Cümə , 10 Aprel 2026

autor

DYP rayonlardan paytaxta ərzaq daşıyan sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi “2022 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar Bakı şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Boyukmillet.com xəbər verir ki, idarədən daxil olan müraciətdə deyilir: “Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində keçiriləcək “2022 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması, …

Read More »

Gənclər Fondu Müşahidə Şurasının tərkibi dəyişdirilib – SİYAHI

Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibi dəyişdirilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Müşahidə Şurasının tərkibi aşağıdakı redaksiyada verilib: “Müşahidə Şurasının sədri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Azərbaycan Respublikası təhsil nazirinin müavini Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini …

Read More »

Çavuşoğlu və Lavrov görüşünün gündəliyi məlum olub

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov arasında görüşün gündəliyi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tərəflər Rusiya-Türkiyə münasibətlərinin vəziyyəti və inkişaf perspektivlərini müzakirə edəcək, həmçinin Ukrayna, Cənubi Qafqaz, Yaxın Şərq və Şimali Afrika, Mərkəzi Asiya və Qara dəniz regionunda durumla bağlı fikir mübadiləsi aparacaqlar. Qeyd edək ki, …

Read More »

“Şuşada Azərbaycanın “yaşıl enerji” gələcəyinin müqəddəratını həll edən tarixi addımlar atılıb” – RƏY

“Şuşada 4 iyunda Energetika Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə 4 QVt yaxud 4 000 MVt gücündə bərpa olunan enerji və hidrogen layihələri üzrə imzaladığı İcra müqavilələri bir neçə məqama görə tarixi hadisədir”. Boyukmillet.com xəbər verir ki, bunu adıçəkilən müqavilələri şərh edərkən energetika nazirinin müşaviri Zəminə Əliyeva bildirib. Z.Əliyeva əlavə edib ki, bu müqavilələr quruda 1 QVt gücündə günəş və 1 QVt …

Read More »

Qazi və şəhid ailələrinə hərtərəfli sosial qayğı və dövlət dəstəyi göstərilir

2020-ci ilin payızında 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərlə görüşlərdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan dövlətinin və xalqının onlara minnətdar olduğunu ifadə ediblər. Ötən dövr ərzində qazilərin sağlamlığa qovuşması üçün bütün mümkün vasitələrdən istifadə edilib. Prezident İlham Əliyevin tapşırığına əsasən Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə …

Read More »

ADA-da Azərbaycan və Türkmənistan arasında diplomatik münasibətlərin 30 illiyi münasibətilə tədbir keçirilir

ADA Universitetində Azərbaycan və Türkmənistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş telekörpü işinə başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbirin fəxri spikerləri və qonaqları sırasında Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev, Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov, Milli Məclisin Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə …

Read More »

Bakının mərkəzində yaradılan qanunsuz parkinq sökülür

Bakının mərkəzində yaradılan qanunsuz parkinq sökülür. Boyukmillet.com xəbər verir ki, artıq paytaxtın Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanına müvafiq qurum tərəfindən texnika və canlı qüvvə cəlb olunub. Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı. Ölkə başçısı İlham Əliyevin …

Read More »

Bakının mərkəzində ağacların kəsilməsinə görə vəzifəli şəxs cərimələnib

Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. Boyukmillet.com xəbər verir ki, xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı ərazidəki qəzalı vəziyyətdə olan ağacın götürülməsi ilə bağlı Nəsimi rayon Bələdiyyəsi tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunub. O qeyd edib ki, Agentlik həmin ərazidə qəzalı vəziyyətdə olan 1 safora ağacının götürülərək …

Read More »

AQTA sədri sahibkarlara müraciət edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 7 İyun – Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə sahibkarlara müraciət edib. “Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 dekabr 2018-ci il tarixli qərarı ilə hər il iyunun 7-də Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd edilir. Dünya əhalisi hər il artdıqca, qida istehlakı da eyni sürətlə artır. Bütün dünyada olduğu kimi, ölkəmizdə də əhalinin qida …

Read More »

XİN başçısı: “Müharibədən sonra region ölkələri arasında münasibətlərin normallaşması üçün yaxşı imkanlar yaranıb”

“İkinci Qarabağ müharibəsindən və Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra region ölkələri arasında münasibətlərin normallaşması üçün yaxşı imkanlar yaranıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “Anadolu”ya müsahibəsində söyləyib. “Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından yana olduğunu ən yüksək səviyyədə ifadə edib. Biz Türkiyə və Ermənistanın xüsusi nümayəndələr təyin etməsini və onların üç görüşünü çox müsbət hal hesab …

Read More »