“Cənubi Qafqazın üç ölkəsi regionun sabitliyinə və inkişafına nail olmaq üçün əməkdaşlıq etməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz, barışıq, əməkdaşlıq və inteqrasiya” adlı paneldə deyib. “Münasibətlərin normallaşması yolu asan deyil və biz nəhayət, Ermənistandan daha ardıcıl yanaşma gözləyirik. Bizim bununla bağlı baxışımız odur ki, regionun …
Read More »Deputat: “Qazilərə Prezidentin qayğısını hiss etdirmək lazımdır”
“Vətən müharibəsi iştirakçıları, şəhid ailəsi üzvləri və qazilərin bəzi narazılıqları hansısa formada həlli yolu tapılmalıdır. Çünki onlar hər zaman diqqət mərkəzindədirlər. Prezident İlham Əliyev, Heydər Əliyev Fondu və Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə onların xüsusi qayğı ilə əhatə olunması üçün çox böyük işlər görülür”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin növbədənkənar sessiyasının bu gün …
Read More »Venesuela Prezidenti Şəhidlər xiyabanını ziyarət edib
Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro iyunun 17-də Şəhidlər xiyabanını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, Prezident Nikolas Maduro Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Azərbaycan Bakının mənzərəsini seyr edən Venesuela Prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Read More »Azad edilmiş ərazilərdə tikintisi, bərpası və əsaslı təmiri aparılan məktəblər açıqlanıb
Təhsil Nazirliyi 2021-2022-ci tədris ilində işğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələrinin tikintisi, bərpası və əsaslı təmiri işlərinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin yeni tədris ilində təhvil verilməsi nəzərdə tutulub. Şuşa Real Məktəbinin bərpa-gücləndirmə və əsaslı təmiri ilə bağlı konsept layihəsi hazırlanıb, layihələndirmə işlərinə başlanıb. Ağdam şəhər 1 nömrəli 960 şagird …
Read More »Gömrük Komitəsi külli miqdarda siqaretin Gürcüstandan ölkəyə keçirilməsinin qarşısını alıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında siqaretlərin qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Belə ki, Baş İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn “İveco” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı sürücü idarə …
Read More »AQTA Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib. Boyukmillet.com xəbər verir ki, AQTA bayramın mütəşəkkil təşkilinə dəstək verən nəzarət tədbirlərinin təmin edilməsi məqsədilə bayram günlərində müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək. Agentlik bəyan edir ki, əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq, heyvan …
Read More »Ermənistan ordusunun generalı həbs edilib
Ermənistan Silahlı Qüvvələri Artilleriya İdarəsinin keçmiş rəisi, general-mayor Armen Arutyunyan həbs edilib. Boyukmillet.com xəbər verir ki, məlumatı “Aysor” yayıb. Bildirilib ki, o, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin araşdırdığı cinayət işi üzrə saxlanılıb. Məlumata görə, genişmiqyaslı istintaq və məhkəmə tədbirləri nəticəsində müəyyən edilib ki, Ermənistan Müdafiə Nazirliyi tərəfindən imzalanmış müqavilə əsasında tədarük olunan malların qəbulu üzrə komissiyanın sədri, təchizatçı şirkətin direktor müavini Armen …
Read More »İlham Əliyev Səudiyyə Ərəbistanı Kral Faysal İslam Araşdırmalar Mərkəzinin sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Səudiyyə Ərəbistanı Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Türki Al Faysal Al Saudu qəbul edib. Boyukmillet.com xəbər verir ki, söhbət zamanı Türki Al Faysal Al Saudun ötən il ölkəmizə səfəri və dövlət başçısı ilə görüşü məmnunluqla xatırlanıb. IX Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirdə çox sayda nüfuzlu qonağın iştirak …
Read More »Azərbaycan MN: “Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub”
İyunun 17-si gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. “Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”, – məlumatda qeyd edilib.
Read More »Azərbaycan neftinin qiyməti 125 dollara düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,78 ABŞ dolları, yaxud 2,92 % azalaraq 125,63 ABŞ dolları təşkil edib. Boyukmillet.com xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin avqust fyüçersləri 119,20 ABŞ dollardan satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar