Mayın 11-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı əsnasında ABŞ dövlət katibi Antoni Blinken ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təbriklərini çatdırıb. O, həmçinin bu yaxınlarda Birləşmiş Ştatların Dövlət Departamentinin və ABŞ-ın Cənubi Qafqazın üç ölkəsində fəaliyyət göstərən …
Read More »ABŞ Azərbaycan-Ermənistan danışıqlarını və sülh sazişinin bağlanmasını dəstəkləyir
ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqları və bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib. Boyukmillet.com xəbər verir ki, Blinken bu barədə Prezident İlham Əliyevlə telefon danışığı zamanı bildirib. Antoni Blinken, həmçinin ABŞ-ın Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə …
Read More »Azərbaycan Ordusunda silah və hərbi texnika yay istismar rejiminə keçirilir
2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının yay mövsümünə keçirilməsi prosesi aparılır. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində döyüş və xüsusi texnikanın yanacaq-sürtkü materiallarının dəyişdirilməsi, həmçinin onlara planlı şəkildə mövsümi qulluq göstərilməsi həyata keçirilir. Silah və texnikanın yay dövründə fasiləsiz …
Read More »AMEA: “Lerikdə təhlükəli sürüşmə ərazisində yerləşən 11 ev köçürülməlidir”
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları Lerik rayonunun Lərmərud şürüşmə zonasında elmi tədqiqat işləri aparıblar. Boyukmillet.com xəbər verir ki, mütəxəssislər sürüşmənin baş verdiyi Lerikin Haftoni, Lərmərud, Nücü, Davidoni, Vamazğın və s. irili-xırdalı kəndlərinin yerləşdiyi Dırığ bölgəsi adlanan ərazisində landşaft ekoloji şəraiti tədqiq ediblər. Onların bildirdiyinə görə, Lərmərud sürüşmə sahəsi Lerik rayon mərkəzindən şimal-şərqdə, Masallı-Yardımlı şose …
Read More »Azərbaycan “Qarabağ” brendi ilə balın Avropaya ixracına hazırlaşır
Azərbaycan balının, eyni zamanda, azad edilmiş ərazilərdə istehsal edilmiş balın “Qarabağ” brendi adı altında Avropa İttifaqı ölkələrinə ixracı gözlənilir. Bunu “Report”a Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin sədri Bədrəddin Həsrətov deyib. Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrinə arıçılıq məhsullarının ixracı üçün xüsusi icazələrin alınması tələb olunur: “Hazırda biz heyvan mənşəli qidaların ixracını həyata keçirə bilmirik. Qida Təhlükəsizliyi Agentliyi bu istiqamətdə çalışır, Aİ …
Read More »İnam Kərimov Qusarda vətəndaşları qəbul edəcək
Kənd təsərrüfatı naziri İnam Kərimov mayin 14-də, saat 09:00-da Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Qusar və Quba rayonlarından olan vətəndaşları qəbul edəcək. Boyukmillet.com xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər Qusar DAİM-ə (telefon (050) 235-77-67) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) və elektron poçt ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar. Qəbula …
Read More »Yardımlıda 172 ağacın qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanılıb
Yardımlı rayonunda ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanılıb. Boyukmillet.com xəbər verir ki, bəzi sosial media səhifələrində Yardımlı rayonunu ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı yayılmış məlumatlar üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Aparılan araşdırmalarla Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin vəzifəli şəxsləri tərəfindən Yardımlı rayonu ərazisində bioloji inkişafda olmuş meşə fonduna daxil olan ümumilikdə 172 …
Read More »Bakıda saxta əlillik dərəcəsi verən həkimə hökm oxunub
Bakıda vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Könül Sultanovaya hökm oxunub və o, cərimələnib. Boyukmillet.com xəbər verir ki, bu barədə hökm Binəqədə Rayon Məhkəməsinin hakimi Elçin Ağayein sədrliyi ilə keçirilən prosesdə elan olunub. Hökmə əsasən, K.Sultanovaya 3 min manat məbləğində cərimə kəsilib. Qeyd edək ki, K.Sultanova 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən …
Read More »Vüqar Səfərli kassasiya şikayəti verib
Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərli kassasiya şikayəti verib. Boyukmillet.com xəbər verir ki, kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib. Məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq. Qeyd edək ki, V.Səfərli 2021-ci ilin yanvarında həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il …
Read More »Azərbaycan və İran gömrükdə əməkdaşlıq üzrə Tədbirlər Planını təsdiqləyib
Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) və İranın Gömrük İdarəsi arasında 2022-2023-cü illərdə gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardımın genişləndirilməsinə dair Tədbirlər Planı təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, bu məqsədlə iki ölkənin gömrük xidməti nümayəndələri arasında görüş keçirilib. Görüşdə DGK sədri Səfər Mehdiyev və Naxçıvan MR DGK-nın sədri Səhət Həbibbəyli, İranın Gömrük naziri Alirza Müqəddəsi, Şərqi Azərbaycan Vilayəti Gömrüyünün rəisi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar