Cümə , 10 Aprel 2026

autor

Polis Xızıda əməliyyat keçirib, saxlanılan var

Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər įnəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Şorabad kənd sakini Elmin Əliyevi saxlayıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin meşə zolağında əkib yetişdirdiyi …

Read More »

İsrail və ABŞ Yaxın Şərqdə hava hücumundan müdafiə alyansı yaradıblar

İsrail və ABŞ Yaxın Şərqdə hava hücumundan müdafiə alyansı yaradıblar. Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Benni Qantz deyib. Nazir qeyd edib ki, alyans İsrailə regionun digər ölkələri ilə əlaqələr qurmağa imkan verəcək. Agentlik hesab edir ki, bunlar Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn, eləcə də Körfəz Əməkdaşlıq Şurasının digər ölkələridir. Bundan əlavə, adı açıqlanmayan …

Read More »

Neftçalada 49 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb

Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Bankə qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini, 1973-cü iltəvəllüdlü Musayev Zaur Ağayar oğlu bədənin kəsilmiş-deşilmiş yaraları ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Z. Musayev tanıdığı şəxs tərəfindən bıçaqlandığını bildirib. Yaralı əməliyyat olunub, vəziyyəti kafidir. Faktla bağlı araşdırma aparılır.

Read More »

Hindistanlı mühəndis sevgi yazışmalarında ballistik raket məlumatlarını ötürüb

Heydərabaddakı Müdafiə Araşdırmaları və İnkişafı Laboratoriyasında (DRDL) işləyən hind mühəndisi Mallikarjun Reddi ballistik raketlərin inkişafı ilə bağlı məxfi məlumatları Pakistan kəşfiyyatına ötürdüyünə görə həbs edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb. Məlum olub ki, mühəndis məlumatları sosial şəbəkələr vasitəsilə özünü Nataşa Rao adlı qadın kimi təqdim edən və Reddi ilə evlənməyə söz verən kəşfiyyatçıya …

Read More »

Azərbaycan MN: “Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub”

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 20-si gecə saatlarından başlayaraq iyunun 21-i səhər saatlarınadək dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı, Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More »

Deputatların maaşı artırılır – EKSKLÜZİV

Milli Məclisin deputatlarının maaşı artırılır. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında” qanuna dəyişiklik edilir. Hazırki qanunvericiliyə əsasən, Milli Məclisin sədri 2475 manat miqdarında aylıq vəzifə maaşı alırdı. Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini – 85 faizi, Milli Məclisin komitə və komissiya sədri – …

Read More »

Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin iclası keçiriləcək

“İyunun sonunda Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin iclası keçiriləcək. Biz həmin toplantıda iştirak etməyi düşünürük”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycanın yeri bizim üçün tam ayrıdır: “Bir millət, iki dövlət” ifadəsi bizim üçün nəğmə deyil, həm də əməldə fəaliyyətlərimizi və əlaqələrimizi formalaşdıran amildir. Məhz …

Read More »

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Bu gün Azərbaycanla Özbəkistan arasında keçirilən biznes forum çərçivəsində ölkələr arasında bir sıra sənədlər imzalanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün feysbuk hesabında qeyd edib. O bildirib ki, Özbəkistan-Azərbaycan biznes forumu çərçivəsində imzalanan sənədlər əqli mülkiyyət, sənaye, enerji, tikinti, turizm, ixrac və investisiyaların təşviqi, ticarət, KOB-lar və s. sahələrdə yeni əlaqələrin qurulmasına, biznes qurumlarımız arasında əməkdaşlığın genişlənməsinə …

Read More »

AZAL Bakıdan Antalya şəhərinə uçuşların sayını artıracaq

“Azərbaycan Hava Yolları” aviaşirkəti 2022-ci ilin yay mövsümü çərçivəsində Bakı-Antalya-Bakı istiqaməti üzrə uçuşların sayını artırır. Boyukmillet.com “Azərbaycan Hava Yolları”QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 2-dən etibarən aviadaşıyıcı bu marşrut üzrə həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə və şənbə günlərində yerinə yetiriləcək əlavə reysləri (J2- 027/028) daxil edir.Əlavə reyslər nəzərə alınmaqla bu istiqamət üzrə uçuşların sayı həftədə 19-dək …

Read More »

Bakıda 16 kq narkotiki qəbiristanlıqda gizlədən şəxs saxlanılıb

Bakının Xətai rayonunda 16 kiloqram narkotik vasitəni qəbiristanlıqda gizlədən şəxs saxlanılıb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən növbəti əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum edilmiş Mövsüm Aslanov tutulub. Onun üzərindən və satış məqsədi ilə əldə edərək Xətai rayonu ərazisində yerləşən qəbirstanlıqlardan birində …

Read More »