Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü ilin 15 iyun tarixi gün olmaqla yanaşı, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata …
Read More »Rusiya Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra etməyəcək
Rusiya Avropa İnsan Hüquqları Məhkəməsinin martın 15-dən bəri çıxarıdğı qərarları icra etməyəcək Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin qanun imzalayıb. Qərara əsasən, Rusiya Avropa İnsan Hüquqları Məhkəməsinin martın 15-dən sonra çıxardığı qərarlar icra edilməyəcək. Qərar Rusiyanın Avropa Şurasından çıxdığı gündən – martın 15-dən sonrakı müddətə şamil edilib.
Read More »Paraqvaylı deputatlar Füzuliyə səfər edib
Paraqvay Deputatlar Palatasının və Senatının üzvləri Füzuli rayonuna səfər edib. Boyukmillet.com Qarabağ İqtisadi Rayonuna istinadla xəbər verir ki, qonaqlara talan olunmuş şəhər və kəndlər, dini və tarixi abidələr, qəbiristanlıqlar haqqında, həmçinin mina təhlükəsi, quruculuq işləri və gələcək planlar barədə ətraflı məlumat verilib.
Read More »Türkiyə xarici vətəndaşlara yaşama icazəsinin verilməsi ilə bağlı kvotanı azaldacaq
Türkiyə hökuməti iyulun 1-dən şəhər ərazilərində xarici vətəndaşlar üçün yaşama icazəsinin verilməsi ilə bağlı kvotanı azaldacaq. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib. “İyulun 1-dən şəhərlərdə xarici vətəndaşlar üçün yaşama icazəsinin verilməsi ilə bağlı yaşama kvotası 25%-dən 20%-ə endiriləcək. Azı 1200 rayon mövcud kvotanı aşdığı üçün xarici vətəndaşların üzünə bağlanacaq”, – o …
Read More »Əfqanıstanın paytaxtında partlayış olub, ölən və yaralananlar var
Əfqanıstanın paytaxtı Kabilin rayonlarından birində partlayış baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə “TOLO News” telekanalı məlumat yayıb. Kabil polisinin məlumatına görə, hadisə nəticəsində ölən və yaralananlar var. Onların dəqiq sayı hələlik məlum deyil. Polis avtomobildə quraşdırılmış partlayıcının işə düşdüyünü bildirib.
Read More »İraqda 1 türk əsgəri həlak olub, daha 3 hərbçi yaralanıb
Türkiyə ordusunun İraqın şimalında keçirdiyi “Pençe-Kilit” əməliyyat zonasında 1 türk əsgəri həlak olub, daha bir neçə hərbçi yaralanıb. Bu barədə Boyukmillet.com Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir. Qeyd edilir ki, terrorçular tərəfindən yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində daha 3 əsgər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib və müalicələrinə başlanılıb. Türkiyə Milli Müdafiə Nazirliyi həlak olan əsgərin ailəsinə başsağlığı verib, yaralananlara şəfa diləyib. …
Read More »Amerikalı müəllimlər Xocalı və Kəlbəcərdən olan şagirdlərə ingilis dili keçiblər
ABŞ-ın Azərbaycandakı səfirliyininin dəstəyi ilə Xocalı və Kəlbəcərdən olan şagirdlər üçün ingilis dili proqramı təşkil edilib. Bu barədə səfirlikdən bildirilib: “Xocalı və Kəlbəcər məktəblərinin şagirdlərini ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilən ingilis dili proqramını uğurla başa vurmaları münasibətilə təbrik edirik! İki illik proqram tələbələrə ingilis dili bacarıqlarını inkişaf etdirməyə imkan verib”. Şagirdlər Xocalı rayonunun Kosalar, Başkənd və Yaloba kənd tam …
Read More »Azərbaycanın nümayəndəsi BMT Baş katibinə ermənilərin cinayətlərini ifşa edən məktub göndərib
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı zamanı ölkəmizin tarixi, mədəni və dini irsi dağıdılıb, təhqir edilib, zədələnib, məhv edilib. Azərbaycanın tarixi abidələrinə qarşı erməni vandalizmi bütün işğal olunmuş ərazilərdə özünü göstərməkdədir. Bu torpaqlarda yüzlərlə tarixi və dini abidə onlar tərəfindən talan edilərək uçurulub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan BMT yanında Daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin Baş katibi Antonio Quterreşə …
Read More »Aygün Əliyeva: Konfranslarda səsləndirilən təkliflər sistemləşdiriləcək
“Bütün konfranslarda səsləndirilən təkliflər Agentlik tərəfindən sistemləşdiriləcək və bu istiqamətdə maarifləndirici tədbirlər davamlı olacaq.” Boyukmillet.com “QHT.AZ” a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Agentliyin Şirvan şəhərində keçirdiyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfransında bildirib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva …
Read More »İqtisadiyyat Nazirliyində kadr dəyişikliyi olub
Azərbaycan İqtisadiyyat Nazirliyinin Yuxarı Qarabağ regional bölməsində kadr dəyişikliyi olub. Boyukmillet.com xəbər verir ki, müdir vəzifəsini müvəqqəti icra edən İlqar Pənahov vəzifəsindən azad edilib. Məlumata görə, onun yerinə Müşviq İbişov təyin edilib. Qeyd edək ki, Müşviq İbişov daha əvvəl bölmənin müdir müavini, İlqar Pənahov isə baş məsləhətçi işləyib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar