Cümə , 10 Aprel 2026

autor

Raqif Abbasov: “Millinin ən çox tənqid olunduğu dövrdə dəstəyə ehtiyacı var”

“Sabahkı matçda milli komandaya dəstək verməliyik. Slovakiya ilə görüşdə gənclərimiz də tribunada olacaq. Yığmanın ən çox tənqid olunduğu dövrdə dəstəyə ehtiyacı var”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Azərbaycan millisinin Bakıda Slovakiyaya qarşı keçirəcəyi UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyunu barədə danışarkən deyib. O, futbolsevərləri və yığmaya dəstək …

Read More »

Ərdoğan Türkiyə və Azərbaycan generalları ilə birgə “Efes-2022” təlimini izləyib

İyunun 9-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov “Efes-2022” çoxmillətli təliminin sonuncu günündə icra olunan tapşırıqları izləyib. Yüksək səviyyəli qonaqlar qismində təlimi izləmək üçün Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan poliqona gəlib. Təlim iştirakçıları snayper atışları, mühüm əhəmiyyətə malik hədəfin ələ keçirilməsi, eləcə də dəniz piyadalarının sahil obyektinə basqın tapşırıqlarını yerinə yetiriblər. Əlahiddə Ümumqoşun Ordudan və Hərbi Dəniz Qüvvələrindən bir qrup …

Read More »

Ərdoğan: “Azərbaycan Ordusunun modernləşdirilməsi üçün sıx əməkdaşlıq edirik”

“Erməni tərəfinin təhriki ilə başlayan 44 günlük müharibədə bölgədə 30 il davam edən işğal sona çatıb. Bu müddətdə Türkiyə “Bir millət, iki dövlət” prinsipi ilə azərbaycanlı qardaşlarımıza dəstək verdi”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. “Bu gün isə atəşkəsin daimi olması üçün Birgə Mərkəzdə Rusiya və Türkiyə silahlı qüvvələri qarşılıqlı fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan …

Read More »

Ərdoğan Yunanıstana xəbərdarlıq edib: “Özünə gəl”

“Yunanıstana bir əsr öncə olduğu kimi, peşmanlıqla nəticələnəcək xəyallardan, çıxışlardan və fəaliyyətlərdən uzaq dayanmaq və ağlını başına toplamaq barədə xəbərdarlıq edirik. Özünə gəl”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. “Türkiyə Egey dənizindəki haqlarından vaz keçməyəcəyi kimi, adaların silahlandırılması mövzusunda beynəlxalq razılaşmaların ona verdiyi səlahiyyətləri istifadə etməkdən çəkinməyəcək”,- Türkiyə lideri vurğulayıb.

Read More »

Prezident Saatlıda yol tikintisinə 1 milyon manat ayırıb – SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Saatlı rayonunun Məmmədabad–Genişkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncamla dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Məmmədabad–Genişkənd avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1,0 (bir) milyon manatı …

Read More »

Azərbaycan XİN: “Pakistan ilə strateji əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə ümid edirik”

“Azərbaycan Pakistan ilə strateji əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə ümid edir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan XİN tviterdə paylaşım edib. “Bu gün Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. Bu münasibətlə Pakistan hökumətinə və qardaş Pakistan xalqına ən xoş arzularımızı çatdırırıq”, – paylaşımda deyilir.

Read More »

Sahibə Qafarova Misirin Azərbaycandakı səfiri ilə görüşüb

İyunun 9-da Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Hişam Məhəmməd Nadem Abdel Həmidlə görüşüb. Boyukmillet.com xəbər verir ki, Milli Məclisin sədri, diplomata yeni vəzifəsində uğurlar arzulayıb. Onun Azərbaycanda çalışdığı müddətdə iki ölkə arasındakı əlaqələrin daha da inkişaf edəcəyinə inamını ifadə edib. Spiker Azərbaycanla Misirin dost ölkələr olduğunu və dövlətlərarası münasibətlərimizin hazırkı səviyyəsindən məmnunluğunu bildirib. Sahibə Qafarova …

Read More »

Hindistan səfiri Azərbaycan XİN-ə çağırılıb

Hindistanın ölkəmizdəki səfiri Bavitlung Vanlalvavna Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Görüşdə Hindistanın hakim partiyasının rəsmiləri tərəfindən İslam dininə qarşı və Məhəmməd peyğəmbər ilə bağlı təhqiramiz ifadələr işlədilməsinin qəbuledilməz olduğu bildirilib. Hindistan rəsmilərinin sərgilədiyi islamofob mövqeyin bütün dünya müsəlmanlarının hissiyyatına toxunduğu qeyd edilib və Azərbaycanın bu davranışı qınadığı Hindistan səfirinin diqqətinə çatdırılıb. Bu kimi …

Read More »

Azərbaycanın müdafiə naziri Türkiyədə pakistanlı generalla görüşüb

“Efes-2022′” çoxmillətli təlimini izləmək üçün Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Səmimi görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıqdan məmnunluq ifadə olunub, gələcək perspektivlər müzakirə edilib. Xatırladaq ki, Z.Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil …

Read More »

Bakıda Türkmənistan ilə diplomatik münasibətlərin 30 illiyi qeyd olunur

Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan və Türkmənistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tviter paylaşımında deyilir. Tədbirdə Azərbaycan XİN başçısının müavini Xələf Xələfov və Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev iştirak edirlər.

Read More »