Cümə , 10 Aprel 2026

autor

Hikmət Hacıyev BMT Baş Assambleyasının sədri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev BMT Baş Assambleyasının sədri Abdulla Şahidlə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycanın daim çoxtərəfli diplomatiyanı dəstəklədiyi vurğulanıb və Qoşulmama Hərəkatının sədri kimi bu istiqamətdə gördüyü işlər müzakirə edilib. Xatırladaq ki, BMT-nin protokol qaydalarına əsasən rəsmi görüşlərdə BMT-nin və bu təşkilatın rəhbər vəzifəli nümayəndəsinin təmsil etdiyi dövlətin bayraqları …

Read More »

Hansı ölkələrə vaksin pasportu olmadan getmək mümkündür?

Pandemiya ilə əlaqədar bir çox ölkələrə giriş zamanı tətbiq olunan məhdudiyyət və tələblərin aradan qaldırıldığı müşahidə edilir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib. Müsahibimiz bəzi Avropa ölkələrinə giriş üçün vaksin pasportunun tələb edilmədiyini bildirib: “Artıq turizm sektorunun reabilitasiya dövrü başlayıb. Kütləvi vaksinasiyalardan sonra reyslərin açılması ilə bağlı ölkələrə giriş qaydalarında müəyyən güzəştlər edilib. …

Read More »

Zemfira Səfərova “Şöhrət” ordeni ilə təltif edilib

Zemfira Yusif qızı Səfərova “Şöhrət” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, Azərbaycan musiqişünaslığının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb. Qeyd edək ki, Zemfira Səfərovanın sabah 85 yaşı tamam olur.

Read More »

İlham Əliyev İran Prezidentinə başsağlığı verib

Boyukmillet.com xəbər verir ki, başsağlığında deyilir: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran Prezidenti İbrahim Rəisiyə başsağlığı ünvanlayıb. “Hörmətli cənab Prezident, Məşhəd-Yəzd istiqamətində hərəkət edən sərnişin qatarının qəzaya uğraması nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından …

Read More »

Azərbaycan Ordusunda döyüş atışlı intensiv taktiki təlimlər başlayıb- Video

Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə Azərbaycan Ordusunun ümumqoşun poliqonlarında müxtəlif qoşun növlərinin döyüş atışlı intensiv taktiki təlimləri keçirilir. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin döyüş qabiliyyətinin artırılması, şəxsi heyətin praktiki vərdişlərinin inkişaf etdirilməsi ilə peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi, qoşunların idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsidir. Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və …

Read More »

Şəhid anaları ilə görüş keçirilib

Boyukmillet.com xəbər verir ki, Azərbaycanın milli qəhrəmanları, şəhid general Polad Həşimovun anası Həşimova Səmayə xanımla və şəhid polkovnik İlqar Mirzeyevin anası Mirzəyeva Gülnarə xanımla  Bakı Gənclər Mərkəzində görüş keçirilib.Görüşün təşəbbüskarı İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbin direktoru, fəlsəfə doktoru Şərqiyyə Məmmədova olub. Gənclərin, təhsil işçilərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi görüşdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə …

Read More »

Azərbaycan XİN Lavrova cavab verib

“Qeyd etmək istərdik ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri çərçivəsində keçirilən mətbuat konfransında Xocalı rayonunun Fərrux kəndi ilə əlaqəli vəziyyətin Azərbaycan …

Read More »

Vətən müharibəsindən sonra 12 mindən çox şəhid ailəsi və qazi aktiv məşğulluğa cəlb olunub

“Postmüharibə dövründə şəhid ailələri və qazilərlə bağlı icra olunan sosial dəstək paketi artıq 100 min şəxsi əhatə edib, onlara 190 min xidmət göstərilib”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinin və müharibə iştirakçılarının aktiv məşğulluq proqramlarına cəlb edilməsi istiqamətində aparılan işlərə dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, …

Read More »

Kamran Əliyev Xocavəndə yeni prokuror təyin edib

Ağcabədi rayon prokurorunun müavini Taleh Osmanov tutduğu vəzifədən azad edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb. K.Əliyevin digər əmri ilə o, Xocavənd rayon prokuroru təyin olunub. Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a təyinatla bağlı məlumatı təsdiqləyib.

Read More »

Bərdə-Ağdam avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44,5 km təşkil edir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hazırda Bərdə-Ağdam avtomobil yolunun 3-5-ci …

Read More »