Cümə , 10 Aprel 2026

autor

Niderland Kralı Azərbaycan Prezidentini təbrik edib

Niderlandın Kralı Villem-Aleksand Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, məktubda deyilir: “Zati-aliləri. Ölkənizin milli bayramının – Müstəqillik Gününün yaratdığı bu xoş fürsətdən istifadə edərək, Sizə təbriklərimi və Azərbaycan xalqının firavan gələcəyinə dair ən xoş arzularımı çatdırıram”.

Read More »

Vladimir Putin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Ölkənizin sosial-iqtisadi inkişafda qazandığı uğurlar hamı tərəfindən qəbul edilib. Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində mühüm rol oynayır. Rusiya-Azərbaycan …

Read More »

Bakıda “TEKNOFEST Azərbaycan” festivalı başlayıb

Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbir 4 gün davam edəcək. “TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə – Azərbaycanda təşkil olunub. “TEKNOFEST Azərbaycan”ın yerli təşkilatçısı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. …

Read More »

İraqda Türkiyə hərbçisi şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi “Pəncə-Kilid” antiterror əməliyyat zonasında Türkiyə hərbçisi Mehmet Meral şəhid olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. O, orduda müqavilə əsasında xidmət edirmiş. Xatırladaq ki, ötən gün PKK terrorçularının hücumu nəticəsində 5 hərbçi şəhid olmuşdu, 2 nəfər yaralanmışdı.

Read More »

Səlim Müslümov ev dustaqlığına buraxılıb

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov azadlığa buraxılıb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə qərar Səbail Rayon Məhkəməsində elan olunub. Məhkəmənin qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. Qeyd edək ki, Səlim Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və …

Read More »

BMT Ukraynada mümkün nüvə müharibəsi təhlükəsi barədə xəbərdarlıq edib

“Ukraynada bir vaxtlar ağlasığmaz olan nüvə müharibəsi təhlükəsi yenidən mövcuddur”. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu BMT Baş katibinin müavini Rameş Racasinqam deyib. Racasinqam bir çox Ukrayna vətəndaşının qida, su və elektrik enerjisindən məhrum olduğuna da diqqət çəkib. Bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Ukraynada baş verənlərə görə nüvə müharibəsi təhlükəsini tamamilə istisna etmək …

Read More »

Bakıda qəzaya düşən polislərin vəziyyəti açıqlanıb

Bakıda qəzaya düşən polislərin vəziyyəti açıqlanıb. Boyukmillet.com xəbər verir ki, Bakının Nəsimi rayonunda Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində qeydə alınan yol qəzası nəticəsində xəsarət alan 4 nəfər təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alanlardan 2 nəfər döş qəfəsinin travması ilə, bir nəfər isə qarnının küt travması …

Read More »

Azərbaycan hərbi pilotları beynəlxalq təlimdə tapşırıqları icra edib

Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix-2022” beynəlxalq axtarış-xilasetmə təlimində qarşıya qoyulan tapşırıqlar uğurla icra edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlim çərçivəsində tapşırıqların xəritə üzərində dəqiqləşdirilməsi və hədəf hesabatı, paraşüt hazırlığı üzrə çalışmalar, helikopterlərlə təlim uçuşları və senariyə uyğun olaraq qəza etmiş aviasiya vasitəsi ekipajlarının axtarış-xilasetmə əməliyyatları yerinə yetirilib. Azərbaycanın müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant …

Read More »

MM-in yaz sessiyasının işləri planına daxil edilmiş 6 layihə qəbul edilməyib – SİYAHI

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilmiş 6 qanun layihəsi qəbul edilməyib. Boyukmillet.com-un xəbərinə görə, parlamentin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən aşağıdakı qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmayacaq: – “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi; – “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi; – “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi; – “Ali təhsil haqqında” qanun …

Read More »

ABŞ Prezidenti Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb – FOTO

ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə Mark Libbinin namizədliyini irəli sürüb. Bu barədə Boyukmillet.com Ağ Evin rəsmi saytına istinadən xəbər verir. Mark V. Libbi hazırda Vaşinqtondakı Milli Müharibə Kollecində Dövlət Departamenti fakültəsinin məsləhətçisidir. Əvvəllər o, ABŞ-ın Brüsseldəki Avropa İttifaqı yanında missiya rəhbərinin müavini və müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. Bundan əlavə diplomat Varşava, Nassau, Nikosiya və Bağdad şəhərlərində siyasi …

Read More »