Azərbaycandan Avropa bazarlarına akvakulturada yetişdirilən nərəkimilərdən əldə olunan kürü məhsulunun ixrac icazəsi 2025-2026-cı illərdə də qüvvədə saxlanılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Qeyd edilib ki, Agentlik tərəfindən balıq məhsullarının da Aİ bazarlarına çıxış imkanlarının təmin edilməsi məqsədilə Monitorinq Planı hazırlanıb və Avropa Komissiyasının Səhiyyə və Qida Təhlükəsizliyi üzrə Baş Direktorluğuna təqdim edilib. Beləliklə, Avropanın …
Read More »Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı biznesmenin ofisində axtarışlar aparır
Rusiya hüquq-mühafizə orqanlarının nümayəndələri cümə günü Moskvada azərbaycanlı biznesmen Rəhman Xəlilova məxsus neft məhsullarının daşınması ilə məşğul olan Railgo şirkətinin ofisinə axtarışa başlayıblar. “Report”un sosial şəbəkədə yayılan məlumatlara istinadən verdiyi xəbərə əsasən, ərazidə xüsusi təyinatlılar və müstəntiqlər işləyirlər. Hüquq-mühafizə orqanlarının əməkdaşları sənədləri müsadirə edir və işçiləri binadan çıxmağa qoymurlar.
Read More »FHN: Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərədə yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir
Ağdam, Xocalı, Xocavənd, Füzuli, Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən tədbirlər davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Qeyd edilib ki, relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir. Ümumilikdə yanğınların söndürülməsi əməliyyatında FHN-in Dövlət …
Read More »Türkiyə parlamentində Terrorsuz Türkiyə Komissiyası yaradılır
Türkiyə Böyük Millət Məclisinin (TBMM) tərkibində Terrorsuz Türkiyə Komissiyası yaradılır. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, TBMM rəhbərliyi rəsmi məktub göndərərək siyasi partiyalardan komissiyaya üzv təqdim etmələrini istəyib. Məlumata görə, Komissiya 51 üzvdən ibarət olacaq və burada partiyalar parlamentdəki mandat bölgüsünə uyğun olaraq təmsil olunacaqlar.
Read More »Bakıda su problemi: “Əhalinin su təminatına məsul olan dövlət qurumu nə işlə məşğuldur?”
Bakının müxtəlif ərazilərində su təchizatı ilə bağlı ciddi problemlər yaşanır. Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində içməli suyun yalnız dörd gündən bir verildiyi, Yasamal rayonu, MİDA yaşayış kompleksində isə sakinlərin ümumiyyətlə susuz qaldığı bildirilir. Xırdalan, Lökbatan, Zığda da su təchizatı ilə bağlı problemlərin olduğu qeyd edilir. Məlumatlara görə, şəhərin digər rayonlarında da su təzyiqinin aşağı düşməsi və fasilələrlə verilməsi müşahidə olunur. …
Read More »Pirallahıda əməliyyat keçirilib, 42 kq narkotik vasitə aşkar olunub
Bakı şəhəri Pirallahı rayonunda əməliyyat keçirilib, 42 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 1975-cı il təvəllüdlü, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş rayon sakini 50 yaşlı Maqsud Cəfərov saxlanılıb. Sözügedən şəxs ifadəsində …
Read More »Xalq artisti Arif Babayev reanimasiyaya yerləşdirildi – Oğlu: “Vəziyyəti bir qədər yaxşılaşıb”
“Atamın vəziyyəti bir az düzəlib. Yaxşı olacağına ümid edirik”. Bunu Musavat.com-a ötən gün səhhəti pisləşən və xəstəxanaya yerləşdirilən Xalq artisti Arif Babayevin oğlu Yaşar Babayev deyib. O bildirib ki, atası hazırda reanimasiyadadır: “Hələ atamla görüşə bilməmişik, lakin vəziyyəti yaxşılığa doğru gedir, müalicəsi davam edir”. Qeyd edək ki, ötən gün xanəndənin səhhəti pisləşdiyi üçün əvvəlcə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, oradan isə …
Read More »Ağdamın Gülablı kəndində başlayan yanğın Xocavənd rayonu ərazisinə keçib
Ağdam rayonu Gülablı kəndi ərazisində başlayan yanğın Xocavənd rayonu ərazisinə keçib. “Report”un Qarabağ bürosunun xəbərinə görə, ötən gün Gülablı kəndində başlayan yanğın geniş əraziyə yayılaraq Xocavənd rayonu Mirikənd kəndi ərazisinə keçib. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Ağdam, Ağcabədi, Yevlax, Xankəndi rayonlarından 7 yanğınsöndürən olmaqla, 80 nəfər şəxsi heyət və 2 helikopter cəlb olunub.
Read More »Bakı üzrə bağçalara növbəyə yazılma prosesinə başlanılıb
Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə start verilib. Bu barədə Boyukmillet.com Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, saat 11:00-dan etibarən Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün valideynlər elektron qaydada növbə yarada biləcəklər. 2020 və 2021-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2022, 2023 və 2024-cü il təvəllüdlü uşaqlar üçün isə …
Read More »Hesabat: Zəngəzur marşrutu Mərkəzi Asiyanın Avropa bazarlarına çıxışını asanlaşdıracaq
Zəngəzur dəhlizinin istismara verilməsi bu marşrut boyunca yerləşən ölkələr üçün mühüm iqtisadi və logistik üstünlüklər yaradacaq. Bu barədə Boyukmillet.com Özbəkistan Nəqliyyat Nazirliyinin layihəsi çərçivəsində hazırlanmış analitik hesabata istinadən xəbər verir. Sənəddə bildirilir ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin yükünü azaltmaq üçün ən optimal variantlardan biri Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək 43 kilometrlik dəmir yolu hissəsi – Zəngəzur dəhlizidir. Hesabatda …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar