Nəsimi rayon Bələdiyyəsi ağacların kəsilərək parlanma yerinin salınması ilə bağlı açıqlama yayıb. Qurumdan bildirilib ki, bələdiyyə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanındakı ağacların götürülməsi zamanı hər hansı hüquq pozuntusu törətməyib. “Ümumiyyətlə, həmin ağacları kəsməmiş və digər qanunsuz hərəkətlərə yol verməmişdir. Bələdiyyə Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”ndan irəli gələn …
Read More »Çavuşoğlu və Lavrov Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib
“Qafqazda “3+3” formatını, həmçinin Azərbaycan və Ermənistan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını müzakirə etdik. Bu mövzularda Rusiyanın verdiyi dəstəyə görə təşəkkür edirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra deyib. “Xüsusilə Azərbaycan və Ermənistan arasında əhatəli sülh sazişinin imzalanmasının bölgənin sabitliyi baxımından önəmli olduğunu düşünürük”, – XİN başçısı qeyd …
Read More »Çex Respublikası Azərbaycana yeni səfir təyin edib
Milan Sedlaçek (Milan Sedláček) Çex Respublikasının Azərbaycanda yeni səfiri təyin olunub. Boyukmillet.com xəbər verir ki, M.Sedlaçek, bu vəzifədə 2018-ci ildən Çex Respublikasının Azərbaycandakı səfiri olan Milan Ekerti əvəz edəcək. Xatırladaq ki, Milan Sedlaçek Praqada Azərbaycanın Çex Respublikasındakı səfiri Adış Məmmədov ilə görüşüb. Tərəflər gündəlikdə olan ikitərəfli məsələləri, həmçinin ölkələr arasında əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər.
Read More »Medianın İnkişafı Agentliyi çap və onlayn media subyektlərinə dəstək layihəsi elan edib
Medianın İnkişafı Agentliyi (MEDİA) çap və onlayn media subyektlərinə dəstək layihəsi elan edib. Boyukmillet.com xəbər verir ki, müsabiqə ictimai-siyasi qəzetlər arasında keçirilir. Müsabiqənin əsas şərtləri: – Müsabiqə elan olunan günədək son 1 (bir) il ərzində müntəzəm nəşr olunmalı, dövriliyi həftədə bir dəfədən, birdəfəlik tirajı 1500 nüsxədən və yayımı (abunə və satışı) 1000 nüsxədən az olmamalıdır; – redaksiyanın yaradıcı heyəti ən …
Read More »FHN Qubada kompleks mülki müdafiə təlimi keçirib
Quba rayonunda kompleks mülki müdafiə təlimi keçirilib Boyukmillet.com xəbər verir ki, 6-8 iyun 2022-ci il tarixlərində “Azərbaycan Respublikasının 2022-ci il üçün Mülki müdafiə tədbirləri planı” çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəhbərliyi ilə Quba rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib. …
Read More »Əliyar Məmmədyarov Mərkəzi Bankın sədrinin müavini təyin edilib
Əliyar Qəhrəman oğlu Məmmədyarov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Read More »Rəşad Orucov Mərkəzi Bankın sədrinin birinci müavini təyin edilib
Rəşad Temraz oğlu Orucov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilib. Boyukmillet.com xəbər verir ki, R.Orucov 1978-ci ildə Bakı şəhərində anadan olub. O, 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr dərəcəsilə, 2000-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1998-ci ildə …
Read More »Azərbaycan və Çexiya arasında birgə İşçi Qrupu yaradılacaq
Azərbaycan və Çexiya arasında energetika sahəsində əməkdaşlığı genişləndirilməsi ilə bağlı birgə İşçi Qrupu yaradılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun Çexiyanın Azərbaycandakı səfiri Milan Ekertinin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar keçirdiyi qəbul zamanı məlum olub. Məlumata görə, görüşdə iki ölkə arasında enerji əməkdaşlığı, o cümlədən Azərbaycanın Energetika Nazirliyi ilə Çexiyanın Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində …
Read More »Lavrov və Çavuşoğlu arasında görüş keçirilir
Türkiyənin paytaxtı Ankarada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında görüş başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi teleqramda məlumat yayıb. Qeyd edək ki, tərəflər Rusiya-Türkiyə münasibətlərinin vəziyyəti və inkişaf perspektivlərini müzakirə edəcək, həmçinin Ukrayna, Cənubi Qafqaz, Yaxın Şərq və Şimali Afrika, Mərkəzi Asiya və Qara dəniz regionunda durumla bağlı fikir …
Read More »Əməkdar jurnalist Nəsir Əhmədli ilə vida mərasimi keçirilir
Azərbaycanın əməkdar jurnalisti, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli ilə vida mərasimi keçirilir.Boyukmillet.com xəbər verir ki, Əməkdar jurnalist Nasir Əhmədli ilə vida mərasimi onun doğulduğu Tovuz rayon Alakol kəndində keçirilir.Vida mərasimində onun yaxınları ilə yanaşı ictimaiyyət və media nümayəndələri, ziyalılar da iştirak edir.Vida mərasimi başa çatdıqdan sonra mərhum Alakol kənd qəbristanlığında dəfn olunacaq.Qeyd …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar