Bu gün Belarusun cənub-şərqində yerləşən Brest şəhərində hərbi təlimlər başlayıb. Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə Brest Şəhər İcraiyyə Komitəsinin sədri Aleksandr Roqaçuk bildirib. Onun sözlərinə görə, təlimlərə helikopter və qırıcılar da cəlb olunub. Qeyd edək ki, təlimlərin keçirildiyi yer Ukrayna sərhədindən 60 km aralıda – Polşa sərhədi yaxınlığındadır.
Read More »Selçuk Bayraktar: “Ürəyimizdə bir zaman yara olan Qarabağ qardaşlığımızın zirvəsidir”
“Bir millət, iki dövlət” olaraq Azərbaycan-Türkiyə qardaşlığı hər zaman sınaqdan çıxıb, hər dəfə əlaqələrimiz daha da möhkəmlənib. Boyukmillet.com xəbər verir ki, bunu Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının açılışında “TEKNOFEST” İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar deyib. “1918-ci ildə Azərbaycana dəstək göstərən Qafqaz İslam Ordusu və Qarabağa xidmət edən türk mühəndisləri eyni amala, eyni …
Read More »Sabah havanın temperaturu 27 dərəcəyədək artacaq
Bakıda və Abşeron yarımadasında mayın 27-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-15° isti, gündüz 19-24° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz …
Read More »“Şuşa İli” müsabiqəsinin nəticələri açıqlanacaq – QHT Agentliyindən qərar
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib. İclası açıq elan edən Müşahidə Şurasının sədri Azay Quliyev gündəlikdə duran məsələlərlə bağlı məlumat verib. İclasda Agentliyin Strateji Planının hazırlanması, ictimai nəzarətin tətbiqi və təşviqi vəziyyətinə dair Agentliyin hesabatını dinləmək və ictimai iştirakçılıq, ictimai nəzarət təcrübəsinin təkmilləşdirilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər təqdim etmək haqqında fikirlər səslənib və …
Read More »Ukraynada 4 minə yaxın mülki şəxs ölüb
Rusiyanın tammiqyaslı hücumu başlayandan bəri Ukraynada 3 974 mülki şəxs ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə BMT İnsan Hüquqları Ali Komisarlığının (UNHR) açıqlamasında deyilir. Mülki əhalinin yaşayış yerlərinə ağır artileriya və reaktiv yaylım atəşi qurğuları kimi geniş sahələri məhv edən silahlardan açılan atəş, raket və hava hücumları nəticəsində həlak olduğu qeyd edilir. Bildirilib ki, ölənlər arasında 1 497 kişi, …
Read More »Rəşad Nəbiyev: “TEKNOFEST-Azərbaycan” Türkiyə ilə dostluq və qardaşlıq nümunəsidir”
“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı ilk ölkə Türkiyədən kənarda, məhz Azərbaycanda keçirilir. Bu, ölkələrimiz arasında dostluq və qardaşlığın nümunəsidir”. Boyukmillet.com xəbər verir ki, bunu Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalının rəsmi açılış mərasimində rəqəmsal İnkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. “Bu festivaln iki ölkənin birlikdə keçirməsi dünyaya mesajdır. “TEKNOFEST” gənclərin festivalıdır. Azərbaycan xalqı haqlı olaraq öz gəncləri ilə fəxr edir. …
Read More »Türkmənistanın Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram. Bu illər ərzində Azərbaycan Respublikası siyasi, ticari-iqtisadi, mədəni-humanitar sahələrdə, xalqın rifahının yaxşılaşdırılmasında və beynəlxalq aləmdə ölkənin …
Read More »Azərbaycan hərbçiləri Türkiyədəki təlimdə növbəti tapşırıqları icra edib
Türkiyənin İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təliminin növbəti mərhələsi üzrə tapşırıqlar icra edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin növbəti günündə senariyə uyğun olaraq sahil xəttinin sualtı minalardan təmizlənməsi, şərti düşmən arxasına havadan sızma, onun sahildə yerləşən hərbi obyektinə basqın və aşkar olunan terrorçuların zərərsizləşdirilməsi tapşırıqları iştirakçılar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib. Qeyd edək ki, ölkəmizi beynəlxalq təlimdə Əlahiddə Ümumqoşun Ordunun …
Read More »Bu gün Türkiyə Təhlükəsizlik Şurası Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, toplantıda əsasən terrorla mübarizə məsələsi müzakirə olunacaq. İclasda Suriyanın şimalındakı təhlükəsiz zonaların genişləndirilməsi, bölgədə terrorçulara qarşı yeni əməliyyatın keçirilməsi ilə bağlı geniş məsləhətləşmələr aparılacaq. Gündəlikdəki digər məsələ isə İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciəti ilə bağlı olacaq. Toplantıda rəsmi …
Read More »Masallıda keçmiş məhkumun evindən 5 kq-a yaxın narkotik aşkarlanıb
Masallıda keçmiş məhkumun evindən 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Qasımlı kənd sakini, əvvəllər məhkum olunmuş Heydər Nuriyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 10 qrama yaxın narkotik vasitə heroin aşkarlanaraq …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar