Cənubi Koreyaya yağan güclü yağışlar nəticəsində dörd nəfər həlak olub. Boyukmillet.com-un məlumatına görə, bu barədə “Yonhap” agentliyi xəbər verir. Agentliyin məlumatına görə, güclü yağışlar dörd nəfərin ölümünə səbəb olub, daha bir nəfər itkin düşüb, 5 mindən çox insan təxliyə edilib. Ən çox ölüm halı Çxunçxon-Namdo əyalətində qeydə alınıb. Cümə günü səhər saatlarında 13 şəhər və əyalətdən 5 min 192 nəfər …
Read More »Ersin Tatar Kipr üzrə görüşün uğursuzluğunun səbəblərini açıqlayıb – EKSKLÜZİV
Türkiyənin və BMT-nin vasitəçiliyi ilə Nyu-Yorkda keçirilən Kipr mövzusunda geniş formatda qeyri-rəsmi toplantı başa çatıb. Boyukmillet.com xəbər verir ki, görüş BMT-nin qərargahında keçirilib. Görüşdə BMT baş katibi Antonio Quterreş, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Kipr prezidenti Nikos Hristodulidis və Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar iştirak ediblər. Toplantıda birbaşa siyasi danışıqlardan daha çox tərəflər arasında əməkdaşlıq imkanlarının araşdırılmasına …
Read More »Kiyev Rusiyanın həlak olmuş Ukrayna hərbçilərinin meyitlərini təhvil verdiyini təsdiqləyib
Ukrayna Rusiyanın öldürülmüş ukraynalı hərbçilərin meyitlərini təhvil verdiyini təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Hərbi Əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahı məlumat verib. Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının müstəntiqləri Daxili İşlər Nazirliyinin ekspert qurumları ilə birlikdə bütün zəruri ekspertizaları aparacaq. Bundan başqa, meyitlərin identifikasiyası da həyata keçiriləcək. Ölənlərin meyitlərinin hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil verilməsini Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri həyata keçiriblər. …
Read More »Rusiyada 30 il axtarışda olan erməni qadın İrəvan aeroportunda saxlanılıb
İrəvanın “Zvartnots” hava limanında polis əməkdaşları Rusiyada 30 ildir axtarışda olan bir qadını saxlayıblar. Boyukmillet.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Dələduzluqda ittiham olunan 53 yaşlı Armavir şəhər sakini 1997-ci ildən axtarışda idi. Qeyd olunub ki, o, İstanbuldan həyata keçirilən reyslə İrəvana gəlib.
Read More »Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb
Azərbaycan və Qazaxıstan müdafiə nazirliklərinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndə heyəti arasında döyüş təcrübəsi mübadiləsi məqsədilə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdə şərti düşmənlə əməliyyatlara cəlb olunmuş bölmələrin silah-sursatı, təchizatı, təşkilatlanması, bölmələrin tətbiq qaydaları və onların təkmilləşdirilməsi məsələləri üzrə ətraflı fikir mübadiləsi aparılıb. Görüş çərçivəsində qonaqlar Azərbaycan istehsalı olan zərbə dronları barədə məlumatlandırılıb. Sonra …
Read More »ABŞ İranı nümunə göstərərək Rusiyaya xəbərdarlıq edib
“ABŞ prezidenti Donald Trampın Ukrayna böhranının həllində səbri hədsiz deyil”. Boyukmillet.com xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib. Jurnalist ABŞ-nin Rusiya tərəfindən diplomatik nizamlanmada maraqlı olduğuna dair hər hansı bir işarə alıb-almadığını soruşduqda, Bryus deyib ki, prezident Trampın bəyanatları onun vəziyyəti müsbət qiymətləndirib-qiymətləndirmədiyi və Rusiya lideri Vladimir Putinin gördüyü …
Read More »Azərbaycanda SSRİ dövründə ayrılmış torpaq sahələrinin qeydiyyatı asanlaşdırılıb
Prezident İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənə qədər əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli və həmin siyahıda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli fərmanlarında dəyişiklik edilb. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. …
Read More »Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi gec tanıdığına təəssüf edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi gec tanıdığına təəssüf edib. Boyukmillet.com-un erməni KİV-lərinə istinadən məlumatına görə, o bu barədə mətbuat konfransında bildirib. “Bəli, 2022-ci ildə mən Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın onun tərkibində olduğunu tanıdım. Bu qərar xeyli əvvəl qəbul edilməli idi”, – N.Paşinyan qeyd edib. Baş nazirin sözlərinə görə, o, başa düşüb ki, Ermənistan qonşularının …
Read More »Sumqayıtda 67 kq narkotik dövriyyədən çıxarılıb, iki nəfər saxlanılıb
Sumqayıt şəhərində keçirilən sonuncu əməliyyat zamanı narkoşəbəkənin qabaqcadan əlbir olan daha iki üzvü İbrahim Əliyev və Elçin Hüseynov saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, onların idarə etdikləri avtomobildən 67 kiloqram 290 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girdiklərini etiraf edən İ.Əliyev və E.Hüseynov narkotik vasitələri Abşeron …
Read More »Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidməti iyulun 16-sı axşamdan 18-i gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bu barədə Xidmətdən bildirilib. Məlumata görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qusar, Xaçmaz, Xızı, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Siyəzən, Şabran, Şirvan, Lerik, Yardımlı, Cəlilabad, Gəncə, Samux, Naftalan, Goranboy, Gədəbəy, Daşkəsən, Göygöl, Kəlbəcər, Laçın, Saatlı, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar