Cümə , 10 Aprel 2026

autor

Fransa XİN başçısı Kiyevdə səfərdədir

Fransanın xarici işlər naziri Ketrin Kolonna Kiyevdə səfərdədir. Boyukmillet.com xəbər verir ki, Fransa XİN-in mətbuat xidmətinin məlumatına görə, o, Ukraynanın Prezidenti Volodimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək. “Nazir bu səfəri ilə Fransanın Ukrayna xalqı ilə həmrəyliyini və Parisin Rusiyanın təcavüzü qarşısında həm humanitar, həm maliyyə, həm də müdafiə silahlarının tədarükü baxımından Ukraynaya dəstəyi gücləndirməkdə tam qətiyyətini …

Read More »

Türkiyə hərbçisi İraqda şəhid olub

İraqın şimalında aparılan “Pəncə-Kilid” antiterror əməliyyatında Türkiyə Ordusunun hərbçisi – çavuş İslam Sancaq şəhid olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, o, ötən gün PKK terrorçuları ilə atışmada ağır yaralanaraq xəstəxanaya qaldırılsa da, hərbçinin həyatını xilas etmək mümkün olmayıb.

Read More »

Ekspert: “Ermənistan öz bəyanatları ilə regional əməkdaşlıq prosesini pozmağa çalışır”

“Ermənistan mətbuatının David Vardanyanın guya Azərbaycan hərbçiləri tərəfindən öldürülməsi ilə bağlı son bəyanatları Ermənistanın dezinformasiya yayılması üzrə düşmənçilik proqramını əks etdirir”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS, Pakistan) icraçı direktoru, ortaq gələcəyə malik cəmiyyət üçün Pakistan Araşdırma Mərkəzinin üzvü Xalid Taymur Əkrəm deyib. “Ermənistan rəhbərliyi Azərbaycanın başlatdığı regional əməkdaşlıq prosesini pozmaqla münaqişəni qızışdırmağa çalışır. …

Read More »

Peru paytaxtının məşhur körpüsü Azərbaycan bayrağının rənglərinə bürünüb

Peru paytaxtı Lima şəhərinin əsas tarixi və mədəni rayonu hesab olunan Miraflores rayonunda yerləşən “Mellizo Villena Rey” körpüsü Müstəqillik Günü münasibətilə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb. Boyukmillet.com xəbər verir ki,bu barədə  Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən bildirilib. Həmçinin körpünün üzərində “Azərbaycan – Müstəqillik Günü” yazısı əks olunub. Qeyd edək ki, dostluq və sevgi rəmzi olan körpü Peru paytaxtının iki mərkəzi …

Read More »

Azərbaycan şahmatçıları “Norway Chess” turnirində mübarizəyə başlayır

Bu gün Norveçin Stavanger şəhərində “Norway Chess” çərçivəsində blits turniri keçiriləcək. Boyukmillet.com-un məlumatına görə, yarışda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da mübarizə aparacaq. Onların rəqibləri yerli dünya çempionu Maqnus Karlsen, macarıstanlı Rixard Rapport, ABŞ-ı təmsil edən Uesli So, niderlandlı Aniş Giri, hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşye-Laqrav, bolqarıstanlı Veselin Topalov və çinli Van Hao olacaq. Dairəvi sistemlə təşkil …

Read More »

Bərdədə oğul atasını qətlə yetirib

Bərdədə oğul atasını qətlə yetirib. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) mayın 29-da saat 23 radələrində Mirzəcəfərli kəndində Bulud Fərzəliyevin öldürülməsi barədə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla B.Fərzəliyevi oğlu, əvvəllər məhkum olunmuş Kənan Fərzəliyevin sərxoş vəziyyətdə münaqişə zəminində yaşadığı …

Read More »

Lənkəranda sərxoş sürücünün avtomobilində 6 kq-dan artıq narkotik aşkarlanıb

Lənkəran şəhəri ərazisində hərəkətdə olan “Mercedes-Benz” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Bakı şəhər sakini olan sürücü Rövşən Acalovun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyinə, üzərində və nəqliyyat vasitəsində narkotik vasitə daşıdığına şübhələr yarandığından …

Read More »

Braziliyada leysan yağışlar nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb

Braziliyanın şimal-şərqindəki Pernambuko ştatında leysan yağışları nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Globo” yerli hakimiyyət orqanlarına istinadən xəbər verir. Regionun qubernatoru Paulu Kamaru bildirib ki, təbii hadisə zamanı daha 56 nəfərin itkin düşdüyü bildirilir. Həmçinin 4 minə yaxın insanın evsiz qaldığı bildirilir. Xilasedicilər itkin düşənləri axtarır və xəsarət alanlara köməklik göstərirlər. Daha əvvəl 56 nəfərin öldüyü …

Read More »

Yaponiya Ukraynaya 1,7 milyon dollar ayıracaq

Yaponiya hökuməti Ukraynaya 1,7 milyon dollar məbləğində təcili yardım ayıracaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Yaponiya hökuməti məlumat yayıb. Ukrayna tərəfinə yardım Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisi (UNOPS) vasitəsilə ötürüləcək. Yaponiya Xarici İşlər Nazirliyi bildirib ki, Tokio beynəlxalq ictimaiyyətin Ukraynaya dəstək səylərinə töhfə verməkdə davam edəcək. BMT-nin məlumatına görə, fevralın 24-dən indiyədək 8 milyondan çox Ukrayna vətəndaşı qaçqın …

Read More »

ABŞ-da festivalda atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Oklahoma ştatında açıq havada keçirilən festivalda atışma nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə bazar günü şahidlərə və ştatın İstintaq Bürosuna istinadən “Associated Press” agentliyi məlumat yayıb. Büronun məlumatına görə, yaralananlar arasında iki azyaşlı da var. Zərərçəkənlərin vəziyyəti ilə bağlı hələlik məlumat yoxdur. Agentlik aydınlaşdırıb ki, hazırda atəş açan şəxs saxlanılmayıb. AP şübhəlilərin olub-olmaması barədə …

Read More »