“Bir neçə gün öncə metroda qazimizin gediş haqqına görə metro işçisini təhqir etməsi mənə çox pis təsir etdi. Əgər qazilərin metrodan pulsuz istifadəsinə dair qərar verilsə, onlara kim nə deyə bilər? Amma metro işçisi müvafiq imtiyazı olmayan şəxsi gediş haqqı ödəmədən metrodan istifadə etməsinə icazə verə bilməz. İstər qazi olsun, istər şəhid ailəsi, qanunları, qaydaları pozmaq olmaz”. Bunu Teleqraf.com-a açıqlamasında müstəqil …
Read More »AQC-nin rəhbər heyətinə təyinatlar olub
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) ötən həftə baş tutan hesabat-seçki konfransında seçilmiş İdarə Heyətinin ilk iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclası giriş sözü ilə açan AQC sədri Vüqar Oruc konfransın nəticələri və görüləcək işlərlə bağlı məruzə ilə çıxış edib. Daha sonra cəmiyyətin rəhbər strukturları formalaşdırılıb. AQC sədri Vüqar Orucun sərəncamı ilə Ramil Osmanlı, Zamin Hüseynov və Fərid Rüstəmov cəmiyyətin sədr …
Read More »Rafael Cəbrayılovun vəkili məhkəmədə müdafiə çıxışı edib
Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlərin nümayəndələri çıxış edib. Zərərçəkmiş Anar Şıxəliyevin nümayəndəsi bildirib ki, R.Cəbrayılova 340 min manat, torpağa çıxarış almaq üçün isə 240 min manat pul verilib: “Lakin həmin pulların sonradan taleyi məlum …
Read More »Rəşad Nəbiyev: “Türkiyə ilə Azərbaycan arasında elektron imza ilə bağlı ilkin razılaşma əldə olunub”
Elektron imzanın unifikasiyası ilə bağlı Türkiyə ilə Azərbaycan arasında ilkin razılaşmalar əldə olunub. Boyukmillet.com xəbər verir ki, bunu “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində bu gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin İKT üzrə məsul nazirlərinin iclasda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. “Hər bir ölkənin prioritetlərindən, milli təhlükəsizlik baxışlarından irəli gələn konkret baxışları var. …
Read More »“Take Off Baku” beynəlxalq startap sammiti işə başlayıb
Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində “Take Off Baku” beynəlxalq startap sammiti işə başlayıb. Boyukmillet.com Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, sammitdə Azərbaycan daxil olmaqla 8 ölkədən 50 startap iştirak edir. İştirakçı startaplar təhsil sahəsində 9, “Fintech” üzrə 5, səhiyyə üzrə 2, “Ağıllı şəhər” üzrə 7, nəqliyyat və logistika üzrə 2, infrastruktur və təhlükəsizlik …
Read More »İlham Əliyev və Mehriban Əliyeva Zəngəzur dəhlizinin tikintisi ilə tanış olublar – YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli rayonuna səfər ediblər. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı və birinci xanım səfər çərçivəsində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə tanış olublar. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan və ümumi uzunluğu 123,6 kilometr olan …
Read More »Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Prezident İlham Əliyevlə birgə Zəngilan rayonuna səfərləri ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda qeyd edilib: “Yolumuz Zəngilanadır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”
Read More »Azərbaycan qazını Bolqarıstana nəql edəcək boru xətti sertifikatlaşdırılıb
Bolqarıstan və Yunanıstanın enerji tənzimləyiciləri Azərbaycan təbii qazını Avropaya, oradan isə Bolqarıstana nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunu (IGB) sertifikatlaşdırıblar. Bu barədə Boyukmillet.com Bolqarıstanın “Bulgaria Today” nəşrinə istinadən məlumat verib. Bildirilir ki, interkonnektorun kommersiya istismarı bu ilin iyulun 1-dən sonra başlayacaq: “IGB strateji əhəmiyyət daşıyır və Bolqarıstan və Cənub-Şərqi Avropaya qaz tədarükünü diversifikasiya edərək Yunanıstan və Bolqarıstan qaz ötürücü sistemlərini birləşdirməyə imkan verir. …
Read More »“Teknofest Azərbaycan”a təcili yardım briqadaları təhkim olunublar
Bakıda ilk dəfə keçirilən “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına TƏBİB-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları təhkim olunublar. Bakı Kristal Zalı və Dənizkənarı Milli Park ərazisində keçirilən “Teknofest Azərbaycan”da 2 həkim məntəqəsi (hərəsində 4 həkim olmaqla – pediatr, terapevt, travmatoloq, nevropatoloq və 2 tibb bacısı) fəaliyyət göstərir. Həmçinin, ərazidə 2 Təcili və Təxirəsalınmaz Tibbi Yardım postu (hər postda …
Read More »Teymur Musayev Ermənistan nümayəndə heyətinin iddialarına cavab verib
Səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyasındakı çıxışında Ermənistan nümayəndə heyətinin səsləndirdiyi fikirlərə münasibət bildirib. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası çərçivəsində keçirilən ümumi debatlar zamanı çıxış edən Azərbaycanın səhiyyə naziri ilk öncə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru vəzifəsinə yenidən seçilməsi münasibətilə cənab Tedros Qebreyesusu təbrik edərək ÜST-nin fəaliyyətinin ölkəmiz tərəfindən …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar