Cümə , 10 Aprel 2026

autor

Nazir: “Uşaq bağçaları ilə bağlı vahid məlumat sistemi yaradılacaq”

“Uşaq bağçalarında diqqət göstərdiyimiz əsas məsələ uşaqların davamiyyətidir ki, bu göstəricilər ümumilikdə qənaətbəxşdir”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un sualına cavab olaraq təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, uşaq bağçaları arasında yenə də problemli müəssisələr var: “Lakin bu gün həm də işçilərin işə davamiyyəti də gündəmdədir. Hazırda uşaq bağçaları ilə bağlı vahid məlumat sistemi yaratmağı planlaşdırırıq. Çünki belə sistem …

Read More »

Builki “Xarıbülbül” Festivalının keçiriləcəyi tarix müəyyənləşib

“Şuşa ili”nin ilk böyük tədbiri “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçiriləcəyi tarix dəqiqləşib. Boyukmillet.com xəbər verir ki, Mədəniyyət Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, festivalın 12-14 may tarixində keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə baş tutacaq. İyul ayında Şuşada növbəti Vaqif Poeziya Günlərinin, iyul-avqust aylarında “Muğam” Televiziya …

Read More »

Nazir: “Cəbrayılda, Suqovuşanda, Zəngilanda yaxın vaxtlarda məktəblər istifadəyə veriləcək”

“Azərbaycan təhsilinin son 50 ildəki inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”. Boyukmillet.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimində çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, 70-ci illərdə məktəb şəbəkəsinin genişləndirilməsi məhz onun adı ilə bağlıdır: “Belə ki, hazırda ölkədə 4400 məktəb fəaliyyət göstərirsə, 70-ci illərin əvvəllərində bu say 765, 1970-ci …

Read More »

Azərbaycandan çıxışı qadağan olan 347 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb

Cina­yətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə оrqanları tərəfindən axta­rışda оlan 187 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib. Bu barədə  Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib. Ölkədən çıxışı qadağan olan 347 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 23 nəfərin Azərbaycana daxil olmasının qarşısı alınıb.

Read More »

Xəzərin Azərbaycan sektorunda 6 ədəd gəmi minası aşkarlanıb, hərəkət dayandırılıb

“UMID BABEK OPERATING COMPANY” əməliyyat şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda aparılan ərazi kəşfiyyatı zamanı suyun 60 metrədək dərinliyində naməlum obyektlər aşkar edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. “Dənizin keçmiş SSRİ dövründə tral gəmilər birləşmələrinin poliqonu kimi istifadə edilən akvatoriyasına cəlb olunan Hərbi Dəniz Qüvvələrinin aidiyyəti üzrə gəmiləri və ixtisaslaşdırılmış mütəxəssisləri tərəfindən keçirilən baxış zamanı aşkarlanmış obyektlərin …

Read More »

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri ictimaiyyətə təqdim edilib

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri ictimaiyyətə təqdim edilib. “Report”un Qərb bürosunun məlumatına görə, bununla bağlı Şəmkir şəhər Fərman Salmanov adına tam orta məktəbin akt zalında tədbir keçirilib. Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyevi təhsil nazirinin müavini Muxtar Məmmədov bölgə ictimaiyyətinə təqdim edib. Mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı, Regionun təhsil şöbələrinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Read More »

DİN Bakıda tələbənin intiharının səbəbini açıqlayıb

Daxili İşlər Nazirliyi (DİN) Bakıda tələbənin intiharının səbəbini açıqlayıb. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, mayın 3-ü saat 12 radələrində Bakı şəhər sakini, 17 yaşlı Xumar Babayeva Xətai rayonu ərazisindəki çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atıb. O, eyvanın altında dayanan, bu zaman onu tutmağa cəhd edən bina sakini 38 yaşlı Zahid Niyazovun üzərinə düşüb. Nəticədə X.Babayeva …

Read More »

Bu aydan Novosibirsk-Bakı istiqamətində birbaşa uçuşlara başlanılır

Rusiyanın “IrAero” aviaşirkəti mayın 20-dən Novosibirsk-Bakı-Novosibirsk marşrutu üzrə beynəlxalq uçuşlar yerinə yetirməyə başlayacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Uçuşlar cümə günləri “Superjet-100” təyyarələri ilə həyata keçiriləcək. Təyyarə Novosibirskdən saat 13:00-da yola düşəcək, Bakıya 4 saat 20 dəqiqədən sonra 14:20-də çatacaq. Heydər Əliyev Hava Limanından uçuş isə həmin gün saat 15:20-də, Tolmaçevo Hava Limanına eniş saat 22:20-də …

Read More »

Bu gündən birinci sinfə qeydiyyat başlanılır

Bu gündən birinci sinfə qeydiyyat prosesi başlanılır. “Boyukmillet.com” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. Qeyd edək ki, Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə isə mayın 6-dan başlanılacaq. Həmin tarixdən dövlət ümumi təhsil …

Read More »

Pentaqon: Dünya Rusiyanın kimyəvi silahdan istifadəsinə cavab verəcək

Dünya Rusiyanın kimyəvi silahdan istifadəsinə cavab verəcək. “Boyukmillet.com”  Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin bildirib. “Rusiyanın Ukraynaya qarşı kimyəvi və ya bioloji silahdan istifadə etməsi çox güman ki, beynəlxalq ictimaiyyətin reaksiyasına səbəb olacaq”, – Ostin deyib. O, həmçinin əlavə edib ki, Rusiya kiberhücumun köməyi ilə Ukraynadakı münaqişəni gərginləşdirə bilər. Bundan əvvəl bildirilib ki, Ümumdünya Səhiyyə …

Read More »