“Azərbaycan Prezidenti olaraq mən ölkəmizin təhlükəsizliyi ilə bağlı məsələlər üzərində çalışıram”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib. “Azərbaycan müharibədə qalib gəldi. Bu müharibə beynəlxalq hüququ, ədaləti bərpa edən müharibə idi. Bu gün biz əməkdaşlıq qurmaq istəyirik. Ermənistanla münasibətlərin normallaşdırılması təklifini biz etmişik”,- Prezident vurğulayıb.
Read More »Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanda səfərdədir. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı IX Qlobal Bakı Forumunda iştirak edir. Gürcüstan lideri beynəlxalq tədbirdə çıxış edəcək.
Read More »Energetika naziri Qəbələdə vətəndaşları qəbul edəcək
Energetika naziri Pərviz Şahbazov iyunun 24-də Qəbələ və Oğuz rayonlarından olan vətəndaşları qəbul edəcək. Boyukmillet.com-un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, qəbul saat 11:00-dan etibarən Qəbələ Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, Həzi Aslanov küçəsi 40) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1147) telefon nömrəsi (əlaqələndirici şəxs Azər Rzayev), [email protected] elektron poçt …
Read More »Naxçıvana bilet satışı daha da çətinləşdi-AZAL onlayn fırıldağına əl atdı +Video
İSBAM sədri Samir Adıgözəlli Bakıdakı Mərkəzi Aviakassada Naxçıvana bilet satışı ilə bağlı olan son vəziyyətlə bağlı fikirlərini bölüşüb. Boyukmillet.com həmin videomüraciəti təqdim edir:
Read More »Ukraynanın sabiq birinci xanımı Azərbaycana təşəkkür edib
“Biz göndərilən hərbi dəstəyə görə təşəkkür edirik. Amma bizim daha çox silaha, hərbi yardıma ehtiyacımız var”. Boyukmillet.com xəbər verir ki, bunu bu gün IX Qlobal Bakı Forumu ilə bağlı keçirilən mətbuat konfransında Ukraynanın sabiq birinci xanımı Katerina Yuşenko bildirib. Onun sözlərinə görə, bu, mövcudluq, yaşamaq məsələsidir: “Biz bilirik ki, bir qarış torpaqdan imtina etmək nə ilə nəticələnəcək, oradakı insanlar öldürüləcək. Biz …
Read More »Gürcüstanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
Gürcüstanda meymunçiçəyi virusuna ilk yoluxma halı təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib. Qeyd olunub ki, yoluxan şəxs virusu yüngül formada keçirib və müvafiq müalicədən sonra evə yazılıb. Onun Avropaya səfər tarixçəsi var və təmasda olduğu şəxslər də həmçinin nəzarətdə saxlanılıb. Milli Mərkəz meymunçiçəyinə yoluxma ilə bağlı bütün şübhəli hallar üzrə …
Read More »Azərbaycan Ordusunda Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilib- Video
Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Azərbaycan Ordusunda 15 iyun – Milli Qurtuluş Günü ilə əlqədar silsilə tədbirlər keçirilib. Bu barədə Boyukmillet.com Müdafiə Nazirliyinə istinadən xəbər verir. Plana əsasən şəxsi heyət Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edib, Ulu Öndərin şərəfli həyat yolu və fəaliyyəti haqqında filmlər nümayiş etdirilib, konfranslar, eləcə də müxtəlif mədəni-kütləvi tədbirlər təşkil olunub. Müdafiə Nazirliyinin …
Read More »Paşinyan: “Koçaryan və Sarqsyan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf etmişdi”
“Danışıqlar prosesinin bütün tarixi boyu Robert Koçaryan və Serj Sarqsyan (Ermənistanın keçmiş prezidentləri-red.) Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf ediblər, ya da “Qarabağ Azərbaycanın bir hissəsi olmayacaq” prinsipini rəhbər tutmayıblar”. Boyukmillet.com “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 15-də parlamentdəki çıxışında bildirib. O, sübut olaraq 1998-ci ildə R.Koçaryanın ATƏT-in o vaxtkı Minsk qrupuna “vahid …
Read More »Avropa Şurası yanında bir qrup səfir Ağdama səfər edib
Avropa Şurası yanında bir qrup səfirdən ibarət nümayəndə heyəti Ağdama səfər edib. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb. Qonaqlar Ağdama erməni vandalizminin qurbanı olan tarixi abidlərlə tanış olub, onlara yenidənqurma işləri və gələcək planlar haqda məlumat verilib. Avropa Şurası yaninda bir …
Read More »Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Poltava vilayətinin rəhbərliyi ilə görüşüb
Fəxri konsul Əfqan Salmanov, Poltava Hərbi Administrasiyasının sədri Dmitri Lunin, onun humanitar məsələlər üzrə müavini Yekaterina Rıjeçenko və Poltava Milli Pedaqoji Universitetinin Psixologiya kafedrasının fəxri professoru Vladimir Morqun ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə Xarkov vilayətindən Poltava vilayətinə təxliyə edilmiş azərbaycanlılar və Poltava vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib. Fəxri konsul Əfqan Salmanov bildirib ki, Konsulluq bu …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar