Cümə axşamı , 9 Aprel 2026

autor

Türkiyə ordusunun hərbçisi terrorçularla atışmada həlak olub

Türkiyə ordusunun hərbçisi İraqın şimalında keçirilən “Pençe-Kilit” əməliyyatı zonasında terrorçularla atışmada həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, atışma zamanı yaralanan hərbçi xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Milli Müdafiə Nazirliyi hərbçinin ölümü ilə bağlı başsağlığı verib.

Read More »

Bakıda 67 yaşlı kişinin meyiti aşkarlanıb

Bakıda 67 yaşlı kişinin meyiti aşkarlanıb. Boyukmillet.com bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Atayev Elman Hilal oğlunun …

Read More »

Kamal Xərrazi: “İranın atom bombası yaratmaq üçün texniki imkanları var”

“İranın atom bombası yaratmaq üçün texniki imkanları var, lakin bu məsələ ilə bağlı ölkə rəhbərliyinin qərarı yoxdur”. Boyukmillet.com “TASS”a istinadən xəbər verir ki, bunu İranın beynəlxalq əlaqələr üzrə strateji şurasının rəhbəri Kamal Xərrazi deyib. “Heç kimə sirr deyil ki, bizim İranda nüvə bombası yaratmaq üçün texniki imkanlarımız var, lakin bu məsələ ilə bağlı ölkə rəhbərliyinin qərarı yoxdur”, – Xərrazi bildirib. …

Read More »

Dünyada pandemiya ilə bağlı vəziyyət hər gün ağırlaşır

Dünyada pandemiya ilə bağlı vəziyyət gündən-günə ağırlaşır. Boyukmillet.com ayrı-ayrı ölkələrin koronavirusla mübarizə üzrə qurumlarının ümumi statistikalarına istinadən xəbər verir ki, son gün ərzində dünyada koronavirusa 406 214 yeni yoluxma aşkarlanıb, COVID-19 diaqnozu qoyulmuş daha 596 nəfər xəstəlikdən vəfat edib. Hazırda dünyada aktiv koronavirus xəstələrinin sayı 22 425 527 nəfərdir, onlardan 39 48 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Pandemiya ərzində dünyada COVID-19-a …

Read More »

Baş Prokurorluq məktəbli qızın vəzifəli şəxslər tərəfindən döyülməsi iddiası ilə bağlı açıqlama yayıb

Baş Prokurorluq Lənkəranda məktəbli qızın vəzifəli şəxslər tərəfindən döyülməsi iddiası ilə bağlı açıqlama yayıb. Baş Prokurorluqdan bildirilib ki, bəzi sosial şəbəkə və media səhifələrində Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı məlumatlar yayılıb. “Bildiririk ki, qeyd edilən faktla bağlı …

Read More »

Havanın temperaturu 44 dərəcəyədək yüksələcək

Sabahın hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq. Azərbaycanın rayonlarında yağmursuz hava şəraiti hökm sürəcək. Mülayim qərb küləyi …

Read More »

Xaçmazda narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Elman Çobanovu saxlayıblar. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin rayonun İdris-oba kəndində həyətyanı sahəsində dibçəklərdə əkib yetişdirdiyi 34 ədəd …

Read More »

Azərbaycanın son 3 cüdoçusu Qran Pridə mübarizəyə başlayır

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə bu gün Azərbaycanın daha 3 təmsilçisi mübarizə aparacaq. Boyukmillet.com -un məlumatına görə, yarışın sonuncu günündə Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşangi Kokauri (+100 kq) mübarizəyə qoşulacaq. Mehdiyev 1/16 finalda serbiyalı Nemanya Maydovla, Qasımov İspaniya təmsilçisi Nikoloz Şerazadişvili ilə, Kokauri isə sloveniyalı Vito Dragiçlə üz-üzə gələcək. Qeyd edək ki, ilk iki …

Read More »

Ermənistanda qumbara ilə silahlanmış şəxs marketi partlatmaqla hədələyib

Ermənistanda qumbara ilə silahlanmış şəxs marketi partlatmaqla hədələyib. Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir. Məlumata görə, hadisə Araqatsotn vilayətində, Aştarakar rayonunda yerli vaxtla saat 21:50 radələrində qeydə alınıb. Qumbara ilə silahlanmış şəxs “Siran” supermarketinə daxil olaraq, oranı partlatmaqla hədələyib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib, ərazi əhatəyə alınıb, polis şöbəsinin rəhbərliyi həmin şəxslə danışıqlara başlayıb.

Read More »

NATO Gürcüstana xüsusi status verib

NATO Gürcüstana Aralıq dənizində təhlükəsizlik üzrə əməliyyatlarda tərəfdaş statusu verib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd polisinin rəisi, general-mayor Nikoloz Şaradze Potidə Sahil Mühafizəsi Xidmətinin yaradılmasının 24-cü ildönümü münasibətilə keçirilən tədbirdə bildirib. Şaradzenin sözlərinə görə, bu qərar alyans tərəfindən Gürcüstan sahil mühafizəsinin taktiki bölmələri NATO-nun 4 illik qiymətləndirmə proqramını uğurla keçdikdən sonra qəbul edilib.

Read More »