Cümə , 10 Aprel 2026

autor

Prezident bir qrup su təsərrüfatı və meliorasiya işçisini təltif edib – SİYAHI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncamla su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilib: Abasov Xalid Əvəz oğlu Abdullayev Elşad Əlipaşa oğlu Abışov İxtiyar Şükür oğlu Məmmədov Adəm İman oğlu Məmmədov Natiq Misir oğlu. Azərbaycan Prezidenti …

Read More »

Məhərrəm İbrahimovun məzarı ziyarət olunub

Jurnalist Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü münasibətilə anım mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, mərhumun Müşfiqabad qəsəbə qəbiristanlığındakı məzarı ziyarət olunub. Mərasimdə M.İbrahimovun iş yoldaşları, media nümayəndələri, ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid jurnalistin məzarı önünə əklil qoyulub, gül dəstələri düzülüb. Şəhidin qardaşı, jurnalist Əsgər İbrahimov, bacısı Sevda İbrahimova Məhərrəmin ömür yolundan danışıb, xatirəsinin daim əziz tutduqlarına, ailəsinə …

Read More »

“UNESCO üçün tarixi-mədəni irs yox, erməni maraqları vacibdir və bu da təşkilatın nüfuzu üçün ləkədir” – RƏY

“ABŞ Dövlət Departamentinin Konqresə təqdim etdiyi “2021-ci il Beynəlxalq Din Azadlığı” hesabatında Azərbaycanla bağlı mühüm məqamların əksini tapması bölgədə yaranan yeni geosiyasi situasiya ilə bağlıdır. Hər il dərc olunan bu hesabatda ilk dəfədir ki, Dövlət Departamenti işğal dövründə ermənilər tərəfindən törədilən cinayətlərə yer verib”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Onun sözlərinə görə, …

Read More »

Ermənistan parlamentinin növbədənkənar iclası keçiriləcək

Ermənistan parlamentinin sədri Alen Simonyanın qərarına əsasən iyunun 9-da ali qanunverici orqanın növbədənkənar iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, məlumatı “News.am” yayıb. Məlumata görə, iclasın gündəliyində iki məsələ var: “Ermənistan Respublikasının ərazi-inzibati quruluşu haqqında” və “Ərazi idarəetmə haqqında” qanunlara düzəliş”. Növbədənkənar iclas bu məsələlərin müzakirəsi gözlənilir.

Read More »

Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən şəxs məlum olub

Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən şəxs məlum olub. Boyukmillet.com xəbər verir ki, bu vəzifəni professor, general-leytenant Heydər Piriyev icra edir. Faktı “Report”a Müdafiə Nazirliyindən təsdiqləyiblər. Qeyd edək ki, 2022-ci ildə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi …

Read More »

Regionlardakı uşaq bağçalarında nöqsanlar aşkarlanıb

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri regionlarda uşaq müəssisələrinə başçəkmələr həyata keçirib. Qrup üzvləri Gəncə şəhər uşaq evinə, Gəncə şəhər inteqrasiya təlimli internat tipli gimnaziyaya, Goranboy rayonu R.Ağakişiyev adına inteqrasiya təlimli internat tipli gimnaziyaya, Zaqatala şəhər inteqrasiya təlimli internat tipli gimnaziyaya, Quba şəhər valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbinə və Quba şəhər xüsusi peşə məktəbinə əvvəlcədən xəbərdarlıq …

Read More »

Milli Müdafiə Universitetinin kursantları təltif olunublar

Bakıda keçirilən “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalında “Pilotsuz Uçuş Aparatları” müsabiqəsinin “B” kateqoriyası üzrə 3-cü yerə layiq görülən Heydər Əliyev adına Hərbi İnstitutun kursantları Milli Müdafiə Universitetində təltif olunublar. Kursantlarla görüşərək onları təbrik edən Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən, professor general-leytenant Heydər Piriyev onlara gələcək xidmətlərində uğurlar arzulayıb, nailiyyətlərini davam etdirmələri istiqamətində öz tövsiyələrini verib və komandanın …

Read More »

Ukraynanın XİN başçısı beynəlxalq ictimaiyyətə çağırış edib

Ukrayna xarici işlər naziri Dmitro Kuleba beynəlxalq ictimaiyyətə müraciət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində yazılıb. “Ukraynanın qələbəsi bizim ortaq qələbəmiz olacaq. Bu, avropalıların gələcək nəsillərinin azad və sülh şəraitində yaşamasını təmin edəcək. Biz tərəfdaşlarımızın dəstəyini hiss edirik və buna görə dərin minnətdarıq. Onları Ukrayna qalib gələnə qədər bunu davam etdirməyə çağırırıq”,- nazir bildirib.

Read More »

Bir həftə əvvəl Qarabağ kanalında batan yeniyetmənin meyiti tapılıb

Mayın 29-da Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2008-ci il təvəllüdlü Əliyev Ayxan Məhəmməd oğlunun axtarışları başa çatıb. Boyukmillet.com xəbər verir ki, A.Əliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən təqribən 3 km aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Read More »

Nazirlik Azərbaycanda “RİA Novosti” agentliyinin bloklanmasının səbəbini açıqlayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) Azərbaycan ərazisində “RİA Novosti” agentliyinin internet informasiya resursuna girişin məhdudlaşdırılmasına münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq nazirlikdən qeyd edilib ki, ölkədə yayılması qanunla qadağan edilən informasiyanın yerləşdirilməsi halları ilə bağlı internet informasiya resurslarına girişin məhdudlaşdırılması “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunla tənzimlənir. Həmin qanuna əsasən, müvafiq icra hakimiyyəti …

Read More »