“Yalnız bu ilin beş ayı ərzində Azərbaycandan tranzit 30 faizdən çox artıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov ilə geniş tərkibdə görüşü zamanı deyib. “Coğrafi yerləşməni, Avropa və Azərbaycanın dəmir yolu sistemini birləşdirmək üçün qonşularımızla həyata keçirdiyimiz layihələri, Azərbaycandan keçən yüklərin artan həcmini nəzərə alsaq, daşımalar sahəsində böyük potensial mövcuddur. Hesab edirik …
Read More »“YAŞAT” fondunun Türkiyəyə müalicəyə göndərdiyi qazi Vətənə qayıdıb
“YAŞAT” fondu tərəfindən Türkiyəyə göndərilən və burada müalicə alan daha bir Vətən müharibəsi qazisi evinə qayıdıb. Boyukmillet.com xəbər verir ki, qazimiz xərəkdə yola salındığı Türkiyədən evinə ayaqları üstündə qayıdıb. “Müalicəyə yola salınanda ağrılarına, vəziyyətinin ağırlığına baxmadan yalnız gülümsəyirdi. Bu gülümsəmənin ardında möhkəm iradə, böyük inam və ümidlər var idi. Budur, Nurlan Tağıyev xərəkdə yola salındığı Türkiyədən vətənə ayaqları üstündə qayıdıb”, – …
Read More »Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub. Boyukmillet.com-un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
Read More »“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılıb
“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmanla “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi” təsdiqlənib. Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Zəngilan rayonuna əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və …
Read More »Qarabağ və Şərqi Zəngəzurda Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin fəaliyyət istiqamətləri açıqlanıb
Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla yaradılmış Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin fəaliyyət istiqamətləri açıqlanıb. Boyukmillet.com bu barədə qurumların nizamnamələrinə istinadən xəbər verir. Məlumata görə, həmin fəaliyyət istiqamətləri aşağıdakılardır: – müvafiq əraziyə əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisini təşkil etmək; – müvafiq ərazidə tikintisini təşkil etdiyi çoxmənzilli binaları, …
Read More »İnzibati Prosessual Məcəlləyə yeni fəsil əlavə edilib
Prezident İlham Əliyev İnzibati Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində və “Vətəndaşların müraciətləri haqqında” qanunda qanunu imzalayıb. Boyukmillet.com xəbər verir ki, sənədə əsasən, İnzibati Prosessual Məcəlləsinə aşağıdakı məzmunda XVIII-II fəsil əlavə edilib. “XVIII-II FƏSİL “AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ QANUNVERİCİLİK TƏŞƏBBÜSÜ HÜQUQUNDAN İSTİFADƏ ETMƏSİ QAYDASI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA MÜVAFİQ OLARAQ QƏBUL EDİLMİŞ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARININ MÜBAHİSƏLƏNDİRİLMƏSİNƏ DAİR İDDİA ÜZRƏ …
Read More »Azərbaycanda daha 305 nəfər COVID-19-a yoluxub, 2 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 305 yeni yoluxma faktı qeydə alınıb, 175 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 2 nəfər ölüb. İndiyədək ölkədə ümumilikdə 795 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 356 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 410 aktiv xəstə var. Bu günə qədər 9 729 nəfər vəfat edib. Son sutka …
Read More »Bolqarıstan Baş naziri Azərbaycana səfərə gəlir
Bolqarıstanın Baş naziri Kiril Petkov təbii qaz tədarükünün artırılmasını müzakirə etmək üçün iyulun 21-22-də Azərbaycanda səfərdə olacaq. Boyukmillet.com “Radio Bulgaria”ya istinadən xəbər verir ki, bu barədə o özü jurnalistlərə məlumat verib. Baş nazir səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. “Avropa İttifaqının bu etibarlı qaz mənbəyinə çıxışı olan 3 ölkəsindən biriyik”, – Bolqarıstanın Baş naziri deyib.
Read More »Hərbi Prokurorluq: “Silahlı Qüvvələrin şəxsi heyətində itkilərin sayı əhəmiyyətli dərəcədə azalıb”
2021-ci ilin birinci yarımili ilə müqayisədə 2022-ci ilin birinci yarısında qeydə alınmış özünü öldürmə həddinə çatdırma cinayətləri 30 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 88,9 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 14,3 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 40 faiz …
Read More »Bu il Hərbi Prokurorluğun 4 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub
2022-ci ilin birinci yarısında xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə Hərbi Prokurorluğun 4 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Hərbi Prokurorluqda 2022-ci ilin birinci yarısına dair kollegiya iclasında hərbi prokuror Xanlar Vəliyev bildirib. “Hərbi Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət mərkəzində saxlanılıb, bu sahədə aşkar olunan hər hansı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar