“Azərbaycan qazına olan tələbat kəskin artıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində bildirib. Dövlət başçısı hər il Bakıda Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurasının iclaslarının keçirildiyini xatırladıb. “SGC artıq işləyir, indi yeni körpülər, yeni əlaqələr, interkonnektorlar üzərində işləmək, Avropanın qaz bazarında iştirakımızı genişləndirmək üzərində düşünməliyik. Bu gün, iyunun 1-nə olan vəziyyət tamamilə …
Read More »Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Bütün balaca soydaşlarımızı 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər bir uşağa möhkəm cansağlığı, sevgi, sevinc, xoşbəxt gələcək arzulayıram! Uca Tanrı uşaqları bütün qada-balalardan qorusun!”.
Read More »Ali Attestasiya Komissiyası sədrinə yeni müavin təyin olunub
Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinə yeni müavin təyin olunub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, fizika elmləri doktoru, dosent Sakin Cabarov Ali Attestasiya Komissiyasının sədr müavini təyin edilib. Qeyd edək ki, Sakin Həmid oğlu Cabarov 1983-cü il avqustun 30-da Xaçmaz rayonunun Dədəli kəndində anadan olub. Bakı Dövlət Universitetini bitirib. O, Azərbaycan Dövlət Pedaqoji …
Read More »Narkotikin təsir altında taksi fəaliyyəti göstərən şəxs saxlanılıb
Narkotik vasitənin təsir altında taksi fəaliyyəti göstərən şəxs ifşa olunub. Boyukmillet.com xəbər verir ki, İdarənin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında taksi fəaliyyəti göstərən Vüqar Süleymanzadənin qanunazidd əməllərinin qarşısı alınıb. Belə ki, mayın 31-də “Toyota Prius” markalı, 99-RT-704 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti göstərən Vüqar Süleymanzadə Ekoloji Nəzarət üzrə YPX …
Read More »Baş Qərargah: “Son sutkada Rusiya 70 hərbçi itirib”
Rusiya Silahlı Qüvvələri Ukraynanın Nikolayevka, Novopavlovsk və Şirokoye yaşayış məntəqələrini reaktiv yaylım atəş sistemi, iri çaplı artilleriya və minaatanlarla atəşə tutublar. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Bildirilib ki, Qara və Azov dənizlərindəki qasırğa nəticəsində lövbərdən iki mina qopub və güclü dalğa nəticəsində minalardan biri Odessa sahillərinə çatıb. Mütəxəssislərin fikrincə, mina sualtı qayığı …
Read More »“İçərişəhər” metrostansiyasında azyaşlı sərnişinlər üçün şou proqram təşkil ediləcək
Bu gün “İçərişəhər” metrostansiyasında azyaşlı sərnişinlər üçün şou proqram təşkil ediləcək “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Metropoliten kollektivi balaca dostlarımızı Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir, onlara aydın səma, xoşbəxt gələcək arzu edir! Ənənəsinə sadiq qalan “Bakı Metropoliteni” QSC bu gün saat 12:00-da “İçərişəhər” stansiyasında azyaşlı sərnişinlər üçün zəngin şou proqram təşkil edəcək”, – məlumatda qeyd olunur.
Read More »Türkiyə Azərbaycanın hərbi gəmilərində yeni döyüş idarəetmə sistemi tətbiq edəcək
HAVELSAN şirkəti Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı Araşdırma Mərkəzi Komandanlığı ilə birlikdə hazırladıqları “Advent” Döyüş İdarəetmə Sistemini (SYS) Azərbaycanın yeni inşa edilən dəniz patrul gəmilərində istifadə etməyi hədəf seçib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin HAVELSAN şirkətinin baş direktoru Mehmet Akif Nacar bildirib. “Danışıqları yekunlaşdırdıq, Türkiyədə istifadə olunan sistemləri nümayiş etdirdik. Mövcud gəmilərin modernləşdirilməsi üçün danışıqlar aparırıq. “Advent” ilə …
Read More »Naxçıvanda yaşayan uşaqların sayı açıqlanıb
Bu gün Naxçıvan Muxtar Respublikası əhalisinin 36 faizi və ya 165 min 740 nəfəri uşaqdır. Bunlardan 1 909-u sağlamlıq imkanları məhdud, 65-i hər iki valideyni vəfat etmiş və valideyn himayəsindən məhrum, 55-i şəhid uşaqlarıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib. Ötən il və cari il ərzində muxtar respublikada …
Read More »Ermənistan dövlət sərhədində Azərbaycanın iki rayonunu atəşə tutub
Dövlət sərhədində Azərbaycan mövqeləri atəşə tutulub. “Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən mayın 31-i axşam saatlarından iyunun 1-i gecə saatlarınadək Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”, – məlumatda qeyd olunub.
Read More »Pakistanın Baş naziri bu gün Türkiyəyə səfər edəcək
Pakistanın Baş naziri Şahbaz Şərif bu gün Türkiyəyə rəsmi səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkyə Prezidentinin Administrasiyası məlumat yayıb. Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə həyata keçirilir. Ş.Şərif R.T.Ərdoğanla görüşəcək. Liderlər arasında təkbətək danışıqlardan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş olacaq. Müzakirələr başa çatandan sonra Rəcəb Tayyib Ərdoğan və Şahbaz Şərif birgə mətbuat konfransı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar