Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının müavininin məktəblini döyməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Qeyd olunub ki, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rasilə Arifqızı və Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı Lənkəran rayon prokurorluğunda araşdırma …
Read More »İlham Əliyev: “Azərbaycan və Aİ enerji sahəsində fəal əməkdaşlıq edir”
“Azərbaycan və Avropa İttifaqı (Aİ) enerji sahəsində fəal əməkdaşlıq edir. Bu gün imzalanmış sənəd bu sahədə gələcək əməkdaşlıq üçün bir növ, yol xəritəsidir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen ilə görüşün yekunlarına əsasən bildirib. Dövlət başçısının sözlərinə görə, Azərbaycan və Aİ arasında enerji sahəsində fəal əməkdaşlıq uzun illərdir ki, davam …
Read More »Azərbaycan lideri və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış edirlər
İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış edirlər. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Read More »Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü keçirilir
İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayen ilə geniş tərkibdə görüşü keçirilir. Boyukmillet.com-un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
Read More »Dövlət Gömrük Komitəsinə sədrlik müvəqqəti olaraq Şahin Bağırova həvalə olunub
Şahin Soltan oğlu Bağırov Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin birinci müavini təyin edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla DGK-nın sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası DGK sədrinin birinci müavini Şahin Soltan oğlu Bağırova həvalə edilib. Ş.Bağırov 1965-ci ildə anadan olub, 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib. O, 1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlayıb, …
Read More »Ərdoğanın Cənubi Amerika səfəri təxirə salınıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Amerika səfəri təxirə salınıb. Boyukmillet.com “CNN Türk”ə istinadən xəbər verir ki, o, Meksika və Venesuelaya planlaşdırılmış tarixdə getməyəcək. Qeyd edək ki, daha əvvəl Türkiyə liderinin bu yaxınlarda Cənubi Amerikaya səfər edəcəyinə dair məlumat verilmişdi.
Read More »Sabah Brüsseldə Azərbaycanın XİN başçısı ilə NATO-nun Baş katibi arasında görüş olacaq
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Alyans məlumat yayıb. Görüş sabah Belçikanın paytaxtı Brüsseldə, NATO-nun mənzil-qərargahında keçiriləcək.
Read More »Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri barədə 8 cinayət işi başlanılıb – RƏSMİ
İyulun 4-də mediada Mədəniyyət Nazirliyi tərəfindən Regional Mədəniyyət İdarələrində və tabe müəssisələrdə aparılmış yoxlama və xidməti araşdırmaların nəticələrinə əsasən son bir il ərzində hüquq mühafizə orqanlarına 11 müraciətin göndərilməsi barədə məlumatlar yayılıb. Bununla bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2021-ci il və 2022-ci ilin birinci yarısında Mədəniyyət Nazirliyinin müraciəti əsasında 11 …
Read More »Tanınmış azərbaycanlı Ukraynada döyüşlərdə həlak olub
Rusiya ilə müharibədə əslən Azərbaycandan olan Ukrayna vətəndaşı Kərim Qulamov şəhid olub. Boyukmillet.com xəbər verir ki, məlumatı onun feysbuk səhifəsində dostları paylaşıb. Məlumata görə, 35 yaşlı azərbaycanlı Ukraynanın Donbas bölgəsində Antiterror Əməliyyatının veteranlarından olub, 73-cü xüsusi əməliyyatda yaxından iştirak edib. O, 2018-ci ildə Ukraynanın “M2” telekanlında hərbi hit-paradın aparıcısı olub. Kərim Qulamov Andriy Antonenko (“Riffmaster”) ilə bir yerdə işləyib. Ötən …
Read More »Raket və artilleriya bölmələrində atəş tapşırıqları yerinə yetirilib
2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrində atəş tapşırıqları yerinə yetirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, plana əsasən atəş dəstəyi həyata keçirəcək bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq atəş mövqelərini tutublar. Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəflərinin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi tapşırıqları icra edilib. Təlimin keçirilməsində əsas məqsəd raket …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar