi oğurlanması ilə bağlı istintaqa 2021-ci ilin sonunda başlanılıb. Səkkiz ünvanda aparılan axtarışlar nəticəsində 3000-ə yaxın katalizator, bir neçə yüz min dollar nağd pul və …

Read More »