Bakıda polis intiharın qarşısını alıb, özü yaralanıb. Boyukmillet.com xəbər verir ki, iyunun 17-si saat 21 radələrində Şirvan şəhər sakini, əvvəllər narkotik vasitələrin istifadəsinə və satışına görə məhkum olunmuş 32 yaşlı Elzamin Allahverdiyev paytaxtın Nəsimi rayonu ərazisindəki yaşayış binalarından birinin 5-ci mərtəbəsinə çıxaraq oradan özünü atmağa cəhd göstərib. Hadisə yerinə gələn Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı İ.Cavayev aşağı mərtəbədəki …
Read More »Nazir: “Azərbaycanda vergi qanunvericiliyinin təkmilləşdirilməsi davam etdiriləcək”
“Ölkə sisteminin dayanıqlığını artırmaqla əhalinin iqtisadiyyata, gəlirlərə əlçatanlığını təmin etməliyik”. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qloballaşma və artan bərabərsizliklər” adlı paneldə deyib. Onun sözlərinə görə, Azərbaycan vergi sahəsi ilə bağlı müəyyən normativ sənədlərin hazırlanması üzərində çalışır: “Cəmiyyətin dəyərlərinə də biz diqqət yetirməliyik. Vergilər ölkədə olan şəraitlərə uyğunlaşmalıdır. Bununla bağlı qanunvericilik …
Read More »Azərbaycan səfiri ATƏT PA-nın vitse-prezidenti ilə görüşüb
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və bu ölkə Parlamenti Senatının sədr müavini, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Askar Şakirovla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfirliyi məlumat yayıb. Görüşdə Azərbaycan-Qazaxıstan münasibətləri, iki ölkə arasında ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Read More »Putin Ermənistanda vəziyyətin qeyri-sabit olduğunu vurğulayıb
Rusiya Prezidenti Vladimir Putin həmkarı Vaaqn Xaçaturyanla görüşündə Ermənistanda vəziyyətin qeyri-sabit olduğunu vurğulayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb. Rusiya lideri bildirib ki, rəsmi Kreml Ermənistanda baş verən hər şeyi başa düşür və orada vəziyyətin sabit olmasında maraqlıdır. “Biz bu gün Ermənistanda, Ermənistan ətrafında baş verən hər şeyi başa düşürük. Biz ölkədə vəziyyətin sabit olmasında və mütərəqqi …
Read More »XİN başçısı: “Gürcüstan mütləq Aİ-nin üzvü olacaq”
“Gürcüstan mütləq Avropa İttifaqının üzvü olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Avropa Komissiyası bugünkü tövsiyəsi ilə Gürcüstanın Avropa İttifaqına daxil olması perspektivinin geri dönməz reallıq olduğunu ilk dəfə rəsmən təsdiqləyib.
Read More »DTX rəisi: “6 hərbçimizin taleyi bu vaxtadək qeyri-müəyyən olaraq qalmaqdadır”
Vətən müharibəsi başa çatdıqdan sonra 6 hərbçimizin taleyi bu vaxtadək qeyri-müəyyən olaraq qalmaqdadır. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev bildirib. Onun sözlərinə görə, 12 nəfər hərbçimizin yaralanaraq əsir düşdüyü məlum olub və beynəlxalq təşkilatların vasitəçiliyi ilə onlar qısa vaxtda Vətənə qaytarılıblar.
Read More »Türkiyə-Azərbaycan İşgüzar Şurası ilə ortaq layihələrin icrası təklif edilir
Azərbaycanla Türkiyәnin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurası ilə birgə layihələrin icrası müzakirə edilib. Boyukmillet.com xəbər verir ki, Türkiyәnin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurasının nümayəndə heyəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da görüş keçiriblər. Görüş zamanı ölkələrimizin biznes dairələri arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, AZPROMO-nun bu istiqamətində gördüyü işlər, birgə layihələrin və tədbirlərin həyata keçirilməsi …
Read More »Putin: “Rusiya Ukraynanın Aİ-yə daxil olmasına qarşı deyil”
Avropa İttifaqı hərbi təşkilat deyil, ona görə də Rusiya Ukraynanın ona qoşulmasının əleyhinə deyil. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunun plenar iclasında bildirib. Onun sözlərinə görə, Moskva yalnız Ukraynanın hərbi inkişafına etiraz edib, hər hansı birliklərə iqtisadi inteqrasiya ilə bağlı qərar isə ukraynalıların öz ixtiyarındadır. “Biz heç vaxt bunun Ukraynanın Aİ-yə daxil olmasının əleyhinə …
Read More »Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib
İyunun 17-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Komissiyanın Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş yeni tərkibdə ilk iclasını açıq elan etdikdən sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir …
Read More »DİN: Kütləvi kiber cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Sosial şəbəkə seqmentlərində “yüksək faizli qazanc”, “kreditə pul verilir” adı altında kütləvi kiber cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb. DİN-nin Kiber Talamalara Qarşı Əks Tədbirlər qurumu əməkdaşlarının paytaxtda keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirləri ilə 2004-cü il təvəllüdlü Rüfət Babayev ifşa olunaraq istintaqa təqdim olunub. R.Babayevin əməllərindən 100-dən artıq vətəndaşın zərər çəkdiyi məlum olub. Ödənişlər onlayn formada, bank köçürmə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar