Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən hərbi təxribat törədilib. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında bildirib. Yaranmış gərginliyə görə bütün məsuliyyətin rəsmi İrəvanın üzərinə düşdüyünü bildirən Prezident İlham Əliyev qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı …
Read More »Azərbaycan hərbçisi Kəlbəcərdə minaya düşərək həlak olub
Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. “Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir! Allah rəhmət eləsin!”, – məlumatda qeyd edilib.
Read More »İSBAM sədri Londonda səfirliyimizə qarşı olan hücümu şərh edib
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli radikal dini qurumlar tərəfindən Londondakı səfirliyimizə qarşı olan hücuma münasibət bildirib. Boyukmillet.com həmin video açıqlamanı sizlərə təqdim edir: Ayna Fərhad
Read More »Müdafiə Nazirliyi əsgər valideynlərinə müraciət edib
Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, avqustun 7-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Andiçmə mərasimləri Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, eləcə də digər təminat hərbi hissələrində rituala uyğun olaraq təşkil ediləcək, gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz …
Read More »Londondakı səfirliyimiz tam şəkildə geri çağırılmalıdır…
Əsl diplomat göstəricisi yalnız yaxşı ütülü paltar geyib, bir neçə xarici dildə danışmaq bacarığı ilə ölçülməməlidir. Xaricdə Azərbaycanı təmsil edən diplomat həm də öz ölkəsinin əsgəri sayılmalıdır. Diplomatik normalara görə, Londondakı Azərbaycan səfərliyi bizim ölkəyə aid olan toxunulmaz ərazimiz sayılır. Dünən bir ovuc düdəmə radikal “dindar” bizim ərazimizə soxuldu. Təəssüf ki, onlar heç bir müqavimətlə rastlaşmadı. Bəyəm, çox böyük heyətlə …
Read More »Putin taxıl probleminin həllində iştirakına görə Ərdoğana təşəkkür edib
Rusiya Prezidenti Vladimir Putin Ukrayna taxılının tədarükü və Rusiya məhsullarının daşınması probleminin həllində iştirakına görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Boyukmillet.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Putin Ərdoğanla Soçidə keçirilmiş görüş zamanı bildirib. “Tədarük prosesinə start verilib. Rusiya ərzaq məhsullarının və gübrələrinin də dünya bazarlarına çıxarılması və fasiləsiz tədarükü haqqında qərar qəbul edilməsinə görə sizə minnətdarlığımı …
Read More »İsrail ordusu Qəzza zolağına zərbələr endirir
İsrail Müdafiə Ordusu (ÇAXAL) Qəzza zolağındakı hədəflərə zərbələr endirir. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb. “ÇAXAL hazırda da Qəzza zolağına zərbələr endirir. İsrailin arxa cəbhəsində xüsusi vəziyyət elan edilib”, – İsrail Müdafiə Ordusunun məlumatında deyilir.
Read More »Gürcüstanda tutulan şəxs Azərbaycana ekstradisiya edilib
Gürcüstanda tutulan şəxs Azərbaycana ekstradisiya edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Gürcüstan Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində ölkəmiz ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən …
Read More »Ərdoğan və Putinin görüşü başlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında görüş başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Danışıqlar Soçidəki “Rus” sanatoriyasının “İmperial” korpusunun “Yaşıl” zalında gedir.
Read More »Azərbaycan dünya çempionatında 8 cüdoçu ilə təmsil olunacaq
Gənc cüdoçulardan ibarət Azərbaycan milli komandası Ekvadorun Quayakil şəhərində keçiriləcək dünya çempionatına Bakıda hazırlaşır. Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən verilən məlumata görə, qurumun vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli, ACF prezidentinin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu və performans direktoru Mark van der Ham yığmanın təlim-məşq toplanışında iştirak edərək, onların hazırlıqları ilə maraqlanıblar. Məmmədli idmançılara uğurlar arzulayıb, onların ölkəmizə yeni …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar