Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Boyukmillet.com-un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, barəsində irəli sürülən ittihamların əsassız olduğunu deyib: “Dövlətə dəyən maddi ziyanı ailəmə məxsus əmlaklarla ödəməyə hazıram”. Daha sonra dövlət ittihamçısı V.Hacıyevə …
Read More »Ukrayna Prezident Ofisi: “Rusiya qalib gəlsə, üçüncü dünya müharibəsi başlayacaq”
“Əgər Rusiya Ukraynada qalib gəlsə, üçüncü dünya müharibəsi başlayacaq”. Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib. “Çünki Rusiya dünyanın ikinci ordusuna sahib olduğunu sübut etmək istəyəcək. Rusiya uduzmasa, rus revanşizmi, rus şovinizmi daha da qabaracaq. Rusiya bizdən intiqam almaq istəyəcək. Beləliklə, növbəti dünya savaşı başlayacaq”, – o söyləyib. M.Podolyakın sözlərinə görə, hazırda …
Read More »Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını ediblər
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər və burada yaradılan şəraitlə tanış olublar. Sonra dövlətimizin başçısı və birinci xanım Ağalı kənd sakinləri ilə görüşüblər.
Read More »Azərbaycanda seçicilərin sayı açıqlanıb – EKSKLÜZİV
Azərbaycanda seçicilərin sayı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, ölkə üzrə vahid seçici siyahısı dəqiqləşdirilərək yenidən tərtib edilib. Belə ki, vahid seçici siyahısının tərtib edilməsi dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirilib. Dəqiqləşdirilmiş vahid seçici siyahısına əsasən Azərbaycanda 6 milyon 400 min səsvermə hüququ olan şəxs var .
Read More »Bəzi xəstəliklər üzrə əlillik dərəcəsi yeni qaydada təyin olunacaq
“İstənilən halda bütün ambutasiya halları müddətsiz əlillik təyinatı üçün səbəbdir”. Boyukmillet.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib. O qeyd edib ki, yeni meyarlarda olan yeniliklərdən biri də fərqli kombinə olunan xəstəliklər üzrə əlillik dərəcəsinin ayrı aparılmasıdır: “Misal olaraq, danışıb-eşidə bilməyən şəxslərin müddətsiz olaraq əlillik təyinatı üçün dəyərləndirmə olacaq”.
Read More »“TEKNOFEST Azərbaycan” festivalı davam edir
Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı davam edir. Boyukmillet.com xəbər verir ki, “Bayraktar TB2” və “Akıncı” pilotsuz uçan aparatları havaya qaldırılıb. Daha sonra tədbirin təşkilatçısı olan “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin, qonşu ölkənin Sənaye və Texnologiyalar Nazirliyinin rəsmilərinin çıxışı baş tutub. Bundan sonra, 1 saatlıq müddətə qırıcı və təlim təyyarələrinin aviaşousu başlayıb.
Read More »Gələn il TÜRKPA-nın komitə iclası Şuşada keçiriləcək
Gələn il Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclası Şuşa şəhərində keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib. O, parlament sədri Sahibə Qafarovaya müraciət edərək bildirib ki, iclasın may-iyun aylarında keçirilməsi nəzərdə tutulur: “Hörmətli sədr, bu məsələni sizinlə də müzakirə etməliyik”.
Read More »Belarus səfirliyi Azərbaycanı təbrik edib
Belarusun Azərbaycandakı səfirliyi 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı səfirlik tviterdə paylaşım edib: “Belarus səfirliyi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edir! Qoy bu bayram həmişə Azərbaycan dövlətinin sarsılmaz suverenliyinin, firavanlığının və xalqının rifahının rəmzi olsun”.
Read More »Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin növbəti iclası Tbilisidə keçiriləcək
Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VIII üçtərəfli iclası Tbilisidə keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, Azərbaycanın mövqeyi Tbilisidə təqdim ediləcək.
Read More »Gürcüstan spikeri: “Türkiyə və Azərbaycanla üçtərəfli əməkdaşlığa böyük önəm veririk”
“Gürcüstan Türkiyə və Azərbaycanla üçtərəfli əməkdaşlığa böyük önəm verir”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyə Böyük Millət Məclisində Gürcüstan parlamenti ilə dostluq qrupunun rəhbəri Halil Etyemezlə görüşdə deyib. Tərəflər Gürcüstan və Türkiyə arasında müxtəlif sahələrdə sıx əməkdaşlığı müzakirə ediblər və qanunverici orqanlar arasında əlaqələrin intensivləşdirilməsini alqışlayıblar. Görüşdə regionda sülhün möhkəmləndirilməsi üçün atılmış addımlar da diqqət mərkəzində olub. Ş.Papuaşvili …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar