Cümə , 10 Aprel 2026

autor

Sumqayıtda 1 milyon manatlıq abadlıq işləri görüləcək

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi küçə, prospekt və parklarda abadlıq işlərinin görülməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Boyukmillet.com dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Azərenerji Təchizat” MMC-dir. Qalib şirkətə 1,006 milyon manat ödəniləcək.

Read More »

Slovakiyada həkim səhvən xəstənin sağlam gözünü çıxarıb

Slovakiyada oftalmoloq cərrah xəstənin sağlam gözünü çıxarıb. Həkim səhvi nəticəsində kişi tamamilə kor olub. Boyukmillet.com xəbər verir ki, bu barədə TASR məlumat yayıb. Hadisə Bratislava Universitet Xəstəxanasına məxsus klinikada baş verib. Həkimə müraciət edən kişinin kor gözü çıxarmalı olsa da, həkim sağlam orqanı əməliyyat edib. Hadisədən sonra əməliyyatı həyata keçirən cərrah xəstələrlə işdən uzaqlaşdırılıb. Hazırda həkimə qarşı cinayət işi başlanıb. …

Read More »

İran İraqa birgə neft-qaz layihələri hazırlamağı təklif edib

İran İraqa neft və qaz hasilatını artırmaq üçün enerji sektorunda müştərək layihələr hazırlamağı təklif edib. Boyukmillet.com “Fars” agentliyinə istinadən xəbər verir ki, bunu İran Milli Neft Şirkətinin icraçı direktoru Möhsün Xocastemehr deyib. Onun sözlərinə görə, İranda 400-ə yaxın neft və təbii qaz yatağı aşkar edilib, onların bir hissəsi İraqla sərhəddə yerləşir, ona görə də neft-qaz sahəsində əməkdaşlıq üçün əməli addımlar …

Read More »

Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür

Bu gün milli azadlıq hərəkatının rəhbərlərindən biri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992-1993) Əbülfəz Elçibəyin doğum günüdür. Boyukmillet.com xatırladır ki, Ə.Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. 1962-ci ildə universiteti bitirərək, təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb …

Read More »

Sergey Lavrov: “Ermənistan tərəfi sülh müqaviləsi ilə bağlı danışıqlar aparmağa hazırdır”

“Siz münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsini, gələcək müqavilənin sizin tərəfinizdən təqdim olunmuş müddəalarını xatırlatdınız. Yeri gəlmişkən, biz eşitmişik, Ermənistan tərəfi, baş nazir Paşinyan bu mövzuda danışıqlar aparmağa hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib. Rusiyalı nazir bildirib: “Biz burada da Azərbaycanın və Ermənistanın razılığı ilə kömək göstərməyə hazırıq. Əlbəttə, …

Read More »

ABŞ-ın nüfuzlu nəşrində İkinci Qarabağ müharibəsi qaziləri barədə məqalə dərc olunub

ABŞ-ın nüfuzlu “News Blaze” nəşrində Nurit Qrincerin İkinci Qarabağ müharibəsi qaziləri barədə məqaləsi dərc olunub. Boyukmillet.com xəbər verir ki, müəllif qeyd edib ki, İsrail həkimlərinin səyləri nəticəsində azərbaycanlı qazi 24 yaşlı Arif Hacıyevin gözləri sağalıb: “Yerusəlimdə fəaliyyət göstərən “Misqav Ladax” xəstəxanasında çalışan oftalmoloq Yişay Falik könüllü həkimlər qrupu ilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində 150 azərbaycanlı qazi üzərində ödənişsiz …

Read More »

Azərbaycanın əsas müəllifi olduğu qətnamə BMT Baş Assambleyasında qəbul edilib

Azərbaycan BMT Baş Assambleyasının 24 iyun tarixini “Diplomatiyada Qadınların Beynəlxalq Günü” elan edən Qətnaməsinin əsas müəllifi olmaqdan qürur duyur. Boyukmillet.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra qadın hüquqlarının müdafiəsi ilə bağlı demək olar ki, bütün beynəlxalq sənədləri ratifikasiya edib və qadınlara bərabər siyasi hüquqlar verən ilk İslam ölkəsi olub.

Read More »

Dövlət başçısı: “Qafqazda möhkəm sülhün bərqərar olması işində Rusiyanın fəal səylərinə ümid bəsləyirik”

“Qafqazda möhkəm sülhün bərqərar olması işində Rusiya Federasiyasının fəal səylərinə də ümid bəsləyirik”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib. “Müsbət məqamlar arasında Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun işinin intensivləşməsini qeyd etmək istərdim. Lap yaxın vaxtlarda Sankt-Peterburqda yeni görüş keçirilib. …

Read More »