Cümə , 10 Aprel 2026

autor

Hərbi hissənin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib

“N” hərbi hissənin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib. Müdafiə Nazirliyindən  verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor Azər Əliyev tədbir iştirakçılarını və qonaqları salamlayıb. Bildirib ki, hərbi hissə yarandığı gündən bəri uğurlu döyüş əməliyyatları keçirib. …

Read More »

Azərbaycan-Paraqvay parlamentlərarası işçi qrupuna yeni sədr təyin ediləcək

Azərbaycan-Paraqvay parlamentlərarası işçi qrupuna yeni sədr təyin ediləcək. Boyukmillet.com-un məlumatına görə, bu barədə məsələ Milli Məclisin mayın 17-də keçiriləcək növbədənkənar iclasında müzakirə ediləcək. Deputat Hikmət Məmmədovun Azərbaycan-Paraqvay parlamentlər arası işçi qrupuna yeni sədr təyin edilməsi məsələsi müzakirə ediləcək.

Read More »

İlham Əliyev minifutbol yığmasını təbrik edib: “Siz bu qələbəni halal zəhmətinizlə qazanmısınız”

“Bu qələbəni siz özünüz qazanmısınız, əlbəttə ki, federasiya və idman mütəxəssisləri, məşqçilər və oyunçular, idmançılar, – komanda deyəndə mən bunu nəzərdə tuturam, – siz bu qələbəni halal zəhmətinizlə qazanmısınız”. Boyukmillet.com-un xəbərinə görə, bunu iyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edən zaman deyib. Dövlət başçısı vurğulayıb ki, istənilən …

Read More »

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında iyunun 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-32° isti, Bakıda gecə 20-22° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu …

Read More »

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının tarixi məlum olub

Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasının tarixi məlum olub. Boyukmillet.com-un xəbərinə görə, toplantının iyunun 17-də keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, Milli Məclisinin sədri Sahibə Qafarova 77 deputatın tələbi ilə Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2022-ci il iyunun 1-dən Milli Məclisinin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Xatırladaq ki, növbədənkənar sessiya çərçivəsində parlamentin ilk plenar iclasının iyunun …

Read More »

Prezident İlham Əliyev Qəbələdə yol tikintisinə 12,7 milyon manat ayırıb

Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonunun Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə …

Read More »

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib. AKİ-dən verilən məlumata görə, həmin şəxslərə qarşı məhkəmə iddiası qaldırılacaq. “Son dövrlər mətbuatda ara-sıra Azərbaycan Kinematoqrafçılar İttifaqının və ittifaqın uzun müddət sədri olmuş Xalq yazıçısı Rüstəm İbrahimbəyov və Ədliyyə Nazirliyi tərəfindən səlahiyyətləri təsdiq edilmiş sədri Xalq artisti Rasim Balayevin nüfuzuna xələl gətirəcək çıxışlara rast gəlinir. Bir tərəfdən …

Read More »

Füzulidə yabanı halda bitmiş çətənə kolları məhv edilib

Füzulidə yabanı halda bitmiş 328 ədəd çətənə kolu məhv edilib. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin və Beyləqan rayonlararası Mühafizə Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. Tədbir zamanı Füzuli rayonunun Böyük Bəhmənli …

Read More »

DYP yay mövsümü ilə əlaqədar avtobuslarla regionlara səyahət edənlərə xəbərdarlıq edib

Baş Dövlət Yol Polis İdarəsi yay mövsümü ilə əlaqədar avtobuslarla regionlara səyahət təşkil edən hüquqi və fiziki şəxslərə müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Yay mövsümü ilə əlaqədar istirahət və tətil günlərində məktəblilər, təhsil və əmək müəssisələrində çalışan əməkdaşlar və onların övladları üçün avtobuslarla ölkənin ayrı-ayrı regionlarına səyahətlər təşkil olunur. Belə səfərlər zamanı adətən müxtəlif turizm şirkətlərinin, bəzi hallarda …

Read More »

Baş Prokurorluq növbəti regional konfransı Şəkidə təşkil edir

Baş Prokurorluq növbəti regional konfransı Şəkidə təşkil edir. Boyukmillet.com xəbər verir ki, Baş Prokurorluq Mingəçevir şəhər, Ağdaş, Balakən, Oğuz, Qəbələ, Qax, Şəki, Yevlax və Zaqatala rayon və hərbi prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşlarının iştirakı ilə iyunun 17-də konfrans təşkil edəcək. “Hüquqi dövlət quruculuğu və müstəqil Azərbaycan mediasının inkişafında Heydər Əliyev irsi” adlı işgüzar konfransda digər dövlət və media qurumları, qeyri-hökumət …

Read More »