Cümə , 10 Aprel 2026

autor

İran-Azərbaycan sərhədində əməliyyat keçirilib, saxlanılan var

İran-Azərbaycan sərhədində əməliyyat keçirilib, saxlanılan var. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, may ayının 23-də saat 00:20 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində 1 nəfər naməlum şəxsin İran-Azərbaycan istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və dərhal geri qayıtması ərazidə xidmət aparan sərhəd naryadı …

Read More »

Azərbaycan-Qazaxıstan Ekspertlər Şurası yaradılıb

Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş “dəyirmi masa” çərçivəsində Azərbaycan-Qazaxıstan Ekspertlər Şurasının yaradılması haqqında memorandum imzalanıb. Boyukmillet.com xəbər verir ki, sənədi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev və Qazaxıstan Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov imzalayıblar. F.Şəfiyev deyib ki, Şuranın yaradılmasında məqsəd iki ölkə ekspertləri arasında əməkdaşlığı möhkəmləndirməkdir.  “Bu gün …

Read More »

Bakıda “Lotu Quli”nin adından istifadə edən şəxsə hökm oxunub

Bakıda yaxın qohumuna qarşı dələduzluq etməkdə təqsiləndirilən Vüsal Axundova hökm oxunub və o, 14 il müddətinə azadlıqdan məhrum edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub. Qeyd edək ki, ittihama əsasən, V.Axundov əmisi oğlu, sahibkar Emin Axundova “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun adından istifadə edərək …

Read More »

Vilyam Hacıyev ifadə vermək üçün məhkəmədən vaxt istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Boyukmillet.com xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Elmar Kərimov vəsatət qaldırıb. O, zərərçəkmiş şəxslərin nümayəndələrinin məhkəməyə gəlməli olduğunu deyib. Hakim isə qeyd edib ki, zərərçəkmişlərin məhkəməyə gəlib-gəlməməkləri öz ixtiyarlarındadır. …

Read More »

Türkdilli dövlətlərin beyin mərkəzlərinin toplantısı Şuşada keçiriləcək

Türkdilli dövlətlərin beyin mərkəzlərinin növbəti toplantısı Şuşada keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev BMTM-də təşkil edilmiş, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə və Azərbaycan-Qazaxıstan Ekspertlər Şurasının yaradılmasına həsr olunmuş “dəyirmi masa”da çıxışı zamanı bildirib. Onun sözlərinə görə, konfrans bu il iyulun 3-də baş tutacaq. Xatırladaq ki, aprelin sonunda Şuşada “Cənubi …

Read More »

Prezident: “Müqəddəs Taxt-Tac ilə qarşılıqlı hörmət ilə səciyyələnən münasibətlərimiz böyük inkişaf yolu keçib”

“Biz Müqəddəs Taxt-Tac ilə əlaqələrimizə xüsusi önəm veririk. Məmnunluqla qeyd etmək istəyirəm ki, qarşılıqlı hörmət ilə səciyyələnən münasibətlərimiz otuz illik dövr ərzində böyük inkişaf yolu keçib”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Roma Papası Fransisk həzrətlərinə təbrik məktubunda yer alıb. “2002-ci ilin mayında Papa …

Read More »

Ramin Musayev: “Hamımızın arzusu azad olunmuş ərazilərimizdə oyunlar izləməkdir”

“Hamımız onu arzulayaq ki, təmsil etdiyiniz rayonlarda stadionlar açılsın və orada peşəkar futbol oyunlarına gedək, azarkeşlik edək”. Boyukmillet.com xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev İdman Araşdırmalar Mərkəzinin və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kuboku barədə danışarkən deyib. B qrupunda “Suqovuşan” və “Xocalı” komandaları arasındakı matçı izləyən PFL rəhbəri jurnalistləri tədbirin təşkilatçılarına …

Read More »

Yaxın vaxtlarda Azərbaycan BMT-yə hesabat təqdim edəcək

“Azərbaycan hökuməti dayanıqlı inkişaf məqsədlərinə çox böyük önəm verir”. Boyukmillet.com-un xəbərinə görə, bunu Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı ofisinin müşaviri Şəms Mustafayeva “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib. Onun sözlərinə görə, Azərbaycan hökuməti bu yaxınlarda yeni hesabatını BMT-yə təqdim etməyə hazırlaşır: “Bu da onu göstərir ki, Azərbaycan hökumətinin dayanıqlı inkişafda sadəqəti çox …

Read More »

Baş Qərargah rəisi “TEKNOFEST Azərbaycan”da nümayiş etdiriləcək texnikalara baxış keçirib

Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev “TEKNOFEST Azərbaycan” festivalının keçiriləcəyi əraziyə baş çəkib. Boyukmillet.com xəbər verir ki, o, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin festivalda nümayiş etdiriləcək texnikalarına baxış keçirib. General-polkovnik həmçinin “Bayraktar TB2” və “Akıncı” pilotsuz uçuş aparatlarının yerləşdiyi pavilyonları ziyarət edib.

Read More »

Türkiyə kəşfiyyatı PKK terror qruplaşmasının rəhbərlərindən birini məhv edib

Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatı İraqın şimalında terrorçulara qarşı növbəti əməliyyat keçirib. Boyukmillet.com “Hürriyet”ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində PKK/YPG terror qruplaşmasının Mahmud-Kərkük-Süleymaniyyə üzrə qondarma səlahiyyətli nümayəndəsi “Ahmet Rubar” kod adlı Mehmet Erdoğan məhv edilib. Terror təşkilatı 2021-ci ildən onu adı çəkilən ərazi üzrə “nümayəndə” təyin edibmiş. Mehmet Erdoğan Hacı Mirzə Ali adına hazırlanan saxta sənədlə gəzirmiş.

Read More »