Cümə , 10 Aprel 2026

autor

Müxtəlif ölkələrdən olan bir qrup səyyahın azad edilmiş ərazilərə səfəri başa çatıb

Müxtəlif ölkələrdən olan bir qrup səyyahın azad edilmiş ərazilərə səfəri başa çatıb. Boyukmillet.com xəbər verir ki, 3 gün ərzində dünyanın 10 ölkəsindən olan səyahətçilər Xocavənd, Ağdam, Şuşa, Kəlbəcər, Zəngilan, Laçın, Füzulidə olublar. “Most Traveled People” cəmiyyətinin yaradıcısı, San-Fransiskodan olan səyyah Çarlz Villi “Report”un sualı cavablandıraraq bildirib ki, onlar infrastrukturla bağlı görüləcək işlərlə maraqlanıblar. “Bizim təklif etdiyimiz ilk iş yolların yenidən qurulmasıdır. …

Read More »

Rusiya və Azərbaycan KOB-ları arasında əməkdaşlığın inkişafı imkanları müzakirə edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiyasının (KOB Korporasiyası) baş direktoru Aleksandr İsaeviç ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüş Sankt-Peterburq şəhərində keçirilən 25-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub. Görüşdə Rusiya və Azərbaycan KOB-ları arasında əməkdaşlığın inkişafı üçün birgə tədbirlərin təşkilinə, sahibkarlara xidmət sahəsində …

Read More »

Ucarda şəhid bulağının açılışı olub

Ucarda Birinci Qarabağ müharibəsi şəhidləri Nuriyev Şöhrət Telman oğlu və İsmayılov Natiq Hacıbala oğlunun xatirəsinə inşa olunmuş ehsan bulağının açılışı olub. Boyukmillet.com xəbər verir ki, bulaq hər iki şəhidin ailəsinin şəxsi vəsaiti hesabına rayonun Əlikənd kəndində inşa olunub. Tədbirdə ilk öncə dövlət himni səslənib və torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər …

Read More »

Sima Babayeva: Mehriban Qaralova xalqa yox, cibinə xidmət edir

Boyukmillet.com-un redaktoru Sima Babayeva öz facebook hesabında Mehriban Qaralova haqda paylaşım edib. Həmin paylaşımı sizlərə təqdim edirik: Respublikanın baş prokroru Zakir Qaralov işdən çıxanda Xırdalanda coxları sevindi, elə Azərbaycanda da sevinənlər çox oldu. Amma Xırdalandakılar ona görə sevindilər ki, Zakir Qaralovun qardaşı qızı Mehriban Qaralovadan canları qurtaracaq. O, Mehriban Qaralovadan ki, onun rayonda səhiyyə şöbəsində, xəstəxana müdiri olması ilə rayonun …

Read More »

Əli Kərimli İranın və Rusiyanın agentidir? – Cahandar Bayoğlundan SENSASİON AÇIQLAMA

“Əbülfəz Elçibəy Turançı, Azərbaycanın dövlət maraqlarını qoruyan bir lider olub. Vaxtilə onun müavini olmuş şəxs əgər bu gün onun ideyalarının yanında deyilsə, deməli Ramiz Mehdiyevlərin oxu ətrafında fırlanır”. Bunu TNS-ə açıqlamasında Turan Partiyasının başqanı Cahandar Bayoğlu deyib. Partiya başqanı bildirib ki, Azərbaycanda İranın tapşırıqlarını yerinə yetirən qüvvələr var. “Ocaq Necatlar burdan təsadüfən qovulmayıb. Amma onların təsir ikmkanları hələ də qalır. …

Read More »

Şəhid ailələri N hərbi hissəsini ziyarət ediblər

Müdafiə nazirinin tapşırığına əsasən, bir qrup şəhid ailəsi və yaxınlarının N hərbi hissəsinə ziyarəti təşkil olunub. Şəhidlərin ailə üzvləri və yaxınları hərbi qulluqçuların xidmət, həmçinin sosial-məişət şəraiti ilə tanış olublar. Ziyarət çərçivəsində 44 günlük Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı şanlı qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb. Qeyd olunub …

Read More »

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanı

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, toplantı iyunun 22-də keçiriləcək. İclasın gündəliyinə 18 məsələ daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 2. “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik …

Read More »

Sahibə Qafarova Türkiyəyə səfərə gedəcək

İyunun 19-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti “Parlamentlər, Miqrasiya və Qaçqınlar üzrə Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, tədbir Parlamentlərarası İttifaqın və Türkiyə Böyük Millət Məclisinin birgə təşkilatçılığı ilə keçirilir. Milli Məclisin sədri konfransda …

Read More »

Gürcüstanın Baş naziri Ermənistana gedib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumət üzvləri ilə birgə Ermənistana işgüzar səfər edib. Boyukmillet.com xəbər verir ki, birgünlük səfər Ermənistanın Baş naziri Nikol Paşinyanın dəvəti əsasında baş tutub. İ.Qaribaşvili İrəvana səfərdən sonra iyunun 20-21-də Qətərə yola düşəcək. O, Qətər İqtisadi Forumunun panel müzakirəsinə qatılacaq. İyunun 28-30-da isə hökumət başçısı NATO-nun Madrid sammitində iştirak edəcək.

Read More »