Cümə , 10 Aprel 2026

autor

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Mayın 2-i saat axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur. “Hazırda qeyd …

Read More »

Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Laçın rayonunun Qorçu (1), Ağdam rayonunun Xıdırlı (2), Kəngərli (3) və Sarıcalı (4) kəndlərinin, Cəbrayıl rayonunun Şükürbəyli (5), Qubadlı rayonunun Zilanlı (6), Xanlıq (7) və Mahruzlu (8), Laçın rayonunun Güləbird (9), Zəngilan rayonunun Məmmədbəyli (10) və Cahangirbəyli (11), Cəbrayıl rayonunun Horovlu (12) və Şuşa rayonunun Daşaltı (13) kənd və qəsəbələrində yaşayış məntəqələrinin salınmasının şəhərsalma …

Read More »

Azərbaycan yığmasının Rusiya ilə oyunlarının nəticələri ləğv olunub

Azərbaycanın qadın futbolçulardan ibarət milli komandasının 2023-cü il dünya çempionatının Avropa təsnifat mərhələsində Rusiya ilə keçirdiyi oyunlarının nəticələri ləğv olunub. Boyukmillet.com xəbər verir ki, bu UEFA İcraiyyə Komitəsinin Rusiyaya tətbiq etdiyi yeni sanksiyalar nəticəsində baş verib. Qərara əsasən, Rusiyanın qadınlardan ibarət yığması Danimarka, Bosniya və Herseqovina, Malta və Azərbaycanla birgə yer aldığı E qrupundan kənarlaşdırılıb. Bu komandanın apreldə Monteneqro və Malta ilə …

Read More »

İraqda PKK terrorçuları ilə atışmada 1 əsgər həlak olub

İraqın Mosul şəhərinin Sincar rayonunda PKK/YBŞ terror təşkilatının silahlıları ilə İraq ordusunun bölmələri arasında atışma olub. Bu barədə Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir. Məlumata görə, atışma zamanı İraqın 1 əsgəri həlak olub. Ölkə rəsmilərindən biri bildirib ki, ordu bölmələri ilə PKK terrorçuları arasında baş verən silahlı qarşıdurmalara görə 50 ailə evlərini tərk edib. Onlar xüsusi düşərgəyə yerləşdiriləcək. “Rudaw” kanalının xəbərinə görə, …

Read More »

ABŞ Ukraynaya daha 5 min ədəd “Javelin” raketi verəcək

ABŞ-dan daha 5 000 tank əleyhinə “Javelin” raketi mayın 6-da, cümə gününə qədər Ukraynaya çatdırılacaq. Bu barədə “Boyukmillet.com” Pentaqonun sözçüsü Con Kirbinin brifinq zamanı açıqlamasına istinadən xəbər verir. Kirbi qeyd edib ki, “Javelin” raketləri Rusiya təcavüzünə qarşı mübarizədə hərbi yardım çərçivəsində Ukraynaya veriləcək. Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi Ukraynaya göndərilmək üçün M113 zirehli transportyorlarının yüklənməsinə başlayıb. Pentaqon avtomobillərin yük maşınlarının qoşqularına yüklənməsinin …

Read More »

Avropa çempionatında çıxışını başa vuran Azərbaycan cüdoçuları Vətənə qayıdıb

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında çıxışını uğurla başa vuran Azərbaycan cüdoçuları Vətənə qayıdıb. Boyukmillet.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında cüdoçuları ACF-nin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, jurnalistlər və cüdosevərlər qarşılayıblar. Qeyd edək ki, Azərbaycan cüdoçuları Avropa çempionatını 3 medalla başa vurublar. Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) …

Read More »

“Ölkəmizlə əməkdaşlıq güc mərkəzləri üçün faydalı və cəlbedicidir”

“Prezident İlham Əliyev “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda tarixi məsələr, yeni geosiyasi reallıqlar və postmüharibə dövrü prosesləri ilə əlaqədar çox mühüm məqamlara toxundu, vacib mesajlar verdi. Dövlət başçısı Azərbaycanın qətiyyətli və ədalətli mövqeyini bir daha diqqətə çatdırdı”. Bu fikirləri 525.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Onun sözlərinə görə, ölkə rəhbərinin diqqət yetirdiyi aktual məsələlərdən biri …

Read More »

“Prezidentin rəhbərliyi ilə vətəndaşların rifahının yaxşılaşması istiqamətində tədbirlər görülür” – RƏY

“Son illər dövlətimiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirir. Hər kəsə məlumdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hər bir vətəndaşın rifah halının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür”. “Bir halı xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycanda bu istiqamətdə görülən tədbirlər sistemində ünvanlılıq prinsipi əsas götürülür, aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid və qazi ailələri, veteranlar, xüsusi qayğıya …

Read More »

Hikmət Hacıyev Ermənistanın Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviter hesabında bildirib. “Ev sahibliyi edə bildiyimiz üçün şadam. Hikmət Hacıyev və Armen Qriqoryan Brüsseldə bu formatda ikinci görüş keçirəcək”, – Toivo Klaar qeyd edib. Tərəflərin Ermənistanla …

Read More »

Bakıda yeni inşa olunan məktəb 960 şagird yerlikdir

Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yeni inşa olunan 304 nömrəli məktəb 960 şagird yerlikdir. Boyukmillet.com xəbər verir ki, təhsil ocağı Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib. Kürdəxanı qəsəbəsinin əhalisinin ümumi sayı 15 min 120 nəfərdir. Burada əhali sayının artması yeni iş yerlərinin, tibb, təhsil ocaqlarının tikilməsini və digər infrastruktur layihələrinin həyata keçirilməsini zəruri edir. Qəsəbədə tikilən yeni məktəb binasını Bakı şəhərinin, …

Read More »