Cümə , 10 Aprel 2026

autor

Salome Zurabişvili: “Gürcüstan Avropa yolunda real şansı əldən verməməlidir”

“Gürcüstan üçün Avropa yolunda tarixi imkan yaranıb. Bu yol qan tökmədən və qurbanlarsız mümkün olmayıb, əcdadlarımız tərəfindən salınıb”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Gürcüstan Prezidenti Salome Zurabişvili Müstəqillik Günü münasibətilə Tbilisidə Azadlıq meydanında keçirilən təntənəli mərasimdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, ümumi dəyərlər Gürcüstanı Avropa sivilizasiyası ilə çoxdandır bağlayır: “Biz və Avropa bu ənənələri davam etdirməliyik. Biz yaxşı anlamalıyıq ki, …

Read More »

Nazir: “TEKNOFEST Azərbaycan”da investorlar layihələrə maraq göstərəcəklər”

“TEKNOFEST Azərbaycan” festivalında iştirak komandaların gələcəkdə şirkət, texnologiya istehsalçısı kimi formalaşmasına imkan verəcək”. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Nazir bildirib ki, 4 gün ərzində komandalar öz layihələri üzərində işləyəcəklər. Onun sözlərinə görə, festivalda təmsil olunan investorlar bu layihələrə maraq göstərəcəklər. R.Nəbiyev əlavə edib ki, “Teknofest”də dünyanın 25 ölkəsindən 50-dən çox komanda …

Read More »

Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşüb

Mayın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüş zamanı Türk Dövlətləri Təşkilatı tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən fəaliyyət, habelə Azərbaycanın təşkilatın işində fəal iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. C.Bayramov Türk Dövlətləri Təşkilatının zəngin gündəliyinə istinad edib və bu xüsusda, həyata keçirilən intensiv dialoqu məmnunluqla …

Read More »

MN: “5 mindən çox vətəndaşın sənədləri “Müharibə veteranı” adı verilməsi üçün komissiyaya göndərilib”

Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən komissiya tərəfindən Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarının araşdırılması yekunlaşan və arayış-məlumatları hazır olan növbəti 5 000-dən çox vətəndaşın sənədləri “Müharibə veteranı” adının verilməsi məqsədilə qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndərilib. Boyukmillet.com xəbər verir ki, sənədləri göndərilən vətəndaşlar barədə qərar qəbul edildikdən sonra onların da adları “Müharibə veteranı” adının verilməsi üçün “Zəfər” altsisteminə daxil …

Read More »

Hadrutda tezliklə radioteleviziya stansiyası istifadəyə veriləcək

Xocavənd rayonunun Hadrut qəsəbəsində tezliklə radioteleviziya stansiyası istifadəyə veriləcək. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib. O deyib ki, Qarabağda zəruri infrastrukturun tikintisi üzrə işlər plan üzrə davam edir: “IT infrastrukturunun böyük hissəsi artıq qurulub”.

Read More »

İlham Əliyev və Mehriban Əliyeva “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər

Mayın 26-da Cəbrayıl rayonunda “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimi keçirilib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Read More »

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıla səfər ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olub, Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər.

Read More »