Cümə , 10 Aprel 2026

autor

Prezident: “Əminəm ki, göstərdiyimiz səylər Ermənistan tərəfindən müsbət qəbul ediləcək”

“Əminəm ki, göstərdiyimiz səylər Ermənistan tərəfindən də müsbət qəbul ediləcək və çoxillik qarşıdurmaya son qoyulacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib. Dövlət başçısı qeyd edib: “Bu gün, əlbəttə, regionda vəziyyət, münaqişədən sonrakı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə danışacağıq. Siz bizim mövqeyimizi bilirsiniz. …

Read More »

İlham Əliyev: “Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə əlaqələrimizin inkişaf yollarını müəyyən edəcək”

“Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə bizim ikitərəfli münasibətlərdə çox mühüm addımdır və artıq dediyim kimi o, bizim əlaqələrimizin inkişaf yollarını müəyyən edəcək”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib. “Bu ilin əvvəlində Moskvada Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması bizim münasibətlərə, münasibətlərimizin yeni mərhələsinə yaxşı …

Read More »

Azərbaycan cüdoçusu ermənini 25 saniyəyə yenərək, medal qazanıb

Azərbaycan cüdoçusu Məhəmməd Məmişov Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb. Boyukmillet.com-un məlumatına görə, 50 kq çəki dərəcəsində yer alan Məhəmməd Məmişov 3-cü yer uğrunda görüşdə ermənistanlı Qor Safaryanı üstələyib. Məmişov rəqibini 25 saniyəyə məğlubiyyətə uğradıb. Qeyd edək ki, bu gün Azərbaycanın 3 cüdoçusu final qarşılaşmasına çıxacaq. Qızlar arasında 48 kq çəkidə Aydan Vəliyeva isveçli Tara Babulfatla, oğlanlardan …

Read More »

Sabir Rüstəmxanlı: “Maaş artımı ilk növbədə əhalinin aztəminatlı hissəsinə şamil olunmalıdır”

“Maaş artımı ilk növbədə əhalinin aztəminatlı hissəsinə, daha çox ehtiyacı olanlara, şəhid və qazi ailələrinə şamil olunmalıdır. Mən öncədən də belə demişəm. Amma iyunun 22-də Milli Məclisdə keçirilən müzakirələr göstərdi ki, əslində bu, birbaşa deputatların maaşının artırılması məsələsi deyil. Bu, daha çox ölkənin iqtisadi imkanlarının genişlənməsi, ÜDM-nin və digər gəlirlərin artımı ilə bağlıdır”.Boyukmillet.com xəbər verir ki, bu sözləri Reyting.az-a Vətəndaş Həmrəyliyi …

Read More »

DTX rəisi BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Arian Baueri səlahiyyət müddətinin başa çatması və xanım Draqana Kojiçi nümayəndəliyin yeni rəhbəri təyin olunması ilə əlaqədar qəbul edib. Boyukmillet.com  xəbər verir ki, komissiya sədri Əli Nağıyev görüş zamanı BQXK-nin humanitar fəaliyyətinə toxunaraq ölkəmiz …

Read More »

ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri arasında görüş olub

ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri Örl Litzenberger, Kelli Deqnan və Linn Treysi video-konfrans formatında görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, diplomatlar ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı proqram və siyasətini müzakirə ediblər. Onlar əməkdaşlığı gücləndirmək, müstəqilliyi möhkəmləndirmək, region xalqları üçün təhlükəsiz, sabit və firavan gələcək qurmaq üçün ABŞ-ın öhdəliklərini vurğulayıblar.

Read More »

İraq İrana nota verib

“İraq İranın su siyasətinə görə Tehrana nota verib”. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə İraqın su ehtiyatları naziri Mehdi Raşid bildirib. Nazirin sözlərinə görə, İranın Dəclə çayına axan və elektrik enerjisi istehsalı, həmçinin suvarma baxımından İraq üçün mühüm əhəmiyyət kəsb edən Kiçik Zab çayı üzərində bəndlər tikməsi ölkənin su təhlükəsizliyinə təhdid yaradır: “İran ərazisindən başlayan Kiçik Zab və …

Read More »

Azərbaycan və Fransa XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

İyunun 21-də Fransanın paytaxtı Paris şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Fransanın Avropa və Xarici İşlər Nazirliyi arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Məsləhətləşmələrdə Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, qarşı tərəfdən isə Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa idarəsinin direktoru Frederik Mondoloni rəhbərlik edib. Danışıqlar zamanı …

Read More »

Gəncədə gənc qadın boğazından bıçaqlanaraq öldürülüb

Gəncə şəhərində qadın boğazından bıçaqlanaraq öldürülüb. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü Aynur Vəliyeva boğaz nahiyəsindən bir bıçaq xəsarəti alıb. Daha sonra o, xəstəxanaya aparılıb. Lakin qadının həyatını xilas etmək mümkün olmayıb. A.Vəliyevanın keçmiş həyat yoldaşı tərəfindən öldürüldüyü bildirilir. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi …

Read More »