Cümə , 10 Aprel 2026

autor

Fərid Qayıbov Azərbaycanın minifutbol yığması ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov və “Zirə” klubun fəxri prezidenti Orxan Məmmədov Slovakiyanın Koşitse şəhərində Avropa çempionatında çıxış edən minifutbol üzrə Azərbaycan yığmasının üzvləri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, onlar onlayn baş tutan görüşdə komandanı yarımfinala vəsiqə qazanmaları münasibəti ilə təbrik edib və növbəti qarşılaşmada uğurlar arzulayıblar. Millinin baş məşqçisi Elşad Quliyev diqqətə görə təşəkkürünü bildirib. Qeyd edək …

Read More »

Bərdədə 17 yaşlı qız qaçırılıb, 4 nəfər saxlanılıb

Bərdədə 17 yaşlı qız qaçırılıb, 4 nəfər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, iyun ayının 9-da axşam radələrində rayonun Darğalar kəndində yaşayan 2005-ci il təvəllüdlü yeniyetmə qızın öz istəyinə zidd olaraq evlənmək məqsədilə qaçırılması barədə Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub. Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb. Saxlanılan O.Əzizov, R.Əzizov, E.Ələkbərov və İ.Əzizova …

Read More »

DİN: “İlham Təhməzov xüsusi ittiham qaydasında məhkəmənin qərarı ilə həbs edilib”

“Yevlax şəhər sakini İlham Təhməzov xüsusi ittiham qaydasında məhkəmənin qərarı ilə həbs edilib. Onun barəsində polis orqanında hər hansı icraat işi aparılmayıb”. Boyukmillet.com xəbər verir ki, İ.Təhməzovun oğlunun toy mərasiminə polisin mane olması ilə bağlı iddialar tam əsassızdır: “Qanunamüvafiq olaraq karantin rejim qaydalarına uyğun mərasimdə iştirak edən şəxslərin COVID-19 pasportu yoxlanılıb. Burada da hər hansı hüqüqazidd hal yoxdur”. Qeyd edək …

Read More »

İtaliyanın “Technip” şirkəti Azərbaycanda “yaşıl” qazın alınmasına kömək edəcək

“Azərbaycan İnvestisiya Şirkəti” ASC və İtaliyanın “Technip Energies Italy S.p.A” şirkəti arasında Əməkdaşlıq haqqında Saziş imzalanıb. İmzalanma mərasimi iqtisadiyyat naziri Mikayıl Cabbarovun İtaliyanın “Technip Energies” şirkətinin nümayəndələri ilə görüşdə keçirilib. Əməkdaşlıq çərçivəsində “Tullantıların Monetizasiyası” layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Layihə termokimyəvi təkrar emal texnologiyası əsasında plastiklə zəngin olan məişət tullantılarından “yaşıl” qazın alınmasını nəzərdə tutur. Emal zamanı yaradılmış məhsulla “Azərikimya” …

Read More »

Ağcabədidə “Media və hüquqi maarifləndirmə” adlı konfrans təşkil edilib

Regional media, QHT və vətəndaş cəmiyyəti institutları ilə mövcud kommunikasiyanın möhkəmləndirilməsi məqsədilə Baş Prokurorluğun silsilə tədbirlərinin davamı olaraq Ağcabədi şəhərində “Media və hüquqi maarifləndirmə” adlı işgüzar konfrans təşkil edilib. Boyukmillet.com ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib. Tədbir çərçivəsində media qurumları və QHT nümayəndələrinin iştirakı ilə Ağcabədi rayon prokurorluğunun inzibati binasına presstur …

Read More »

Azərbaycanda ailə planlaşdırılması üzrə strateji proqram hazırlanır

“Ölkəmizdə məişət zorakılığının qarşısının alınması, gender bərabərliyi və uşaq hüquqlarının təmini ilə bağlı qanunvericilik aktları və strateji sənədlərin qəbul olunması bu sahədə zəruri addımlardandır. Ailə planlaşdırılması üzrə strateji proqramın hazırlanması və təsdiq edilməsi də mövcud istiqamətdə tədbirlərin gücləndirilməsinə töhfə verəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Azərbaycanda keçirilən “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsman Aparatı və Ədliyyə Nazirliyi tərəfindən …

Read More »

Ombudsman: “Aliment borcunun ödənilməsindən yayınma halları əsas şikayət obyektidir”

“Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə uşaqlara qarşı zorakılıq, erkən evlilik halları ilə bağlı yayımlanan məlumatlar operativ qaydada araşdırılır və həmin məsələlərin həlli nəzarətdə saxlanılır”. Boyukmillet.com xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Azərbaycanda keçirilən “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsman Aparatı və Ədliyyə Nazirliyi tərəfindən “Ailə-nikah münasibətlərinin inkişafı: çağırışlar, islahatlar, perspektivlər” mövzusunda təşkil edilən ictimai müzakirədə deyib. Aliment borcunun ödənilməsindən …

Read More »

“Formula 1″lə əlaqədar Bakı metropoliteninin gücləndirilmiş iş rejiminə bir sıra dəyişikliklər edilib

“Formula 1” üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar Bakı metropoliteninin gücləndirilmiş iş rejiminə bir sıra dəyişikliklər edilib. Boyukmillet.com-un “Bakı Metropoliteni” QSC-yə istinadən verdiyi məlumata görə, bununla əlaqədar yarışın keçiriləcəyi məkanlara yaxın olan stansiyalarda əlavə işçi personalı ayrılmaqla növbətçilik cədvəli tərtib olunub. Qatarlar texniki cəhətdən mümkün optimal qrafik üzrə hərəkət etdiyindən, gur saatlarda cədvələ dəyişiklik edilməsi mümkün olmasa da, ehtiyat qatarların …

Read More »

Vilyam Hacıyev külli miqdarda vəsaiti təhsil müəssisələrinə xərclənməsi adı ilə silib – İTTİHAM

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında ekspertiza rəyləri üzrə aktlar elan olunub. Boyukmillet.com-un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Elmar Kərimov çıxış edib. O, cinayət işi üzrə tərtib edilən aktlarda dəymiş ziyanla bağlı yazılan rəqəmlərlə razı olmadıqlarını söyləyib. …

Read More »

Bakıda “Formula 1” yarışı başlayıb

Bakıda “Formula 1” üzrə Azərbaycan Qran-prisinə start verilib. Boyukmillet.com -un məlumatına görə, saat 15:00-da pilotlar ilk sərbəst yürüşə başlayıblar. Test yürüşünün təxminən saat 16:00-da başa çatacağı gözlənilir. Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-dək davam edəcək.

Read More »