Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Füzuli rayon Kərimbəyli kənd məktəbinin müraciəti əsasında şagirdlər üçün partlayıcı sursat təhlükəsinə dair ANAMA-nın Horadiz Regional Mərkəzinə maarifləndirici ekskursiya təşkil edib. Boyukmillet.com xəbər verir ki, ekskursiyada ibtidai sinif daxil olmaqla, 6 və 11-ci sinif şagirdləri və müəllim heyəti iştirak edib. Tədbirin keçirilməsində məqsəd müharibəyə məruz qalmış rayonlarda yaşayan şagird və müəllimləri partlayıcı qurğuların təhlükəsi barədə məlumatlandırmaqdır. …
Read More »Füzulidə yanğın olub, xəsarət alan var
Füzuli rayonunun Beşinci Zobucuq qəsəbəsində yanğın olub, xəsarət alan var. Boyukmillet.com xəbər verir ki, ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 6,5 ton ot bağlamasının 2 tonu yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Read More »Bu günədək Ukrayna Türkiyədən 50-dək “Bayraktar” alıb
“Ukrayna “Bayraktar” zərbə pilotsuz təyyarələrinin ən böyük alıcılarından birinə çevrilib. Biz indiyədək 50-yə qədər PUA almışıq”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Ukraynanın müdafiə naziri Oleksiy Reznikov feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, “Baykar Makina” şirkəti artıq ikinci dəfədir Ukraynaya silahlarını tamamilə pulsuz verir: “Bayraktar”lar Ukrayna Silahlı Qüvvələrinin silah arsenalının “hörmətli üzvü”dür”. O.Reznikov həmçinin bildirib ki, iyulda Ukraynaya yeni PUA-lar …
Read More »Azərbaycan XİN Nikol Paşinyana cavab verib
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın iyunun 27-də mətbuat konfransında söylədiklərinə cavab verib. Nazirliyin Mətbuat xidməti idarəsindən bildirilib ki, N.Paşinyanın 27 iyun 2022-ci il tarixində onlayn mətbuat konfransında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı söylədiyi bir sıra fikirlər bu ölkənin bölgədə dayanıqlı sülh yaratmaq istəyini şübhə altına alır. Qeyd olunub ki, otuz ilə yaxın Azərbaycan ərazilərinin bir hissəsini …
Read More »Qurban bayramında 4 gün iş olmayacaq
İyul ayında bayramla əlaqədar qeyri-iş günləri məlum olub. Boyukmillet.com xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib. İyulun 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək. İyulun 11-i və 12-si qeyri-iş günü olacaq. Beləliklə, iyul ayının 9-dan 12-dək bayramlarla əlaqədar ardıcıl qeyri-iş …
Read More »Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcək
Ukraynanın bərpası ilə bağlı gələn həftə konfrans keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass tviter səhifəsində yazıb. “Mən bu səhər Ukraynanın Baş naziri Denis Şmıqalla danışdım. Son vəziyyət barədə fikir mübadiləsi apardıq. Gələn həftə Ukraynanın Bərpa Konfransını müzakirə edəcəyik. Böyük Britaniya Ukrayna xalqı ilə həmrəydir və biz yenidənqurma planını dəstəkləmək üçün onlarla işləyəcəyik”, – …
Read More »Laçın beynəlxalq hava limanı saatda 200 sərnişinə xidmət göstərə biləcək
“Laçın beynəlxalq hava limanı saatda 200 nəfər sərnişinə xidmət göstərə biləcək”. Boyukmillet.com xəbər verir ki, bunu “AzVirt” MMC-nin baş direktorunun müşaviri Ceyhun Səfərov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Laçın beynəlxalq hava limanı Qarabağda inşa olunan sayca üçüncü beynəlxalq hava limanıdır: “2021-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bu hava limanının təməli qoyulub. Tikinti işlərinin 2024-cü ildə …
Read More »Ərdoğan: “Yunanıstanın Baş naziri ilə görüş mümkün görünmür”
“Yunanıstanın Baş naziri ilə görüş mümkün görünmür”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitinə yola düşməzdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib. “Biz o qapını bağladıq. Bundan sonra ritorikalarını düzəltməlidirlər. Ondan sonra hansı səviyyədə təmaslar apara biləcəyimizi düşünərik”, – o söyləyib.
Read More »Ərdoğan və Bayden arasında telefon danışığı olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Cozef Bayden arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə lideri NATO-nun Madrid sammitinə yola düşməzdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib. “ABŞ Prezidenti bu axşam və ya sabah görüşmək arzusunu bildirdi. Biz də “Ola bilər” dedik”, – R.T.Ərdoğan vurğulayıb.
Read More »Türkiyə lideri: “Ukraynada müharibənin dayandırılması üçün təşəbbüslərimizi davam etdiririk”
“Ukraynada müharibənin dayandırılması üçün təşəbbüslərimizi davam etdiririk”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitinə yola düşməzdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib. “İndiyədək bu istiqamətki ən önəmli hadisə İstanbuldakı görüş olub. Türkiyə NATO missiyasına töhfə verən əsas ölkələrdən biridir. Odur ki, Türkiyə öhdəsinə düşəni yerinə yetirir”, – o bildirib. Türkiyə lideri, həmçinin bildirib …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar