İyulun 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Read More »Zakir Həsənov ermənilərin təxribatının qarşısının dərhal və qətiyyətlə alınmasını əmr edib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun qoşunlarına ermənilərin təxribatının qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Nazir əmrini iyulun 30-da Mərkəzi Komanda Məntəqəsində nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb …
Read More »Hərbi Administrasiya: “Son sutkada Rusiyanın 4 hərbi bazası məhv edilib”
Ukrayna Silahlı Qüvvələri iyulun 29-da Rusiyanın 4 hərbi bazasını məhv edib. Boyukmillet.com xəbər verir ki, bunu Odessa Regional Hərbi Administrasiyasının nümayəndəsi Sergey Bratçuk bildirib. Onun sözlərinə görə, son sutkada Rusiyanın 12 sursat anbarı sıradan çıxarılıb.
Read More »Meşəlik ərazilərdə yanğın təhlükəsizliyi ilə bağlı təlimlər keçirilib
Meşəlik ərazilərdə yanğın təhlükəsizliyi ilə bağlı təlim keçirilib. Boyukmillet.com xəbər verir ki, meşəlik ərazilərdə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin aparılmasının səmərəliliyini daha da artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Türyançay, Korçay, Qarayazı Dövlət Təbiət Qoruqlarında, Göygöl, Altıağac Milli Parklarında, Tovuz, Lənkəran, Ağcabədi və Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzlərində Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar …
Read More »Türkiyə 17 nəfərin ölümünə səbəb olmuş PKK terrorçusunu məhv edib
Türkiyə Milli Kəşfiyyat İdarəsinin Suriyada keçirdiyi əməliyyat nəticəsində PKK terror təşkilatının üzvü Nüsrət Tebiş zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, o, “nöqtə əməliyyatı” nəticəsində məhv edilib. Qeyd edək ki, Nüsrət Tebiş 2008-ci ildə Güngörəndə törədilən terrorun şübhəlilələrindəndir. Güngörəndə terrorçu bombalı hücumu nəticəsində 17 nəfər ölmüş, 90 nəfər yaralanmışdı.
Read More »DİN Tovuzun sabiq polis rəisi ilə bağlı ittihamlara münasibət bildirib
2020-ci ilin yanvar ayında Tovuz rayonunda azyaşlı qızın qətli ilə əlaqədar başlanılmış cinayət işinin istintaqı Respublikanın Baş Prokurorluğunda aparılsa da son zamanlar rayonun sabiq polis rəisi Şirzad Əsgərovun ünvanına ağır ittihamlar səsləndirilir. Boyukmillet.com xəbər verir ki, qeyd olunan ittihamlar yalandır, uydurmadır və qərəzlidir. Onun sözlərinə görə, hazırda təqaüddə olan Şirzad Əsgərov daxili işlər orqanlarında 40 ilə yaxın xidmət edib, dövlətini …
Read More »Azərbaycanda müddətli həqiqi hərbi xidmətə iyul çağırışı başa çatıb
Prezident İlham Əliyevin 2022-ci il iyunun 1-də imzaladığı sərəncama uyğun olaraq həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb. Boyukmillet.com xəbər verir ki, sərəncamın icrası təmin edilib və iyul ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam …
Read More »Türkiyənin meşə yanğınları kurort ərazisinə çatıb
Türkiyənin cənub-qərbindəki məşhur turizm şəhəri Marmarisdə meşə yanğınları kurort ərazisinə çatıb. Yanğınlar meşə yaxınlığında yerləşən otellərdən birinin ərazisinə yayılıb və bir neçə binanı məhv edib. Marmaris bələdiyyəsinin sədri Mehmet Oktay bildirib ki, otelin və yaxınlıqdakı obyektlərin bütün əməkdaşları təxliyə edilib. Yanğınla mübarizəyə yeddi helikopter və beş təyyarə cəlb olunub.
Read More »Ağalı kənd orta məktəbində sentyabrın 15-dən tədris prosesi başlayacaq
Böyük qayıdışın ilkin mərhələsinin başlandığı Zəngilan rayonunun Ağalı kənd orta məktəbində sentyabrın 15-dən tədris prosesi başlayacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb. Müəllimlərin işə qəbulu üzrə müsabiqə tarixində ilk dəfə olaraq Ağalı kənd məktəbinə vakant yerlər təqdim olunacaq. Vakansiya seçimində müsabiqə üzrə minimum tələbi ödəyən namizədlər iştirak edə bilərlər.
Read More »DTX: Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən şəxs həbs edilib
Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən şəxs həbs edilib. Boyukmillet.com xəbər verir ki, müharibə iştirakçılarının, şəhid ailələrinin, eləcə də Vətən müharibəsi zamanı zərər çəkmiş vətəndaşlarımızın həyat şəraitinin və maddi rifah halının yüksəldilməsi ölkədə həyata keçirilən sosialyönümlü siyasətin prioritet istiqamətlərindəndir. Dövlət orqanlarının bu sahədə fəaliyyətinə kölgə salan, şəhid ailələrinin və müharibə iştirakçılarının hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə ziyan vuran qanunsuz əməllərin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar