Cümə , 10 Aprel 2026

autor

Bayden 907-ci düzəlişin dayandırılması müddətini uzadıb

ABŞ-ın Azərbaycana birbaşa hərbi yardımını qadağan edən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin dayandırılması müddəti növbəti dəfə uzadılıb. Bu barədə ABŞ Prezidenti Cozef Bayden müvafiq qərar imzalayıb. Qeyd edək ki, 907-ci düzəliş ilk dəfə Senator Con Makkeyn tərəfindən təklif edilib, ancaq qəbul olunmayıb. Bundan sonra, yenidən, Senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqressmen Ueyn Ouens tərəfindən Konqresdə irəli …

Read More »

Lavrov: “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırıq”

“Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirilən birgə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, o, görüş zamanı Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə işçi komissiyanın fəaliyyətindən məmnunluğunu ifadə edib, həmçinin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə işçi komissiyanın tezliklə bərpa ediləcəyinə ümidvar olduğunu …

Read More »

Dövlət Xidməti “Azərbaycan Dəmir Yolları”nı özəl şirkətlərə mane olmaqda ittiham edib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) vaqonların (əsas vəsaitlərin) icarəyə verilməsi, dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edib. Boyukmillet.com bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir. Məlumata görə, işə baxılması zamanı Cəmiyyətin özəl şirkətlərin fəaliyyətlərinə maneələr yaratması, dəmir …

Read More »

Türkiyəyə müalicəyə göndərilən qazi və şəhid ailəsi üzvlərinin sayı açıqlanıb

“Bu günə qədər “YAŞAT” Fondu 176 şəxsi Türkiyəyə müalicəyə göndərib, onlardan 171-i ağır yaralı, 5-i isə şəhid ailəsi üzvüdür”. Boyukmillet.com  xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib. Onun sözlərinə görə, müalicə alanlardan 148-i ölkəyə geri qayıdıb: “Hazırda 26 ağır yaralının və 2 şəhid ailəsi üzvünün müalicəsi Türkiyədə davam edir. Ümumilikdə keçən müddət ərzində müalicə və …

Read More »

Audiovizual Şura “Space” telekanalına ciddi xəbərdarlıq edib

Audiovizual Şura “Space” ümumölkə yerüstü televiziya yayımçısına ciddi xəbərdarlıq edib. Bu barədə Şuradan məlumat verilib. Bildirilib ki, iyunun 24-də Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. İclasda “Space” televiziya yayımçısının efirində 21 iyun 2022-ci il tarixdə saat 22:30-23:40 arası yayımlanan “Elin sözü” proqramında “Media haqqında” qanunun 14.1.4-cü (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliğ olunması) və 14.1.12-ci maddələrinin (parapsixologiya …

Read More »

Azərbaycanın XİN başçısı: “Rusiya ilə informasiya təhlükəsizliyi ilə bağlı saziş imzalanıb”

“Bu gün Azərbaycan və Rusiya beynəlxalq informasiya təhlükəsizliyi sahəsində qarşılıqlı fəaliyyət haqqında saziş imzalayıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu, iki ölkə arasında imzalanan daha bir müqavilədən biridir.

Read More »

AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri “Dinməyən acı: Xocalı” elmi əsərini Türkiyə Böyük Millət Məclisinin sədrinə təqdim edib 

AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtı İstanbulda keçirilən Qlobal Parlament Konfransı çərçivəsində müəllifi olduğu “Dinməyən acı: Xocalı” elmi əsərini Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopa təqdim edib.Kitabın 669-cu səhifəsində parlament sədri Mustafa Şəntopun rəhbərliyi ilə Türkiyə rəsmi heyətinin 44 günlük Vətən müharibəsinin qızğın çağında Gəncə şəhərinə səfər etməsi barədə mühüm tarixi məqamlar əksini tapıb.Əsəri böyük maraq və minnətdarlıq hissi …

Read More »

Dövlət Agentliyinin sədri BMT-nin sessiyasında çıxış edib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev BMT-nin İnsan Hüquqları Şurasının 50-ci sessiyası çərçivəsində keçirilən “Dövlət xidmətlərinin göstərilməsi və insan hüquqları – Dayanıqlı İnkişaf Məqsədlərinə doğru irəliləyiş” adlı sessiyada çıxış edib. Tədbir Azərbaycan Respublikası və Malayziyanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəlikləri ilə BMT İnsan Hüquqları üzrə Ali …

Read More »

Ceyhun Bayramov: “Azərbaycan sülh müqaviləsi üzərində işləməyə hazırdır”

“Azərbaycan sülh müqaviləsi üzərində işləməyə hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında bildirib. “Əgər regionda kimsə bunun asan olduğunu düşünürsə, mən onlara azad edilmiş əraziləri görməyi təklif edirəm”, – o deyib. “Azərbaycan tərəfinin mövqeyi bundan ibarətdir ki, dövlətlərarası münasibətlərin normallaşması, üçtərəfli bəyannamənin bütün müddəalarının tam, şərtsiz yerinə yetirilməsi …

Read More »

Türkiyə MN Azərbaycan təyyarəsinin Marmarisdə yanğınların söndürülməsində iştirakı ilə bağlı məlumat yayıb

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın “BE-200ÇS” amfibiya tipli təyyarəsinin Marmarisdə meşə yanğınlarının söndürülməsində iştirakı ilə bağlı məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, məlumatda deyilir: “Marmarisdə yanğınsöndürmə işlərinə dəstək vermək üçün ölkəmizə gələn Qətərə aid 3 helikopter və Azərbaycana məxsus 1 yanğınsöndürmə təyyarəsi Dalamana çatıb. Dalaman Hava Limanı Komandanlığımızda montaj işlərindən sonra yanğınsöndürmə işlərinə dəstək verəcəklər”.

Read More »